Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4584/2025 23.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan müqavilənin № 10795464 / xx.xx.2024 nömrəsi və tarixi: № 18552926 / xx.xx.2023 № 03915685 / xx.xx.2023 Müqavilənin son tarixi: № 10795464 - xx.xx.2025 № 18552926 - xx.xx.2025 № 03915685 - xx.xx.2025 Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 10795464 saylı müqavilə üzrə - 2529.48 manat 18552926 saylı müqavilə üzrə - 1187.76 manat 03915685 saylı müqavilə üzrə - 336.06 manat Faiz dərəcəsi: 0% Müqavilənin müddəti: 10795464 saylı müqavilə üzrə - 12 ay 18552926 saylı müqavilə üzrə - 24 ay 03915685 saylı müqavilə üzrə - 18 ay Ödənilməmiş əsas borc: 10795464 saylı müqavilə üzrə - 2242.69 manat 18552926 saylı müqavilə üzrə - 494.67 manat 03915685 saylı müqavilə üzrə - 74 manat Tələb olunan dəbbə (cərimə) 10795464 saylı müqavilə üzrə - 224.27 manat pulu məbləği: 18552926 saylı müqavilə üzrə - 49.47 manat 03915685 saylı müqavilə üzrə - 7.40 manat İnnovativ Layihələr Mərkəzinə - 23,6 manat Tutulmalı olan cəmi məbləğ: 10795464 saylı müqavilə üzrə - 2490.56 manat 18552926 saylı müqavilə üzrə - 544.14 manat 03915685 saylı müqavilə üzrə - 81.40 manat Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələri Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 462, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1. 567, 600, 601,1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehlərə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Onlara iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmələri xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. - 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam qismən qismən təmin və ya qismən qismən qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən qismən təmin edilməlidir. Müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan məbləği vaxtında ödəməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 10795464 saylı, xx.xx.2024-cü il tarixli, 18552926 saylı, xx.xx.2023-cü il tarixli və 03915685 saylı, xx.xx.2023-cü il tarixli kredit müqavilələrindən görünür ki, Cavabdeh müxtəlif elektron avadanlıqları almış və nəticədə 3116.10 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 10795464 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2242.69 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi üçün 23.6 manat rüsum və 224.27 cərimə olmaqla, cəmi 2490.56 manat; 18552926 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 494.67 manat ödənilməmiş hissə, 49.47 manat cərimə olmaqla, cəmi 544.14 manat; 03915685 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 74 manat ödənilməmiş hissə, 7.40 manat cərimə olmaqla, cəmi 81.40 manat olmaqla, ümumilikdə 3116.10 manat borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat 10795464 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2242.69 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi üçün 23.6 manat rüsum və 224.27 cərimə olmaqla, cəmi 2490.56 manat; 18552926 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 494.67 manat ödənilməmiş hissə, 49.47 manat cərimə olmaqla, cəmi 544.14 manat; 03915685 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 74 manat ödənilməmiş hissə, 7.40 manat cərimə olmaqla, cəmi 81.40 manat olmaqla, ümumilikdə 3116.10 manat borc tələb edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələbinə əməl edərək müvafiq malı cavabdehə təhvil vermişdir, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, aldığı malın dəyərini ödəməmişdir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçının iddia ərizəsində 10795464 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb etdiyi 224.27 manat cərimənin məbləği əsassız və şişirdilmişdir. İşin hallarını nəzərə almaqla məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin ümumilikdə 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının qismən qismən təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10795464 saylı, xx.xx.2024cü il tarixli müqavilə üzrə 2242.69 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi üçün 23.6 manat rüsum və 50 manat cərimə olmaqla, cəmi 2316.29 manat; 18552926 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 494.67 manat ödənilməmiş hissə, 49.47 manat cərimə olmaqla, cəmi 544.14 manat; 03915685 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 74 manat ödənilməmiş hissə, 7.40 manat cərimə olmaqla, cəmi 81.40 manat olmaqla, ümumilikdə 2941.83 manat və dövlət rüsumu olaraq ödənilmiş 51.17 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası qismən qismən təmin edilsin. Cavabdeh: - 10795464 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2242.69 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi üçün 23.6 manat rüsum və 50 cərimə olmaqla, cəmi 2316.29 manat; - 18552926 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 494.67 manat ödənilməmiş hissə, 49.47 manat cərimə olmaqla, cəmi 544.14 manat; - 03915685 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 74 manat ödənilməmiş hissə, 7.40 manat cərimə olmaqla, cəmi 81.40 manat, ümumilikdə isə 2941.83 manat (iki min doqquz yüz qırx bir manat səksən üç qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 51.17 (əlli bir manat on yeddi qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4584/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4584/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver