Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4572/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh Məhəmmədli qızına qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X8 Cavabdeh Məhəmmədli qızına qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmmədli qızından xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsi üzrə kreditə görə 571,5 manat əsas, 83,08 manat faiz borcu olmaqla, cəmi 654,58 manat borc və 30 manat dövlət rüsumunun əvəzinin tutulması, pulun cavabdehə məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına yəni, 2 ədəd sınıq üzüyə (çəkisi 4,9 qr, əyarı 585), 1 ədəd sep və klona (çəkisi 6 qr, əyarı 585) və 1 ədəd əzik komplektə (çəkisi 11 qr, əyarı 585) yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh Məhəmmədli qızının xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsi üzrə kreditə görə 654,58 manat və dövlət rüsumu kimi 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirdi ki, “İddiaçı" ASC-nin "Sahil" fılialı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 865 manat məbləğində cavabdehə kredit verilmişdir. Qeyd olunan müqavilənin 3.1.11-ci və 4.2-ci bəndinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehə xx xxxxxx 2020-ci il tarixli, SHLMB- 6420 saylı kredit müqaviləsi üzrə 571,5 manat, 83,08 manat faiz borcu olmaqla cəmi 654,58 manat borc hesablanmışdır. Qeyd olunan müqavilədən gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus qızıl-zinət əşyalar girov qoyulmuşdur. Həmin qızılzinət əşyaları xx xxxxxx 2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı X3 “Sahil” Filialına saxlanca verilmiş və onlar 2 ədəd sınıq üzükdən (çəkisi 4,9 qr, əyar 585), 1 ədəd sep və klondan (çəkisi 6qr, əyar 585) və 1 ədəd əzik komplektdən (çəkisi 11 qr, əyar 585) ibarətdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəribu müqavilə üzrə üzərinə düşən vəzifələrini vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Banka) girova ödəniş yönəldə bilər”. Eyni zamanda müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə) “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və güzəştlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu müqaviləni pozmağa və bütün tələbləri vaxtından əvvəl ödəməyə hüququ vardır”. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı X8 ilə Cavabdeh Məhəmmədli qızı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh Məhəmmədli qızına 12 ay müddətinə illik 29% ödəmək şərti ilə 865 manat məbləğində kredit verməyi, Cavabdeh Məhəmmədli qızı isə kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti və ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini İddiaçı ASC-yə qaytarmağı barədə öhdəlik götürmüşdür; xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 nömrəli saxlanc girovu haqqında müqavilədən və həmin tarixli “saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi Aktı”ndan görünür ki, qeyd olunan kredit müqaviləsinin təminatı olaraq Cavabdeh Məhəmmədli qızı özünə məxsus olan 2 ədəd sınıq üzük (çəkisi 4,9 qr, əyarı 585), 1 ədəd sep və klon (çəkisi 6qr, əyarı 585) və 1 ədəd əzik komplekt (çəkisi 11 qr, əyarı 585) olan qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən girov predmeti 1.443,87 manat məbləğində qiymətləndirilmişdir; İddiaçı X3 Cavabdeh Məhəmmədli qızına ünvanladığı xx xxxx 2020-ci il bildirişindən görünür ki, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 iş günü müddətində Banka ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı X3 xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Məhəmmədli qızı ilə İddiaçı X6 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SHLMB- 6420 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx xxxxxxxx 2020-ci il tarixə Banka 571,5 manat əsas, 83,08 manat faiz borcu olmaqla, cəmi 654,58 manat məbləğində ödənilməmiş borcu vardır. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə qızına 12 ay müddətinə illik 29 % ödəmək şərti ilə 865 manat məbləğində kredit verməyi, cavabdeh isə İddiaçı ASC-dən həmin məbləğdə pulu almağı və kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh Məhəmmədli qızı kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği İddiaçı ASC-dən götürmüş, lakin həmin müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini müəyyən edilmiş müddətdə və qaydada yerinə yetirə bilməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsi üzrə cavabdehin 571,5 manat əsas borcu və 83,08 manat faiz borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsnə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuş və Banka 571,5 manat əsas və 83,08 manat faiz borcu qalmışdır. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.; 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.; 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər; 281.1-ci maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir.; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296-cı maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər; 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq Cavabdeh Məhəmmədli qızı özünə məxsus qızıl-zinət əşyalarını Banka girov qoymuşdur. Hazırda da Cavabdeh Məhəmmədli qızı bu girovla təmin edilmiş öhdəliyini cavabdeh olduğu səbəblərdən icra edə bilmir. İddiaçı da bu səbəbdən tələblərinin ödənilməsi üçün tutmanın girov qoyulmuş bu əşyalara yönəldilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli kredit borcu üzrə tutma borcun təminatı olaraq girovla yüklü edilmiş 2 ədəd sınıq üzüyə (çəkisi 4,9 qr, əyarı 585), 1 ədəd sep və klona (çəkisi 6qr, əyarı 585) və 1 ədəd əzik komplektə (çəkisi 11 qr, əyarı 585), cəmi çəkisi 21.9 qram olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin girov predmeti hərracda (açıq auksionda) satılmalı və satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənişlər həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə girov qoyana (cavabdehə) qaytarılmalıdır. Həmçinin, girov qoyulmuş əşyaların satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli olmazsa, çatışmayan məbləğ cavabdehin başqa əmlakına yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Məhəmmədli qızından xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsi üzrə 571,5 manat əsas, 83,08 manat faiz olmaqla, cəmi 654,58 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı X3 xeyrinə tutulmalı, tutma girov predmeti olan, kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, Cavabdeh Məhəmmədli qızına məxsus olan dəyəri 1.443,87 manat məbləğində razılaşdırılmış və İddiaçı ASC-də saxlanılan 2 ədəd sınıq üzüyə (çəkisi 4,9 qr, əyarı 585), 1 ədəd sep və klona (çəkisi 6qr, əyarı 585) və 1 ədəd əzik komplektə (çəkisi 11 qr, əyarı 585),cəmi çəkisi 21,9 qram olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin girov predmeti olan qızıl-zinət əşyaları hərracda (açıq auksionda) satılmalı, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı X5 ödənilməli, ödənişdən artıq qalan məbləğ Cavabdeh Məhəmmədli qızına qaytarılmalı, girov qoyulmuş əşyaların satışından götürülən məbləğ girov saxlayanın tələblərini ödəmək üçün yetərli olmazsa, çatışmayan məbləğ cavabdehin başqa əmlakına yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Məhəmmədli qızından xx xxxxxx 2020-ci il tarixli, SHLMB-6420 saylı kredit müqaviləsi üzrə 571,5 (beş yüz yetmiş bir manat, əlli qəpik) manat məbləğində əsas, 83,08 (səksən üç manat, səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 654,58 (altı yüz əlli dörd manat, əlli səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı X3 xeyrinə tutulsun. Tutma girov predmeti olan, kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, Cavabdeh Məhəmmədli qızına məxsus olan dəyəri 1.443,87 (bir min dörd yüz qırx üç manat, səksən yeddi qəpik) manat məbləğində razılaşdırılmış və İddiaçı X4 saxlanılan 2 ədəd sınıq üzüyə (çəkisi 4,9 qr, əyarı 585), 1 ədəd sep və klona (çəkisi 6 qr, əyarı 585) və 1 ədəd əzik komplektə (çəkisi 11 qr, əyarı 585),cəmi çəkisi 21,9 qram olan qızıl-zinət əşyalarına yönəldilsin. Həmin girov predmeti olan qızıl-zinət əşyaları hərracda (açıq auksionda) satılsın. Satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı X5 ödənilsin. Ödənişdən artıq qalan məbləğ Cavabdeh Məhəmmədli qızına qaytarılsın. Girov qoyulmuş əşyaların satışından götürülən məbləğ girov saxlayanın tələblərini ödəmək üçün yetərli olmazsa, çatışmayan məbləğ cavabdehin başqa əmlakına yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4572/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4572/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver