Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-452/2024 06.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın ödənilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 550 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 580 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Hyundai HG 78 Xüsusi Təy” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçının mülkiyyətində olmaqla idarə etdiyi “X2” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta haqqında protokoldan da görünür ki, avtonəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymiş və avtomobilin sol ön yan tərəfi zədələnmişdir. Cavabdeh dəymiş ziyanın əvəzini ödəməkdən imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində və ekspert rəyində qeyd olunmuş məbləğ şişirdilmiş məbləğdir, avtonəqliyyat hadisəsi baş versə də günahkar o deyildir. Həmçinin onun idarə etdiyi avtomobil şirkət tərəfindən sığortalansa idi, o zaman avtomobilə dəymiş ziyan sığorta tərəfindən ödəniləcəkdi. Qeyd olunanlara əsasən iddianın ona aid hissədə təmin edilməməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Mülki işin materialları: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ X3 Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin sahibliyində olan “HYUNDAİ HD 78 XÜSUSİ TƏY” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı Evakuatoru Azərbaycan Respublikasının ərazisində idarə etmək üçün Cavabdeh2 xx.xx.2023-cü il tarixədək səlahiyyət verilmişdir. - 490507 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “HYUNDAİ HD78 XÜSUSİ TƏY” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" QSC-dir. - 377919 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X2” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - Cavabdeh2 Binəqədi RPİ-nə verdiyi izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi “HYUNDAİ HD78 XÜSUSİ TƏY” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən “X2” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol ön yan hissəsi ilə toqquşduğunu bildirmişdir. - İddiaçı Binəqədi RPİ-nə verdiyi izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində özünə məxsus idarə etdiyi “X2” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsi onun avtomobilinin sol ön yan hissəsi ilə toqquşmuşdur. - 105/23 nömrəli preyskurantdan görünür ki, İddiaçı sifarişi əsasında “X2” markalı, **- BR-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində ümumilikdə 495.6 manat məbləğində təmir işləri aparılmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/3718-9/9497 nömrəli ekspert rəyindən görünür ki, “İdeal Motors” tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktına və Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının nəticələrinə əsasən 2007-ci il buraxılışlı, “HYUNDAİ SONATA” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 420 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinı əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 inzibati xəta törətməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, bu hal tərəflərin izahatı, o cümlədən iş materialları ilə təsdiq olunur. Məhkəmə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə təqsirli bilinməsini qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da yol-nəqliyyat hadisəsinin məhz Cavabdeh2 tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2 və 469.3-cü maddələri ilə təqsirli bilinib cərimə edilmişdir. Beləliklə, Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması, tərəflərin məhkəmə iclasında verdiyi izahatları, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş zərərə görə məsuliyyətin həmin mənbəyə bilavasitə sahiblik edən şəxsin daşıdığı təsbit olunmuş, normada, həmçinin də müəyyən olunmuşdur ki, mənbəyə sahiblik həm mülkiyyət hüququ ilə, həm də digər qanuni əsaslarla ola bilər. Qanunverici MM-in 1108.1-ci maddəsinin ikinci cümləsində mənbəyə digər qanuni əsasla sahiblik etmənin hallarını (əsaslarını) qeyd etmiş və bu vaxt ara cümlə ilə mötərizədə misal olaraq- icarə hüququ və nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməni sadalamış, cümlənin sonunda isə oxşar əsasları nəzərdə tutan genişləndirici “və i.a.” ifadə vasitəsindən istifadə etmişdir ki, bu da öz növbəsində podrat, lizinq, tapşırıq, əmək müqavilələri, eləcə də yol vərəqi əsasında mənbəyə sahibliyin də qanuni sahiblik olduğunu nəzərdə tutur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən digər nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 etibarnamə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 qanuni əsaslarla idarə etdiyi avtomobilin mülkiyyətçisi olan cavabdeh "xxxx" MMC-yə aid hissədə təmin edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyan iddiaçıya ödənilməli olsa da iddia tələbi vurulmuş ziyanın həcminə görə, yəni vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri və məhkəməəmtəəşünaslıq ekspertizasının 8/3718-9/9497 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “İdeal Motors” tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktına və Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının nəticələrinə əsasən, avtohissələrin qiyməti nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 420 manat məbləğində müəyyən olumuşdur. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddia qismən təmin edilərək Cavabdeh2 dəymiş ziyana görə 420 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-452/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-452/2024
06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver