Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4513/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxxxxxxxx” MMC-nin (KATV1) nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxxxxxxxx” MMC-nin (K@TV1) Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” MMC (K@TV1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 42 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pulun, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 212,40 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxx” MMC (K@TV1) iddia ərizəsini onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının "Televiziya və radio yayımı haqqında" Qanununa uyğun olaraq, xx xxxxxx 2005-ci il tarixdə və xx xxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində “xxxxxxxxxx” MMC kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrinə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxxxxxx” hüquq firması ilə xx xxx 2008-ci il, xx xxxx 2011-ci il, xx xxxxx 2014-cü il, xx xxxx 2015-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. AR DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 mənzil 75 ünvanında qeydiyyatdadır. 102 saylı MKİS arayışına əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2011-ci il tarixdə həmin ünvanda yaşayan Mustafayeva Tamilla ilə İddiaçı MMC arasında “K@TV1” xidmətlərinin göstərilməsinə dair bağlanmış müqaviləyə əsasən həmin ünvan “K@TV1” Kabel televiziyasının şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini xx.xx.2011-ci il tarixində edərək, xx.xx.2012-ci il tarixdə 24,90 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2012-ci il tarixdə “xxxxxxxx” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Mənzil sakini K@TV1”-nin xidmətlərindən istifadə etməsini etira etsə də, aktı imzalamqdan imtina etmiş, bu barədə 1502 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 manat və xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmiş, yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın şəbəkədən ayrıldığı xx.xx.2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2012-ci il tarixə qədər olan müddət 140 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə cavabdehin iddiaçıya müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurduğu zərər 42 manat təşkil edir. İddiaçı MMC ilə “xxxxxxxx” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün nümayəndəyə 150 manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC xx.xx.2005-ci il tarixdə 0105-P142-43560 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmışdır və onun məqsədlərinə digər fəaliyyət növlərinin həyata keçirilməsi ilə yanaşı kabel televiziyasının təşkili və istismara verilməsi də daxildir. Azərbaycan Respublikası Milli Teleradio Şurası tərəfindən İddiaçınə (K@TV1) teleradio yayımı üçün lisenziya verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, 37A saylı evin, 75 saylı mənzili Cavabdeh məxsusdur. Həmin ünvan KATV 1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. Bu mənzil üzrə xx.xx.2011-ci il tarixində son ödəmə edilmiş və xx.xx.2011-ci il tarixində 24,90 manat borc ilə abonent şəbəkədən ayrılmışdır. Bundan sonra həmin mənzil üzrə rəsmi müraciət edilmədən və hər hansı hüquqi əsas olmadan, müqavilədən kənar qaydada kabel şəbəkəsindən istifadə edilməyə başlanmış, yəni mənzil qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuşdur. Bu mənzil üzrə qanunsuz qoşulması halları iddiaçının və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə xx.xx.2012-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilmiş və həmin tarixdə bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı mənzilin şəbəkədən ayrıldığı vaxtı, yəni xx.xx.2011-ci il tarixini qanunsuz qoşulmanın əvvəli, aktın tərtib edildiyi, yəni xx.xx.2012-ci il tarixini isə qanunsuz qoşulmanın son tarixi kimi qəbul edir və nəticədə cavabdehin 140 gün ərzində kabel şəbəkəsindən qanunsuz olaraq istifadə etdiyini iddia edir və İddiaçı MMC-nin KATV1 kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün 1 aylıq abunə haqqının 9 manat (1 gün - 0,30 qəpik) olmasını bildirərək ümumilikdə (140*0,30=42) 42 manat məbləğində pulun vurulmuş zərərin əvəzi qismində həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh tələb edir. İddiaçı ona göstərilən xidmətə görə “xxxxxxxx” MMC-yə 150 manat məbləğində pul vəsaiti və məhkəmədə hazırki iddianın qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödədiyini də iddia edir və bu məbləğlərin də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2.-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Telekommunikasiya haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Göründüyü kimi, şəbəkədən ayrıldıqdan sonra K@TV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulması və kabel televiziyasının yayımlanması üçün həmin mənzil üzrə iddiaçı ilə hər hansı müqavilə bağlanmamışdır. Hüquqi nəticə etibarı ilə cavabdehin mülkiyyətində olan mənzil hər hansı qanuni əsas olmadan iddiaçının Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və nəticədə iddiaçıya zərər vurulmuşdur. Bununla belə, məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan qeyd edilən mənzil üzrə yol verilmiş qanunsuz qoşulma iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd olan və mülki qanunvericiliyin normalarını pozan əməl kimi qiymətləndirilməli, bu hərəkətlərə görə cavabdeh mülki hüquq məsuliyyəti daşımalı və iddiaçıya vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 42 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı zərər məbləğini xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək, yəni 140 gün üçün tələb etdiyini bildirir. Halbuki, bu günlərin sayı 140 deyil, 139 gün təşkil edir. Bu səbəbdən tələb edilən məbləğdən 1 gün üçün müəyyən edilmiş məbləğ, yəni 0,30 manat çıxılmalı, qalan (42-0,30=41,70) 41,70 manat vurulmuş zərər məbləği qismində müəyyən edilməlidir. Beləliklə, kabel televiziyasına qanunsuz qoşulma nəticəsində iddiaçıya zərər vurulması faktı mötəbər sübutlarla təsdiq edildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “xxxxxxxxxx” MMC-nin xeyrinə 41,70 manat zərər məbləği tutulmalıdır. Məhkəmə iddia tələbinin göstərilən xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 150 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçı “xxxxxxxxxx” MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 41,70 manat məbləğində pul, habelə 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı iddiaçı “xxxxxxxxxx” MMC-nin (K@TV1) xeyinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçı “xxxxxxxxxx” MMCnin kabel şəbəkəsinə qanunsuz qoşulmaya görə vurulmuş zərərin əvəzi qismində 41,70 (qırx bir manat, yetmiş qəpik) manat məbləğində pul, habelə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı iddiaçı “xxxxxxxxxx” MMC-nin (K@TV1) xeyinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4513/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4513/2020
30.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver