Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-45/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mənzilinə vurulan zərərin və mənzildən əşyalarının aparılmasının əvəzinin ödənilməsi məqsədilə evin təmirinə 12000 manat və evdən aparılmış əşyaların əvəzinə 8000 manat olmaqla, ümumilikdə 20000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o və cavabdeh 2016-cı ildən etibarən ayrı yaşayırlar. Aralarında olan nikah pozulduqdan sonra yaranan əmlak münbahisələri iddiaçının ünvan 1 ünvanında yerləşən mənzili satın alması ilə yekunlaşsa da, cavadeh mənzili boşaldarkən ona zərər vurmuş və mənzildə olan əşyaları özü ilə aparmışdır. Cavabdeh vurmuş ziyanı qarşılamadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi-vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ünvanlamış və Cavabdeh iddiaçıya məxsus qonaq otağında olan 1 ədəd 3 nəfərlik divan, 2 kreslo- Embavud markalı, boz rəngli, qolları dəri (1050 manat); qonaq otağı dəsti- 1 masa (şüşəli), 6 stul (dəri üzlü oturacaqlı), 1 siyirmə (kamod), 1 şüşəli şkaf – tünd bordo rəngli Malayziya istehsalı (5500 manat); 1 qara şüşəli 3 mərtəbəli televizor altlığı-Maqnit mağazasından alınmış (500 manat); 1 ayaqüstü taxta-şüşəli dekor saat – tünd bordo rəngli (500 manat); 1 gecə lampası – qara dəri dirəkli, ağ örtüklü (100 manat); 1 Samsung markalı televizor – Maqnit mağazasından alınmış 100 duym (2500 manat); 1 Samsung markalı DVD və 6 (4 uzun, 1 orta, 1 kiçik ölçüdə) səs gücləndirici – 500 manat; 1 kondisioner (BEKO markalı) – 35 kv.m-lik (750 manat); 2 xalça (40x30 sm, 30x20 sm ölçülərində olmaqla) – 1000 manat; 2 dəst dekorlu pərdə - naxışlı orqanza tül, qara sadə qollu, 6 metr eni, 3 metr hündürlüyü (1700 manat); 1 çilçıraq məxmər naxışlı (6 şamlı) – 150 manat; yataq otağında 1 yataq, 1 dolab (kupe, güzgülü, üç gözlü), 1 siyirmə - qəhvəyi mebel rəngli (2000 manat); 1 xalça (20x10 sm ölçüsündə) – naxışlı (70 manat); uşaq otağında 1 yataq (birnəfərlik), 1 böyük şkaf, 1 yazı stolu- 1500 manat; 1 pərdə - 3 metr orqanza tül (50 manat); 1 xalça (20x10 ölçüsündə)- saçaqlı (140 manat); mətbəxdə 1 mebel dəsti – boz-göy rəngli, uzunluğu 7.5 metr (4000 manat); 1 böyük soyuducu (BEKO markalı) – boz rəngli (650 manat); 1 paltaryuyan – İndesit markalı, boz rəngli (500 manat); 1 mikrodalğalı soba (180 manat); 1 şüşə, güllü, açılıb-yığılan masa, 4 stul (boz dəri rəngli oturacaqlı)- 280 manat; 1 divan – 3 nəfərlik, açılıb-yığılan, boz rəngli (500 manat); 1 dəst pərdə- kətan, boz rəngli, 4 metr (150 manat); 1 xalça (20x10 sm ölçüsündə)- 50 manat; 1 şirəçəkən maşın – Gepas markalı (55 manat); 1 ətçəkən maşın – Gepas markalı (50 manat); 1 koridorda isə 1 böyük şkaf (800 manat), 1 kiçik şkaf- 200 manat; 2 xalça (30x10 sm və 20x10sm ölçülərində olmaqla) – 900 manat olmaqla, qeyd edilən əşyaların dəyərinin 25000 manatın və iddiaçıya məxsus ünvan 1-ə cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 12000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı S. Kərimova məhkəməyə ərizə təqdim edərək iddia tələbində qeyd etdiyi tələbini azaldaraq, ərizədə qeyd olunan 7(yeddi) adda xalçanın iddia tələbindən çıxarılması, qalan əşyalarla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, QR 2105 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanda istifadədə olan qanuni 2 otaqlı (3 otaqlıya düzəlmə) 68.15 kv.m fərdi yaşayış evinin 1 kv/m təmir qiyməti 175 AZN olmaqla, 12000 AZN civarındadır. - Hərrac təşkilatının 53/01-1 nömrəli hərracın yekunları barədə protokoluna əsasən xx.xx.2020-ci il tarixdə keçirilən hərracla Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-c məhəllədə yerləşən 40A saylı evin 81 saylı mənzili İddiaçı satılmışdır. - xx.xx.2021-ci il tarixli akta əsasən hal şahidlərinin iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5677/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, ev 40A, 81 saylı mənzilin açıq hərracda satılması və mənzilin satışından əldə edilən vəsaitin tərəflər arasında bərabər paylarda bölüşdürülməsini, mənzil hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılmasını nəzərə alaraq həmin mənzil 85000 manat qiymətləndirilməklə tələbkar tərəfindən 42500 manata əldə edilib və bununla bağlı icra hərəkətləri xx.xx.2021-ci il tarixə təyin edilmiş və bununla bağlı 81 saylı mənzil boşaldılaraq tələbkar İddiaçı təhvil verilmişdir. - ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, ev 40A ünvanda yerləşən 81 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 211 nömrəli “əmlakın qiymətləndirilməsi barədə hesabat”-a əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, ev 40A ünvanda yerləşən 81 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində (likvid qiymət nəzərə alınmaqla) təşəkkül tapan qiyməti 85000 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, 9/2702 nömrəli ekspert rəyinə əsasən ünvan 1 saylı ünvanda yerləşən mənzilə dəymiş ziyanın bərpa olunması üçün aparılmalı müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1 kv.m sahəyə təqribən 100 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq fərdi yaşayış evinin inşa olunmasına 6000 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Həmin mənzilə dəymiş ziyanın qəsdən və ya təmirin zamanla köhnəlməsi nəticəsində əmələ gəlməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. - xx.xx.2023-cü il tarixli, 9/8754 nömrəli ekspert rəyinə əsasən göstərilən 29 adda əşyanın istifadədə olması nəzərə alınmaqla, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12125 manat müəyyən olunmuşdur. Digər 2 adda əşya haqqında kifayət qədər məlumat olmadığından həmin əşyalar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə əşyaların dəyərinin tələbinə dair hissədə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Maqnit” mağazasından alınmış 2000 manat dəyərində olan Samsung markalı televizor, 400 manat dəyərində olan Beko markalı soyuducu və 300 manat dəyərində olan İndesit markalı paltaryuyan iddiaçının anası tərəfindən ona hədiyyə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ekspert rəyində 16 və 24 sırada qeyd olunan pərdə dəstləri (165 manat dəyərində) iddiaçının özündədir. Odur ki, iddia ərizəsində göstərilən digər əmlaklar birgə nikah dövründə əldə edilmişdir və həmin əşyaların dəyəri bərabər bölünməklə, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlaklar nikaha daxil olandan sonra əldə edildiyindən(əşyaların mövcud olması işin mübahisəsiz halıdır), tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak hesab edilməlidir. Odur ki, İddiaçı iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, 6935 manat (8470 manat (birgə nikah dövründə əldə edilmiş əşyaların dəyəri)÷2=4235 manat+2700 manat (hədiyyə olunan əşyaların dəyəri 2000+400+300=2700manat)=6935 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın əvəzinin ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan ünvan 1 saylı ünvanda yerləşən mənzilə dəymiş ziyanın cavabdeh tərəfindən qəsdən vurulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, təmirin zamanla köhnəlməsi nəticəsində əmələ gəlməsi müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6935 (altı min doqquz yüz otuz beş) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq (50 manat) və məhkəmə texniki-tikinti obyektlərinin tədqiqi (100 manat) ekspertizasının tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 50%-i yəni 75 (yetmiş beş) manatı İddiaçı, qalan 50%-i yəni 75 (yetmiş beş) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-45/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-45/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver