Məhkəmə qərarları › İş №2(001)-4541/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4541/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4541/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin (əvvəlki adı “xxxxxx” İKB ASC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3.506,93 manat əsas borc, 409,57 manat faiz borcu və 10,82 manat cərimə borcu olmaqla, ümumilikdə 3.927,32 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 30%, 12 ay müddətinə 2.000 ABŞ dolları kredit götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2.148,67 USD Mərkəzi Bankın xx xxxxxx 2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 4.106,32 manat təşkil edir, kreditin müddəti xx xxxxxx 2022-ci il tarixədək uzaldılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-ci il tərixədək Cavabdeh banka xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3.506,93 manat əsas borc, 409,57 manat faiz borcu və 10,82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.927,32 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1-Y-4- 0-206-15 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, kreditor borcalana 12 ay müddətinə illik 30 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 2.000 ABŞ dolları məbləğində kredit kartı limitini (kredit xətti) açır və ödəniş kartı təqdim edir. Müqavilənin 4.1-ci bəndinə əsasən kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 5 gündən gec olmayaraq kreditor tərəfindən boc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal borcalana məlumat verilir. Müqavilənin 11.1-ci bəndində əsasən borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Gecikdirilmiş borc yaranan halda tədbiq olunan sanksiyalar – hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36%. xx xxxxx 2015-ci il tarixli, 1-Y-4-0-206-15 nömrəli kredit müqaviləsinə əlavə olunan xx xxx 2016-cı il tarixli ödəniş cədvəlindən görünür ki, xx xxxxx 2015-ci il tarixli, 1-Y-4-0- 206-15 nömrəli istehlak krediti müqaviləsi üzrə “12 ay” sözləri “49 ay” sözləri ilə əvəz edilmiş və kreditin müddəti “49 ay” hesab edilmiş, “xx xxxxx 2016” sözləri “xx xxx 2019” sözləri ilə əvəz edilmiş və kredtin bağlanma tarixi “xx xxx 2019” hesab edilmişdir. xx xxxxx 2015-ci il tarixli, 1-Y-4-0-206-15 nömrəli kredit müqaviləsinə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli əlavə sazişdən və ödəniş cədvəlindən görünür ki, kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc və gecikdirilmiş faiz borc) 2.148,67 ABŞ dolları Mərkəzi Bankın xx xxxxxx 2017-ci il tarixdə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 4.106,32 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilənin 1.6-cı bəndində qeyd edilmiş 12 ay sözləri 84 ay sözləri ilə əvəz edilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən, müqavilənin 1.8-ci bəndində qeyd edilmiş xx xxxxx 2016 sözləri xx xxxxxx 2022 sözləri ilə əvəz edilmişdir. Müqavilənin 1.5 və 1.6-cı bəndlərinə əsasən, müqavilənin 1.10-cu bəndində qeyd edilmiş USD sözləri AZN sözləri əvəz edilmiş, müqavilənin 1.11-ci bəndində qeyd edilmiş 30% FİFD 34.019% sözləri 22.21% FİFD 22.21 % sözləri ilə əvəz edilmişdir. xx xxxx 2020-ci il tarixli olan maliyyə arayışından görünür ki, Cavabdeh banka xx xxxx 2020-ci il tarixə 3.506,93 manat əsas borc, 409,57 manat faiz borcu, 10,82 manat cərimə borcu olmaqla, ümumilikdə 3.927,32 manat borcu hesablanmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünürki, Cavabdeh borcunu 5 gün müddətində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədəxəbərdaredilmişdir. xx xxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinəəsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC (əvvəlki adı “xxxxxx” İKB ASC) ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 30% ödəmək şərti ilə 2.000 ABŞ dolları məbləğində kredit kartı limitini (kredit xətti) açmış, həmin müqaviləyə əlavə olunan xx xxx 2016-cı il tarixli ödəniş cədvəlinə əsasən xx xxxxx 2015-ci il tarixli, 1- Y-4-0-206-15 nömrəli istehlak krediti müqaviləsi üzrə “12 ay” sözləri “49 ay” sözləri ilə əvəz edilmiş və kreditin müddəti “49 ay” hesab edilmiş, “xx xxxxx 2016” sözləri “xx xxx 2019” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx xxx 2019” hesab edilmişdir. Daha sonra xx xxxxx 2015-ci il tarixli, 1-Y-4-0-206-15 saylı kredit müqaviləsinə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc və gecikdirilmiş faiz borc) 2.148,67 ABŞ dolları konvertasiya edilməklə 4.106,32 manat təşkil etmiş, 12 ay sözləri 84 ay sözləri ilə xx xxxxx 2016 sözləri xx xxxxxx 2022 sözləri ilə USD sözləri AZN sözləri ilə 30% FİFD 34.019% sözləri 22.21% FİFD 22.21 % sözləri ilə əvəz edilmişdir. Belə ki, cavabdeh müqavilə və ona əlavə olunan sazişə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun banka 3.506,93 manat əsas borc, 409,57 manat faiz borcu və 10,82 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3.927,32 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olunan sazişə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC (əvvəlki adı “xxxxxx” İKB ASC) ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1-Y-4-0-206-15 saylı krediti müqaviləsi ləğv edilməli, Cavabdeh 3.506,93 manat əsas borc, 409,57 manat faiz borcu və və 10,82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.927,32 manat borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. “xxxxxx” İKB X4 (hazırki İddiaçı X4) ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1-Y-4-0-206-15 saylı krediti müqaviləsi ləğv edilsin. Cavabdeh 3.506,93 (üç min beş yüz altı manat, doxsan üç qəpik) manat məbləğində əsas borc, 409,57 (dörd yüz doqquz manat, əlli yeddi qəpik) manat məbləğində faiz borcu və 10,82 (on manat, səksən iki qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 3.927,32 (üç min doqquz yüz iyirmi yeddi manat, otuz iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı X3 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar