Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5890/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı x oğlunun cavabdeh "xxxx" BOKT MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası, girova xitam verilməsi, zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh "xxxx" BOKT MMC-nin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" BOKT MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 03 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" BOKT MMC tərəfindən İddiaçı 24 ay müddətinə, illik 29 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Girov müqaviləsinə əlavə olan 03.02.2016-cı il tarixli "xxxx" MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktına əsasən, İddiaçı x oğlu 906 ABŞ dolları məbləğində kredit götürmək məqsədilə ümumi çəkisi 63,70 qram və ümumi dəyəri 833 manat olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram, dəyəri 364 manat), 2 ədəd qolbağı (çəkisi 16,7 qram, 208 manat), 1 ədəd komplekt (çəkisi 9,2 qram, dəyəri 130,50) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram, dəyəri 130,50) direktor X5 təhvil ver mişdir. 3. 16 mart 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" BOKT MMC tərəfindən İddiaçı illik 29 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 555 ABŞ dolları məbləğində kredit verilmişdir.
4. Girov müqaviləsinə əlavə olan 16.03.2016-cı il tarixli "xxxx" MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktına əsasən, İddiaçı x oğlu 555 ABŞ dolları məbləğində kredit götürmək məqsədilə ümumi çəkisi 31,90 qram və ümumi dəyəri 555 manat olan 1 ədəd komplekt (çəkisi 11,80 qram, dəyəri 247,80), 1 ədəd komplekt (çəkisi 11,20 qram, dəyəri 168 manat), 2 ədəd üzük (çəkisi 5,90 qram, dəyəri 91,20 manat), 1 ədəd boyunbağını (çəkisi 3,00 qram, dəyəri 48 manat) direktor X5 təhvil vermişdir.
5. İddiaçı bildirir ki, 2016-cı ilin oktyabr ayın da kredit müqavilələri üzrə qalıq borcunu tamamilə ödəyərək girov qoyduğu qızıl-zinət əşyalarını geri götürmək istəyən zaman cavabdehin Ağdaş filialında ona demişlər ki, filialda filialın müdiri tərəfindən pul vəsaitlərinin və girov qoyulmuş qızılzinət əşyalarının mənimsənilməsi faktı olduğundan borcunu qəbul edərək girov qoyduğun qızılzinət əşyalarını qaytarmaq mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı x oğlu cavabdeh "xxxx" BOKT MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh orqan "xxxx" BOKT MMC-nin Ağdaş filialı ilə aralarında bağlanmış VF/08615 saylı, 03 fevral 2016-cı il tarixli və 16 mart 2016-cı il tarixli kredit müqavilələri üzrə yaranmış borcun hesablanaraq tərəfindən cavabdeh BOKT-a ödənilməsi və hər iki müqavilə üzrə girov qoyduğu ümumi çəkisi 95,60 qram (63,70+31,90 qram) olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram), 2 ədəd qolbağı (çəkisi 16,7 qram), 1 ədəd komplekt (çəkisi 9,2 qram) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram), 1 ədəd komplekt (çəkisi 11,80 qram), 1 ədəd komplekt (çəkisi 11,20 qram), 2 ədəd üzük (çəkisi 5,90 qram), 1 ədəd boyunbağının (çəkisi 3,00 qram) özünün, olmadıqda isə real bazar dəyərinin eləcə də tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Viza Kredit BOKT MMC-dən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, kredit götürmək məqsədi ilə 03 fevral 2016-cı il tarixdə cavabdeh "xxxx" BOKT MMC-nin Ağdaş filialına müraciət etmişdir. Cavabdeh "xxxx" BOKT MM C-nin Ağdaş filialı ilə aralarında bağlanmış VF/08615 saylı, 03 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, cavabdeh orqandan illik faiz dərəcəsi 29 faiz olmaqla 24 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülmüş kreditin müqavilədə göstərilən şərtlər daxilində vaxtında qaytarılmasının təminatı kimi cavabdeh orqanın Ağdaş filialı ilə aralarında girov müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, 03 fevral 2016-cı il tarixdə iştirakları ilə, eləcə də qiymətləndiricinin iştirakı ilə tərtib edilmiş "xxxx" BOKT MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktına əsasən o, ümumi çəkisi 63,70 qram olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram), 2 ədəd qolbağı (çəkisi 16,7 qram), 1 ədəd komplekt (çəkisi 9,2 qram) və 3 ədəd üz üyü (çəkisi 9,2 qram), cavabdeh orqanın Ağdaş filialının müdiri x təhvil vermişdir. Bütün bunlardan sonra cavabdeh orqanın Ağdaş filialından kredit müqaviləsində göstərilmiş 1000 ABŞ dolları ona verilmişdir. Bundan başqa cavabdehlə aralarında bağlanmış 16 mart 2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, cavabdeh orqandan illik faiz dərəcəsi 29 faiz olmaqla 555 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülmüş kreditin müqavilədə göstərilən şərtlər daxilində vaxtında qaytarılmasının təminatı kimi cavabdeh orqanın Ağdaş filialı ilə aralarında girov müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, 16 mart 2016-cı il tarixdə iştirakları ilə, eləcə də qiymətləndiricinin iştirakı ilə tərtib edilmiş "xxxx" BOKT MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil- təslim aktına əsasən o, ümumi çəkisi 31,90 qram olan 1 ədəd komplekt (çəkisi 11,80 qram), 1 ədəd komplekt (çəkisi 11,20 qram), 2 ədəd üzük (çəkisi 5,90 qram), 1 ədəd boyunbağı (çəkisi 3,00 qram) cavabdeh orqanın Ağdaş filialının müdiri x təhvil vermişdir. Bütün bunlardan sonra cavabdeh orqanın Ağdaş filialından kredit müqaviləsində göstərilmiş 555 ABŞ dolları ona verilmişdir. Cavabdeh orqanın Ağdaş filialından götürdüyü krediti müqaviləyə əlavə edilmiş qrafik üzrə arada gecikmələr olmaqla 2016-cı ilin oktyabr ayına kimi qaytarmışdır. Ödənişdə gecikmələr olduğuna görə x şifahi formada ona demişdir ki, krediti vaxtında ödəməsə qızıllarını bank satacaqdır. O isə bildirmişdir ki, tezliklə kreditin ödəniş qrafikini tamamlayacaq, əgər ödəyə bilməsə krediti qızıllara yönəldər və qalan məbləği ona qaytararlar. 2016-cı ilin oktyabr ayında o, kredit müqavilələri üzrə qalıq borcunu tamamilə ödəyərək girov qoyduğu qızıl-zinət əşyalarını geri götürmək istəyən zaman cavabdeh orqanın Ağdaş filialında ona bildirmişlər ki, filialda filialın müdiri tərəfindən pul vəsaitlərinin və girov qoyulmuş qızıl-zinət əşyalarının mənimsənilməsi faktı olduğundan borcunu qəbul edərək girov qoyduğun qızıl-zinət əşyalarını qaytarmaq mümkün deyildir. Hazırkı bank nümayəndələri tərəfindən ona bildirilmişdir ki, onun 03 fevral 2016-cı il tarixli müqaviləyə əsasən BOKT-a 594 ABŞ dolları, 16 mart 2016-cı il tarixli müqaviləyə görə isə 291 ABŞ dolları borcu vardır. Lakin o, borcu bu həddə qəbul etmir, bu şişirdilmiş borcdur, faiz və cəriməni şişirdiblər. Dollar kreditlərinə güzəşt edilməsi ilə bağlı cənab Prezide ntin Sərəncamı vardır, həmin Sərəncama görə onun BOKT-a cüzi borcu qalıbdır. Belə ki, ona sms xəbərdarlığı gəlmişdir, həmin xəbərdarlığa görə ona 600 ABŞ dolları pul ayrılmışdır. Həmin vaxt BOKT-a yaxınlaşmış, əməkdaş demişdir ki, hələ bu məsələ dondurulub. Mənimsəmə ilə bağlı cinayət işi araşdırılarkən əmanət qoymuş bəzi şəxslərin qızılları aşkar olunub qaytarılsa da, onun qızıllarından heç bir xəbər olmamışdır. Onun girov qoyduğu qızılların 11,80 qramı 750 əyarlı, qalan 83,80 qramı isə 583 əyarlı olmuşdur. Nəzərə alınsa ki, 750 əyarlı qızılın bir qramının satış qiyməti 90 manat, 583 əyarlı qızılın bir qramının satış qiyməti 70 manatdır, bu qayda ilə hesablanmaqla cavabdehin ona olan borcu ödənilməlidir. Göründüyü kimi, cavabdeh "xxxx" BOKT MMC aralarında bağlanmış kredit və girov müqavil ələrinin şərtlərini kobud şəkildə pozmaqla tərəf kimi onun hüquqlarını pozmuşdur. Cavabdeh "xxxx" BOKT MMC ilə aralarında yaranmış mübahisənin qarşılıqlı razılaşma ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət etməyinə zərurət yarandığından ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Rayon Məhkəməsinin (hakim C.Musayeva) 20 noyabr 2020-ci il tarixli, 2(006)4337/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, girovla təmin olunmuş əsas öhdəlik iddiaçı tərəfindən icra edilməmişdir. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 no yabr 2018-ci il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, iddiaçı götürdüyü kredit borcunu 3 ay ödədikdən sonra tam ödəyə bilməmiş, ona görə də BOKT-un əməkdaşı olan xun yanına gedərək girov qoyduğu qızıl-zinət əşyalarının müqabilində kredit müqaviləsi üzrə yaranmış öhdəliyin tam icra edilmiş hesab edilməsini xahiş etmişdir. Bu fakt həmçinin məhkəmə baxışı zamanı iddiaçı tərəfin verdiyi izahatlardan da müəyyən edilir. Göründüyü kimi girov müqaviləsinə əsasən girov qoyan (iddiaçı) girov müqaviləsi ilə təmin edilmiş əsas öhdəliyi, yəni götürdüyü pulun qaytarılmasına dair vəzifəsini lazımi qaydada icra etməmişdir. Məhkəmə girovla təmin edilmiş öhdəliyə xitam verilməməsi girov predmetinin qaytarılmasını istisna etdiyinə əsaslanaraq hesab edir ki, hazırki iddia təmin edilə bilməz. Məhkəmə h əmçinin qeyd etməyi zəruri sayır ki, girov saxlayan ona verilmiş girov predmetinin salamatlığı üçün məsuliyyət daşıdığından girov qoyan-iddiaçı, girov predmetinin dəyərində zərərin ödənilməsi tələbinə dair iddia ilə əsas öhdəlik tam icra edildikdən sonra məhkəməyə müraciət etmək hüququna malikdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), x və F.Babayev) 25 may 2021-ci il tarixli,x nömrəli qətnaməsi ilə İddiaçı x oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, x saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, qızıl-zinət əşyalarının dəyəri 5016 manatın və 30 man at dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" BOKT MMC-dən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmündə müəyyən olunur ki, X6 "xxxx" BOKT MMCnin Ağdaş filialının müdiri vəzifəsini icra edərkən İddiaçı x oğlu ilə bağlanmış 08615 saylı 03.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 1430 manat dəyərində çəkisi 28.6 qr., 2 ədəd 586 əyarlı sep sünbül; 835 manat dəyərində çəkisi 16.7 qr. olan 2 ədəd 583 əyarlı qolbaq sünbül, 460 manat dəyərində çəkisi 9.2 qr olan 1 ədəd 583 əyarlı komplekt; 460 manat dəyərində çəkisi 9.2 qr. olan 3 ədəd 583 əyarlı üzük; İddiaçı ilə bağlanmış 16.03.2016-cı il tarixli kredit müqavi ləsi üzrə 826 manat dəyərində çəkisi 11.8 qr. olan 1 ədəd 750 əyarlı komplekt; 560 manat dəyərində çəkisi 11.2 qr. olan 1 ədəd 583 əyarlı komplekt; 295 manat dəyərində çəkisi 5.9 qr olan 2 ədəd 583 əyarlı üzük; 150 manat dəyərində çəkisi 3 qr. olan 1 ədəd 583 əyarlı boyunbağını qulluq mövqeyindən istifadə edib vahid qəsdlə təkrar mənimsəyərək talamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 13. "xxxx" BOKT MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" BOKT MMC tərəfindən 27 noyabr 2015-ci il tarixli, 07916 nömrəli kredit müqaviləsi mülki işə apellyasiya məhkəməsində baxılarkən məhk əməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən həmin müqavilə əsasında faktiki olaraq İddiaçı x oğluna illik faiz dərəcəsi 29 faiz olmaqla 24 ay müddətinə 1000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış 27 noyabr 2015-ci il tarixli, 07916 nömrəli kredit müqaviləsi nəzərə alınmadan 03 fevral 2016-cı il tarixli, VF/08615 saylı kredit müqaviləsi əsasında mübahisə həll edilsə də, mülki mübahisəyə dair işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan məhkəmə tərəfindən qanuna zidd qətnamə qəbul edilmişdir. Belə ki, İddiaçı x oğlu ilə "xxxx" BOKT MMC-nin Ağdaş filialı arasında bağlanmış müqavilə öhdəliklərinin iddiaçı tərəfindən yerinə yetrilməməsini məhkəmə nəzərə almamışdır. Tərəflər arasında yaranm ış münasibətlər müqavilə öhdəliklərinin yerinə yetrilməsi ilə tənzimlənməli olduğu halda, məhkəmə mülki hüquq pozuntusunun törədilməsinə dair normalara istinad etmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddiaçı x oğlu ilə cavabdeh "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqavilələri ilə tərəflərin hüquq və vəzifələri, kreditin miqdarı, verilməsi və qaytarılması, kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri və tərəflərin digər öhdəlikləri müəyyənləşdirilərək tərəflər arasında razılaşdırıldığından mübahisəy ə müqavilə öhdəliklərinin yerinə yetrilməsinə dair mülki məcəllənin tələbləri tətbiq edilməlidir. "xxxx" BOKT MMC-nin Ağdaş filialı tərəfindən verilmiş 03.02.2016-cı il tarixli, 7216 saylı kassa məxaric orderindən görünür ki, Viza Kredit BOKT MMC tərəfindən İddiaçı x oğluna 906 ABŞ dolları məbləğində kredit verilmiş və qeyd olunan məbləğ təhvil alınmışdır. İddiaçı x oğlu kredit müqavilələri üzrə borcunu tamamilə ödəməsini bildirməmiş, girov qoyduğu qızıl-zinət əşyalarını geri götürmək istəyən zaman cavabdehin Ağdaş filialında ona bildirmişlər ki, 03 fevral 2016-cı il tarixli müqaviləyə əsasən 594 ABŞ dolları, 16 mart 2016-cı il tarixli müqaviləyə görə isə 291 ABŞ dolları borcu vardır. Lakin o, borcu bu həddə qəbul etmədiyini, bunun şişirdilməsini, faiz və cəriməni şişirdildiyini bildirmi şdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli qızıl-zinət əşyaları 2016-cı ildə aktlarla iddiaçıya təhvil verilmişdir. Həmin qızıl-zinət əşyaları cavabdehdə mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mübahisəli qızıl-zinət əşyalarının cavabdehdə olmadığından onların dəyərinin 5016 manat məbləğində qiymətləndirməklə cavabdeh "xxxx" BOKT MMC-dən tutularaq, İddiaçı ödənilməsi nəticəsinə gəlməsi qanuna ziddir. Həmçinin məhkəmənin mübahisəyə Azərbaycan Mülki Məcəlləsinin 1099.1-ci maddəsini tətbiq etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun deyil. Tərəflər arasında yaranmış mülki mübahisə mülki hüquq pozuntusu (delikt) deyil, müqavilə öhdəliklərindən irəli gələn mübahisədir. Mülki iş materialları na əlavə edilmiş “Viza Kredit “ BOİCT 004 saylı, 21.01.2021-ci il tarixli məktubu ilə İddiaçı cavabdeh BOKT qarşısında öhdəliyinin olmaması göstərildiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki iş materiallarına İddiaçı x oğlu ilə "xxxx" BOKT MMC-nin Ağdaş filialı arasında bağlanmış 27 noyabr 2015-cı il tarixli, 07916 nömrəli kredit müqaviləsi əlavə edilmədiyindən tərəflər arasında yaranmış mülki mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin Vİİİ bəndi ilə razılığa gəlinmişdir ki, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbayc an Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə həll ediləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin mülki iş üzrə mübahisəyə "xxxx" BOKT MMC-nin Ağdaş filialın müdiri vəzifəsində işləmiş X4 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmünə və Şəki Apellyasiya Məhkəməsinin qərarına istinad edərək işin mübahisəli hallarını, müqavilə öhdəliklərinin yerinə yetirilmə vəziyyətini araşdırmaması qanuna və Azərbaycan Respublikası MPM-nin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
20. Maddə
273. Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır.
21. Maddə 283.3. Girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilər.
22. Maddə 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur.
23. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 24. Ma ddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq p ozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlə ri
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
35. Girov müqaviləsinə əlavə olan 03.02.2016-cı il tarixli "xxxx" MMC-nin girov qoyulmuş qiymətlərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, İddiaçı x oğlu 906 ABŞ dolları məbləğində kredit götürmək məqsədilə ümumi çəkisi 63,70 qram və ümumi dəyəri 833 manat olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram, dəyəri 364 manat), 2 ədəd qo lbağı (çəkisi 16,7 qram, 208 manat), 1 ədəd komplekt (çəkisi 9,2 qram, dəyəri 130,50) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram, dəyəri 130,50) direktor X5 təhvil vermişdir. Girov müqaviləsinə əlavə olan 16.03.2016-cı il tarixli "xxxx" MMC-nin girov qoyulmuş qiymətlərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, İddiaçı x oğlu 555 ABŞ dolları məbləğində kredit götürmək məqsədilə ümumi çəkisi 31,90 qram və ümumi dəyəri 555 manat olan 1 ədəd komplekt (çəkisi 11,80 qram, dəyəri 247,80), 1 ədəd komplekt (çəkisi 11,20 qram, dəyəri 168 manat), 2 ədəd üzük (çəkisi 5,90 qram, dəyəri 91,20 manat), 1 ədəd boyunbağını (çəkisi 3,00 qram, dəyəri 48 manat) direktor X5 təhvil vermişdir. 03.02.2016-cı il tarixli, 7216 saylı kassa məxaric orderindən görünür ki, Viza Kredit BOKT MMC tərəfind ən sonuncu tərəfindən İddiaçı x oğluna 906 ABŞ dolları məbləğində kredit verilmiş və qeyd olunan məbləğ təhvil alınmışdır. 03.02.2016-cı il tarixli, 08615 saylı kredit müqaviləsinə əlavə kredit ödəniş cədvəlindən görünür ki, Viza Kredit BOKT MMC tərəfindən İddiaçı x oğluna 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 906 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər gecikdirilən gün üçün gecikən əsas məbləğə 1% gündəlik cərimə hesablanır. “Azərbaycan Kredit Bürosu MMC-dən 12.10.2020-ci il tarixli Çıxarışındakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı x oğlunun 03.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin məbləği 906 ABŞ dolları, kreditin qalıq məbləği 460,29 ABŞ dolları, faiz məbləği 83,24 ABŞ dolları, 16.03.2016-cı il tarixli kredit müqavilə sinə əsasən verilmiş kreditin məbləği 555 ABŞ dolları, kreditin qalıq məbləği 251,60 ABŞ dolları, faiz məbləği 39,17 ABŞ dolları təşkil etmişdir. “Viza Kredit “ BOKT tərəfindən 004 saylı 21.01.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, xla bağlanmış kredit müqavilələri üzrə BOKT qarşısında heç bir borc öhdəliyi yoxdur. Həmçinin kredit müqavilələri üzrə girov qoyulmuş qızıl-zinyət əşyalarının qiymətləndirilməsi və təhvil-təslim aktı ilə girov qoyulmuş əmlaklar xa təhvil verilmişdir.
36. Apellyasiya kollegiya qeyd etmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi- məsu l vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 9 (doqquz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2018-ci il tarixdən hesablanması, x barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalından həbs edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi gücündə saxlanılması, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətdə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş 2 il müddətinə şamil edilməsi, əlavə cəzanın müddətinin hökmün qanunu qüvvəyə mindiyi andan hesablanması, iş üzrə mülki iddia ilə bağlı hissədə qismən təmin edilməsi, yəni 203.374 manat məbləğində pulun təqsirləndirilən şəxs x dan tutularaq, "xxxx" BOKT MMC-yə, 127.766,50 manat məbləğində pulun isə X3 ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin Ağdaş filialında saxlanılan 317,05 qr olan 77 ədəd qızıl əşy ası "xxxx" BOKT MMC-yə məxsus olduğundan ona qaytarılması, "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD-disk və xun təqdim etdiyi 1 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə 419,64 manat məhkəmə xərcinin xdan tutularaq, dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 27.02.2019-cu il tarixli x saylı qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır.
37. Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmündə müəyyən olunur ki, X6 "xxxx" BOKT MMC-nin Ağdaş filialının müdiri vəzifəsini icra edərkən İddiaçı x oğlu ilə bağlanmış 08615 saylı 03.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 1430 manat dəyərində çəkisi 28.6 qr., 2 ədəd 586 əyarlı sep sün bül; 835 manat dəyərində çəkisi 16.7 qr. olan 2 ədəd 583 əyarlı qolbaq sünbül, 460 manat dəyərində çəkisi 9.2 qr olan 1 ədəd 583 əyarlı komplekt; 460 manat dəyərində çəkisi 9.2 qr. olan 3 ədəd 583 əyarlı üzük; İddiaçı ilə bağlanmış 16.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 826 manat dəyərində çəkisi 11.8 qr. olan 1 ədəd 750 əyarlı komplekt; 560 manat dəyərində çəkisi 11.2 qr. olan 1 ədəd 583 əyarlı komplekt; 295 manat dəyərində çəkisi 5.9 qr olan 2 ədəd 583 əyarlı üzük; 150 manat dəyərində çəkisi 3 qr. olan 1 ədəd 583 əyarlı boyunbağını qulluq mövqeyindən istifadə edib vahid qəsdlə təkrar mənimsəyərək talamışdır.
38. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli qızıl-zinət əşyaları 2016-cı ildə aktlarla iddiaçıya təhvil verilmişdir. Həmin qızıl-zinət əşyaları cavabdehdə mövcud deyil.
39. Məhkəmə kollegiyası qeyd olunan aktlara hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin aktlar 2016-cı il də tərtib edilmişdir. Bundan sonra isə mübahisəli qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçıda olmaması qeyd olunan məhkəmə qərarlarında öz əksini tapmışdır.
40. Kollegiya hesab etmişdir ki, mübahisəli qızıl-zinət əşyaları cavabdehdə olmadığından, onların dəyəri 5016 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" BOKT MMC-dən tutularaq, İddiaçı ödənilməlidir.
41. Apellyasiya məhkəməsi vurğulamışdır ki, “Viza Kredit “ BOKT tərəfindən 004 saylı, 21.01.2021ci il tarixli məktubu ilə İddiaçı cavabdeh BOKT qarşısında öhdəliyinin olmaması göstərildiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
42. Kollegiya hesab edir ki, girov saxlayan cavabdehin işçisi girov predmetinə qanunla müəyyən edilmiş qaydada yönəltmə etmədən həmin predmetləri mənimsədiyinə görə iddiaçının girov münasibətinə xitam verilməklə əşyaların və ya onların dəyərinin ona qaytarılması barədə tələbi maddi və prosessual hüquq normalarına uyğundur. Cavabdeh onun qarşısında iddiaçının icra edilməmiş öhdəliyinin qalmaması haqqında sənəd vermiş, həmin sənəddə girov əmlakın iddiaçı tərəfindən təhvil alındığını göstərsə də, bu faktı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddianın göstərilən həcmdə təmin edilməsi maddi və prosessual hüquq normalarına uyğun olmuşdur (§ 18-27).
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdək i sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də yişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.