Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4590/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, iddiaçı – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında (2-ci müqavilələr) İmei kod SLP6FRQXDRW İPAD PRO planşet, X1 2 il ilə nisyə alğı-satqısı xx.xx.2024-cü il tarixli, 10776099 saylı Müqavilə ilə rəsmiləşdirilmişdir.
2. Müqaviləyə eyni tarixli Əlavəyə əsasən əşyanın ümumi dəyəri 4619,94 manat, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 256,66 manatdır.
3. Alınan əşya cavabdehə müqavilə ilə eyni tarixdə, yəni xx.xx.2024-cü il tarixində təhvil verilmişdir.
4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) ilə Cavabdeh arasında İmei kod **********71100 İPHONE 15 PRO MAX telefon, Zəmanət+3 il xidməti ilə nisyə alğı-satqısı xx.xx.2024-cü il tarixli, 07262226 saylı Müqavilə ilə rəsmiləşdirilmişdir.
5. Müqaviləyə eyni tarixli Əlavəyə əsasən əşyanın ümumi dəyəri 3761,94 manat, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 209 manatdır.
6. Alınan əşya cavabdehə müqavilə ilə eyni tarixdə, yəni xx.xx.2024-cü il tarixində təhvil verilmişdir.
7. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə İmei kod **********71100 İPHONE 15 PRO MAX telefon, Zəmanət+3 il xidməti ilə nisyə alğı-satqısı haqqında xx.xx.2024-cü il tarixli, 07262226 saylı müqavilə üzrə cavabdehin əsas borcu 3135 manat, innovativ layihələr mərkəzinə ödənilən rüsum borcu 23,6 manat, cərimə borcu 313,50 manat təşkil edir. İmei kod SLP6FRQXDRW İPAD PRO planşet, X1 2 il ilə nisyə alğısatqısı haqqında xx.xx.2024-cü il tarixli, 10776099 saylı müqavilə üzrə isə cavabdehin əsas borcu 1903,28 manat, cərimə borcu 190,33 manat təşkil edir.
8. İddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********71100 İPHONE 15 PRO MAX telefon, Zəmanət+3 il xidməti üçün 3135 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 313,50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod SLP6FRQXDRW İPAD PRO planşet, X1 2 il üçün isə 1903,28 manat ödənilməmiş hissə, 190,33 manat cərimə borcu olmaqla, ümumilikdə 5565,71 manat borc və 75,66 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 07262226 saylı müqaviləyə əsasən cavabdeh İmei kod **********71100 İPHONE 15 PRO MAX telefon, Zəmanət+3 il xidməti ilə birlikdə 3761,94 manata əldə etmişdir. xx.xx.2024-cü il tarixli, 10776099 saylı müqaviləyə əsasən cavabdeh İmei kod SLP6FRQXDRW İPAD PRO planşet, X1 2 il xidməti ilə birlikdə 4619,94 manata əldə etmişdir. Nəticədə həmin mallara görə ümumilikdə 5565,71 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli, 07262226 saylı müqavilə üzrə 3135 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 313,50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 10776099 saylı müqavilə üzrə 1903,28 manat ödənilməmiş hissə olmaqla, 190,33 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3343,60 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam va qüsursuz şəkildə təhvil almışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
Cavabdehin etirazları:
10. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
11. İddiaçının nümayəndəsi öncəki məhkəmə prosesində iddia ərizəsində qeyd edilənlərə uyğun izahata verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
12. Öncəki məhkəmə prosesində iştirak etmiş cavabdeh iddia tələbi ilə bağlı bildirdi ki, onun hazırda bütün məbləği ödəməyə maddi imkanı yoxdur. Çünki hazırda işləmədiyini, işi olduğu təqdirdə ödənişi etməkdən imtina etmədiyini, lakin hazırda aylıq minimal məbləğ müəyyən ediləcəyi halda həmin ödənişləri mütəmadi olaraq ödəyə biləcəyini bildirdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 10776099 saylı müqavilədən müəyyən edilir ki, tərəflər arasında əşyanın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, cavabdeh məhsulu alması ilə bağlı təhvil-təslim aktını imzalamışdır.
15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən əşyanın ümumi dəyərinin 4619,94 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişinin isə 256,66 manat olduğu müəyyən edilir.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 07262226 saylı müqavilədən müəyyən edilir ki, tərəflər arasında əşyanın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır.
17. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, cavabdeh məhsulu alması ilə bağlı təhvil-təslim aktını imzalamışdır.
18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən əşyanın ümumi dəyərinin 3761,94 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişinin isə 209 manat olduğu müəyyən edilir.
19. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Arayışdan və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli Təhvil-təslim Aktından müəyyən edilir ki, İmei kod **********71100 İPHONE 15 PRO MAX markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat məbləğində vəsait ödənilmişdir.
20. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə dair arayışdan müəyyən edilir ki, İmei kod **********71100 İPHONE 15 PRO MAX telefon, Zəmanət+3 il xidməti ilə nisyə alğı-satqısı haqqında xx.xx.2024-cü il tarixli, 07262226 saylı müqavilə üzrə cavabdehin əsas borcu 3135 manat, innovativ layihələr mərkəzinə ödöənilmiş rüsuma görə 23,6 manat, cərimə borcu 313,50 manat, İmei kod SLP6FRQXDRW İPAD PRO planşet, X1 2 il ilə nisyə alğı-satqısı haqqında xx.xx.2024-cü il tarixli, 10776099 saylı müqavilə üzrə isə əsas borcu 1903,28 manat, cərimə borcu 190,33 manat təşkil edir.
21. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, cavabdeh ödəniş cədvəlində nəzərdə tutulmuş ödəniş vaxtı və qaydası ilə əlaqədar olaraq müəyyən edilmiş qaydalara əməl etməməsi ilə bağlı xəbərdar edilmiş və həmin xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilələrnin 4.1-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət ediləcəyi vurğulanmışdır.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilələr əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilələr şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilələr olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilələr sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələrlər bağlaya və bu müqavilələrlərin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrlər də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilələrnin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilələrnin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilələr ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilələr ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - Maddə 567. Alğı-satqı müqavilələrsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Maddə 600.1. Alğı-satqı müqavilələrsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilələrdə nəzərdə tutulan müddətdə, müqavilələrdə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqavilələrsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilələrdə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr o halda bağlanmış sayılır ki, alğı-satqı müqavilələrsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır.
25. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqavilələri, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
26. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
27. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
28. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
29. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilələrdə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
30. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilələr üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin xx.xx.2024-cü il tarixli, 10776099 saylı Müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli, 07262226 saylı Müqavilə üzrə isə 30 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
31. Məhkəmə həmçinin iddianın 75,66 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).
32. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
33. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod SLP6FRQXDRW İPAD PRO planşet, X1 2 il üçün 1903,28 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********71100 İPHONE 15 PRO MAX telefon, Zəmanət+3 il xidməti üçün 3135 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 30 manat cərimə borcu olmaqla, ümumilikdə 5111,88 manat borc və 75,66 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5, 284-6, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1903,28 (bir min doqquz yüz üç manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3135 (üç min yüz otuz beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 5111,88 (beş min yüz on bir manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 75,66 (yetmiş beş manat altmış altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündın 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev