Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-203/2022 17.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.01.2020-ci il tarixli, MK-00205-16/20A saylı kredit müqaviləsindən irəli gələn 07.09.2021-ci il tarixinə ödənilməmiş 5123,44 manat əsas borc, 1576,87 manat faiz borcu və 59,9 manat dəbbə pulu, iddia qaldırılması üçün 87,6 manat dövlət rüsumu, ümumilikdə 6760,21 manat, 87,6 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Tofık oğlundan, Cavabdeh4 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASCnin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.01.2020-ci il tarixli, MK- 00205-16/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh istehlak məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 5300 (beş min üç yüz) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərli ilə kredit verilmişdir. Cavabdeh2 17.01.2020-ci il tarixdə bankla MKZ-00205-16/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh3 17.01.2020-ci il tarixdə bankla MKZ2-00205-16/20A saylı zamirlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh4 17.01.2020-ci il tarixdə bankla MKZ3-00205-16/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehin 17.01.2020-ci il tarixli MK-00205-16/20A saylı kredit müqaviləsi üzrə 07.09.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 5123,44 manat, faiz borcu 1576,87 manat, dəbbə pulu 59,9 manat, cəmi 6760,21 manat təşkil edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zamin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada göndərdiyi 16 fevral 2022-ci il tarixli ərizədə işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən onunla iddiaçı "xxxx" ASC-nin “Həzi Aslanov” filialı arasında bağlanmış 17.01.2020-ci il tarixli, MK-00205-16/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 5300 (beş min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. İddianı 5123,44 manat əsas və 1576,87 manat faiz borcunun tutulması hissəsində qəbul edir. 59,9 manat məbləğdə cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin göstərmişdir ki, Cavabdeh2, Cavabdeh3 Tofık oğlu, Cavabdeh4 onun dostlarıdır. Cavabdeh3 Tofık oğlu məhkəmə iclasının yeri və vaxtı barədə xəbəri vardır. Lakin işdən çıxa bilmədiyinə görə məhkəməyə gələ bilməmişdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 izahat verərək göstərmişdir ki, "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.01.2020-ci il tarixli, MK-00205- 16/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 5300 (beş min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla bank arasında 17.01.2020-ci il tarixli, MKZ-00205- 16/20A saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaya etirazı yoxdur. İddia tələbində göstərilən əsas və faiz borcunu qəbul edir, cərimə hissəsində ona köməklik göstərilməsini xahiş etmişdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 Cavabdeh2 məhkəmə iclasında vermiş olduğu izahata oxşar olan, eyni məzmunlu izahat verərək qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh3 ona göndərilmiş «sms» bildirişini almışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 17 yanvar 2020-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5300 manat məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. İşdə olan 17 yanvar 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 5300 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 05 may 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 5124,1 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 03 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 17 dekabr 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 5124,1 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə əlavə güzəşt olaraq verilmiş 06 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 07 sentyabr 2021-ci il tarixli, 2021/5474 saylı arayışdan görünür ki, Cavabdeh1 17 yanvar 2020-ci il tarixli, MK-00205-16/20A saylı kredit müqaviləsi üzrə 07 sentyabr 2021-ci il tarixə 5123,44 manat əsas, 1576,87 manat faiz, 59,9 manat cərimə borcu olmaqla, cəmi 6760,21 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki "xxxx" ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5300 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 59,9 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 və onun zamini Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 5123,44 manat əsas, 1576,87 manat faiz və 9,9 manat cərimə borcu, 87,6 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci tutulmalıdır. Tənasübsüz dərəcədə yüksək hesablandığından 59,9 cərimə tələbinin 50 manatına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASCnin xeyrinə 5123,44 manat əsas, 1576,87 manat faiz və 9,9 manat cərimə borcu, 87,6 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №2(075)-203/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-203/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver