Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4500/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 226,34 manat əsas, 173,32 manat faiz, 380,65 manat cərimə, xx xxxx 2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 32,31 manat faiz olmaqla, ümumilikdə 812,62 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixli 903283 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. xx xxxxxx 2015-ci il tarixli əlavə sazişə əsasən, müqavilənin adında olan “Kredit kartın verilməsi və İstifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” kimi oxunur. Kreditorun borcalana açdığı 800 manat məbləğində kredit xətti ona hesablanmış faiz və cərimələr kapitallaşdırılaraq 326,34 manat məbləğində kreditə çevrilməklə restrukturizasiya edilir, kreditin müddəti 18 ay təşkil edir və kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir və güzəşt müddəti yoxdur. Müqavilənin bitmə tarixi xx xxxx 2016-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxx 2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 226,34 manat əsas, 173,32 manat faiz, 380,65 manat cərimə, xx xxxx 2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 32,31 manat faiz olmaqla, ümumilikdə 812,62 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinin (“Dəmir Taksit” kredit kartı) 3.1 və 3.2-ci bəndlərinə əsasən Bank Cavabdeh 800 manat məbləğində kredit xətti açır. Kredit xətti 36 ay müddətinə açılır. Kartın müddətinin son günü də daxil olmaqla, kredit xəttindən istifadə etmək mümkündür. Müqavilənin 3.5-ci bəndinə əsasən kredit üzrə ödənişlər kartdan hər növbəti vəsaitin məxaric olunduğu gündən etibarən müqavilənin 3.5-ci bəndində göstərilən aralıqlara və ay sayına uyğun hesablanmaqla hər növbəti ayın 10-dək, bərabər hissələrlə həyata keçirilir. Hər növəti ayın 10-dək ödəniş olunmayıbsa, ödənilməyən borc məbləğinə illik 54% dərəcəsi ilə cərimə hesablanır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli “xx xxxxxx 2014-cü il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə X3”dən və ödəniş cədvəlindən görünür ki, bu müqaviləyə əsasən borcalanın kreditor qarşısındakı öhdəliyi 326,34 manat təşkil edir. Bu müqaviləyə əsasən kredit borcalana restrukturizasiya məqsədi ilə verilir. Kreditin müddəti 18 ay təşkil edir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi ilə 27 faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi 54 faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünürki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə X3” üzrə cavabdehə xx xxxx 2020-ci il tarixə 226,34 manat əsas, 173,32 manat faiz, 380,65 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 32,31 manat olmaqla, ümumilikdə 812,62 manat borc hesablanmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin borclu Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişin surətindən görünürki, Cavabdeh “Kredit kartın verilməsi və istifadəsi üzrə X3” üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASCiləCavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən bank tərəfindən cavabdehə kredit xəttinin müddəti 36 ay olmaqla, 800 manat məbləğində kredit xətti açmışdır. Daha sonra xx xxxxxx 2015-ci il tarixdə tərəflər arasında “Kredit kartın verilməsi və istifadəsi üzrə X3” bağlanmış, Sazişə əsasən kreditor borcalana kredit restrukturizasiya edilmiş, müddəti 18 ay, illik faiz dərəcəsi isə 27 faiz olmaqla 326,34 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə bank tərəfindən cavabdehə 226,34 manat əsas, 173,32 manat faiz, 380,65 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 32,31 manat olmaqla, ümumilikdə 812,62 manat məbləğində borc hesablanmışdır. Həmçinin iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 380,65 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 226,34 manat məbləğində əsas borc, 173,32 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 32,31 manat olmaqla, cəmi 451,97 manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulmaldır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 17 manatıcavabdehdən alınaraq iddiaçıyaödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 226,34 (iki yüz iyirmi altı manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 173,32 (bir yüz yetmiş üç manat, otuz iki qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə, və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 32,31 (otuz iki manat, otuz bir qəpik) manat olmaqla, cəmi 451,97 (dörd yüz əlli bir manat, doxsan yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 17 (on yeddi) manatı iddiaçı ləğv prosesində olan İddiaçı X2 xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4500/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4500/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver