Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4544/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********53897 olan iPhone X markalı telefon üçün 2.151 manat ödənilməmiş hissə, 645 manat dəbbə, xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 678 manat ödənilməmiş hissə, 203 manat dəbbə pulu, ümumilikdə 3.677 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.707 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx xxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********53897 olan iPhone X markalı telefon, Samsung LED markalı televizor almış və nəticədə 3.677 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.973 manat(12 ay x 239 manat + 105 manat ilkin ödəniş) olan İMEİ kodu **********53897 olan iPhone X markalı telefon üçün ümumilikdə, 2.796 manat olmaqla ondan, 2.151 manat ödənilməmiş hissə, 645 manatdəbbə, xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.124 manat (18 ay x 113 manat + 90 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün ümumilikdə 881 manat olmaqla, ondan 678 manat ödənilməmiş hissə, 203 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.268 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehə satılmış “iPhone X” markalı telefonda qüsurlar olduğu üçün onların müqavilə əsasında əməkdaşlıq etdikləri servisə verilmiş, lakin cavabdeh ödəniş etmədiyinə görə ona telefon geri qaytarılmamışdır. Cavabdeh telefonun qiymətinin yarısını ödədiyi təqdirdə telefon ona veriləcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdehiddianı qismən qəbul edərək izahatında bildirdi ki, “iPhone X” markalı telefon onda deyil, servisdədir, telefonu 2 ildən çoxdur ki, ona vermirlər. Ona bildirirlər ki, ödəniş etsə telefonu ona verəcəklər. O, isə telefon ona verildikdən sonra ödəniş edəcəkdir. “Samsung LED” markalı televizorla bağlı isə iddianı qəbul edir, hesablanmış borcu və cəriməni ödəməyə razıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxxx 2018-ci il tarixli, K00118284 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.973 manat, ilkin ödəniş 105 manat olan “iPhone X 64GB” markalı məhsul, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №K00118284 saylı müqaviləyə əsasən iPhone X 64GB markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxxxx 2018-ci il tarixli, K00254648 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.124 manat, ilkin ödəniş 90 manat olan Samsung LED 49 MU6650UXRU markalı məhsul yeni qızıl zəmanətlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №K00254648 saylı müqaviləyə əsasən Samsung LED 49 MU6650UXRU markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “iPhone X” markalı telefon üçün əsas borcu 2.151 manat, cərimə borcu 645 manat olmaqla, cəmi 2.796 manat, “Samsung LED” markalı məhsul üçün əsas borcu 678 manat, cərimə borcu 203 manat olmaqla, cəmi 881 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxxxxxxxxx” X2 3.677 manat məbləğində borcu vardır. “Servis Link” Texniki Xidmət Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli aktının surətindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixdə cihazda qüsur olduğuna görə servisə qəbul olunmuşdur. Nəticədə müştəri öhdəliyində olan cihaza aid ödənişi etmədiyi üçün cihaz servis tərəfindən müştəriyə təhvil verilməmişdir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, K00254648 saylı müqavilə ilə müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxxxxxxxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx xxxxxx 2018-ci il tarixli, K00254648 saylı müqavilə üzrə ümumilikdə Cavabdeh 881 manat borc hesablanmış, həmin borcun mövcudluğu cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Göründüyü kimi, cavabdeh xx xxxxxx 2018-ci il tarixli, K00254648 saylı müqavilə üzrə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, həmin müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxx 2018-ci il tarixli, K00118284 saylı müqavilə üzrə “iPhone X 64GB” markalı məhsulda qüsur olduğuna görə iddiaçının əməkdaşlıq etdiyi “Servis Link” Texniki Xidmət Mərkəzinə xx xxxxxxx 2018-ci il tarixdə tədqim edilmiş, cavabdeh tərəfindən ödəniş edilmədiyi üçün iddiaçı həmin məhsulu cavabdehə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Yuxarıda istinad edilən həmin Məcəllənin 600.4-cü maddələrinə görə, iddiaçı alqısatqı müqaviləsinin predmetini özündə saxlamaqla və yalnız ödəniş edildikdən sonra malın cavabdehə veriləcəyini bildirməklə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmiş və müqavilənin icrasından imtina etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda tərəflər arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, K00118284 saylı müqavilə ləğv edilmiş və bununla da tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. Hazırda da həmin müqavilə üzrə iddiaçının cavabdeh tərəfindən həmin məhsulun ödənilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2018-ci il tarixli, K00254648 saylı müqavilə üzrə əsas borc 678 manat, cərimə borcu 203 manat olmaqla, cəmi 881 manat, məbləğində borc Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 7 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli, K00254648 saylı müqavilə üzrə Cavabdeh678 (altı yüz yetmiş səkkiz) manat məbləğində əsas borc, 203 (iki yüz üç) manat məbləğində cərimə olmaqla, cəmi 881 manat (səkkiz yüz səksən bir) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Dövlət rüsumu olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində pulun 7 (yeddi) manatı Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4544/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4544/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver