Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4579/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “xxxxxxxxxxx” MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********48595 olan və İMEİ kodu **********12131 olan iki ədəd Samsung J2 markalı telefon üçün 80 manat ödənilməmiş hissə, 8 manat, cərimə, xx xxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı AirPods üçün 146 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********87876 olan Xiaomi 8 Lite markalı telefon və Xiaomi Mi markalı Headphones qulaqlıq üçün 670 manat ödənilməmiş hissə, 67 manat cərimə, ümumilikdə 985 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.015 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavadeh, “xxxxxxxxxxx” MMC ilə xx xxxxxx 2018ci il, xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********48595 olan və İMEİ kodu **********12131 olan iki ədəd Samsung J2 markalı telefon, Apple markalı AirPods, İMEİ kodu **********87876 olan Xiaomi 8 Lite markalı telefon və Xiaomi Mi markalı Headphones qulaqlıq almış və nəticədə 985 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********48595 olan və İMEİ kodu **********12131 olan iki ədəd Samsung J2 markalı telefon üçün ümumilikdə 88 manat olmaqla ondan, 80 manat ödənilməmiş hissə, 21 manat cərimə (30 gün x 0.7 manat) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 8 manat cərimə miqdarında borc yaranmışdır, xx xxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 458 manat (6 ay x 73 manat + 20 manat ilkin ödəniş) Apple markalı AirPods üçün ümumilikdə, 160 manat olmaqla ondan, 146 manat ödənilməmiş hissə, 43 manat cərimə (60 gün x 0.73 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 14 manat cərimə, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 804 manat (12 ay x 67 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********87876 olan Xiaomi 8 Lite markalı telefon və Xiaomi Mi markalı Headphones qulaqlıq üçün ümumilikdə, 737 manat olmaqla ondan 670 manat ödənilməmiş hissə, 201 manat cərimə (300 gün x 0.67 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 67 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.206 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Beləliklə, mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxxxx 2018-ci il tarixli, K00271824 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 840 manat olan iki ədəd Samsung J2 2018 DS (J250) markalı məhsullar, telefon quraşdırma xidməti ilə birlikdə, yeni qızıl zəmanətlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №K00271824 saylı müqaviləyə əsasən iki ədəd Samsung J2 2018 DS (J250) markalı məhsulları, telefon quraşdırma xidməti ilə birlikdə, yeni qızıl zəmanətlə tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxxx 2019-cu il tarixli, 00618654 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 458 manat, ilkin ödəniş 20 manat olan Apple AirPods White MMEF2 markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00618654 saylı müqaviləyə əsasən Apple AirPods White MMEF2 markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00704817 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 804 manat olan Xiaomi 8 Lite 4GB/64GB və Xiaomi Mi X4 Black markalı məhsullar, yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00704817 saylı müqaviləyə əsasən Xiaomi 8 Lite 4GB/64GB və Xiaomi Mi X4 Black markalı məhsulları, yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********48595 Samsung J2 və İMEİ kodu **********12131 Samsung J2 markalı məhsullar üçün əsas borcu 80 manat, cərimə borcu 8 manat olmaqla, cəmi 88 manat, Apple Airpods markalı məhsul üçün əsas borcu 146 manat, cərimə borcu 14 manat olmaqla, cəmi 160 manat, İMEİ kodu **********87876 Xiaomi 8 Lite və Xiaomi Mi markalı Headphones markalı məhsullar üçün əsas borcu 670 manat, cərimə borcu 67 manat olmaqla, cəmi 737 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxxxxxxxxx” X2 985 manat məbləğində borcu vardır. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixli, K00271824 saylı müqavilə üzrə əsas borc 80 manat, cərimə borcu 8 manat olmaqla, cəmi 88 manat, xx xxxxx 2019-cu il tarixli, 00618654 saylı müqavilə üzrə əsas borc 146 manat, cərimə borcu 14 manat olmaqla, cəmi 160 manat, xx xxxx 2019-cu il tarixli, 00704817 saylı müqavilə üzrə əsas borc 670 manat, cərimə borcu 67 manat olmaqla, cəmi 737 manat məbləğində borc tutulmalıdır.Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli, K00271824 saylı müqavilə üzrə Cavabdeh iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə əsas borc 80 (səksən) manat, cərimə borcu 8 (səkkiz) manat olmaqla, cəmi 88 (səksən səkkiz) manat məbləğində borc tutulsun. xx xxxxx 2019-cu il tarixli, 00618654 saylı müqavilə üzrə Cavabdeh iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə əsas borc 146 (bir yüz qırx altı) manat, cərimə borcu 14 (on dörd) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində borc tutulsun. xx xxxx 2019-cu il tarixli, 00704817 saylı müqavilə üzrə Cavabdeh iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə əsas borc 670 (altı yüz yetmiş) manat, cərimə borcu 67 (altmış yeddi) manat olmaqla, cəmi 737 (yeddi yüz otuz yeddi) manat məbləğində borc tutulsun. Cavabdeh iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4579/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4579/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver