Məhkəmə qərarları › İş №2(001)-4587/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4587/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4587/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı R.R.Rent MMC-nin Cavabdeh Alvan oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit və faiz tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı R.R.Rent MMC Cavabdeh Alvan oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit və faiz tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi əsasında kredit və faiz borcunun qaytarılmasını tələb etdiyi halda iddia ərizəsinə kredit müqaviləsini deyil, cavabdehlə bağladığı nisyə alqı-satqı müqaviləsi ilə bağlı sübutlarını əlavə etmiş, müqaviləyə əsasən, cavabdehdən cərimə tələb etmək hüququnun olmasını iddia ərizəsində qeyd etdiyi halda cavabdehdən hansı əsasla faiz tələb etməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. İstinad olunanlara əsasən hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından, bu hal iddiaçının tələblərinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasına yol vermədiyindən iddia ərizəsi qəbul edilməsindən imtina edilməklə iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 284-4.1., 284-4.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı R.R.Rent MMC-nin Cavabdeh Alvan oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit və faiz tələbinə dair iddia ərizəsi qəbul edilməsindən imtina edilsin. İddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan şikayət verilə bilməz. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar