Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4607/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Huawei P Smart” (İMEİ kodu **********53419) markalı telefon üçün 182 manat ödənilməmiş hissə və 18 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Huawei P Smart” (İMEİ kodu **********59820) markalı telefon üçün ödənilməmiş 50 manat və 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Apple Watch 3” markalı saat üçün 575 manat ödənilməmiş hissə və 57 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Xiaomi Mi A3” (İMEİ Kodu **********02910) markalı telefon üçün 459 manat ödənilməmiş hissə və 45 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A70” (İMEİ Kodu **********64342) markalı telefon üçün 734 manat ödənilməmiş hissə və 73 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A30S” (İMEİ Kodu **********59826) markalı telefon üçün 200 ödənilməmiş hissə və 20 manat cərimə olmaqla, cəmi 2418 manat borcun və 44,18 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu tarixli müqavilələrə əsasən, “Huawei P Smart” (İMEİ kodu **********53419) markalı telefon, “Huawei P Smart” (İMEİ kodu **********59820) markalı telefon, “Apple Watch 3”, “Xiaomi Mi A3” (İMEİ Kodu **********02910) markalı telefon, “Samsung Galaxy A70” (İMEİ Kodu **********64342) markalı telefon, “Samsung Galaxy A30S” (İMEİ Kodu **********59826) markalı telefon almış və nəticədə 2418 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 579 manat olan “Huawei P Smart” (İMEİ kodu **********53419) markalı telefonu ilkin ödəniş 3 manat olmaqla, 12 ay müddətinə, hər ay 48 manat ödəmək şərti ilə almış, nəticədə 182 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 500 manat olan “Huawei P Smart” (İMEİ kodu **********59820) markalı telefonu ilkin ödəniş 200 manat olmaqla, 12 ay müddətinə, hər ay 25 manat ödəmək şərti ilə almış, nəticədə 50 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 771 manat olan “Apple Watch 3” markalı saatı ilkin ödəniş 3 manat olmaqla, 12 ay müddətinə, hər ay 64 manat ödəmək şərti ilə almış, nəticədə 575 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 57 manat miqdarında cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 672 manat olan “Xiaomi Mi A3” (İMEİ Kodu **********02910) markalı telefonu ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 56 manat ödəmək şərti ilə almış, nəticədə 459 ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 45 manat miqdarında cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 893 manat olan “Samsung Galaxy A70” (İMEİ Kodu **********64342) markalı telefonu ilkin ödəniş 5 manat olmaqla, 12 ay müddətinə, hər ay 74 manat ödəmək şərti ilə almış, nəticədə 734 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 600 manat olan “Samsung Galaxy A30S” (İMEİ Kodu **********59826) markalı telefonu ilkin ödəniş 200 manat olmaqla, 2 ay müddətinə, hər ay 200 manat ödəmək şərti ilə almış, nəticədə 200 ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 20 manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 1815 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 29 iyun 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00577294 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 3 manat olmaqla, 12 ay müddətinə hər ay 48 manat ödəmək şərti ilə, dəyəri 579 manat olan “Huawei P Smart” (İMEİ kodu **********53419) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Huawei P Smart” (İMEİ kodu **********53419) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00579052 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 200 manat olmaqla, 12 ay müddətinə hər ay 25 manat ödəmək şərti ilə, dəyəri 500 manat olan “Huawei P Smart” (İMEİ kodu **********59820) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Huawei P Smart” (İMEİ kodu **********59820) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00901674 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 3 manat olmaqla, 12 ay müddətinə, hər ay 64 manat ödəmək şərti ilə, dəyəri 771 manat olan “Apple Watch 3” markalı saat satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Apple Watch 3” markalı saat Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00919899 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 56 manat ödəmək şərti ilə, dəyəri 672 manat olan “Xiaomi Mi A3” (İMEİ Kodu **********02910) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Xiaomi Mi A3” (İMEİ Kodu **********02910) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00938754 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 5 manat olmaqla, 12 ay müddətinə, hər ay 74 manat ödəmək şərti ilə, dəyəri 893 manat olan “Samsung Galaxy A70” (İMEİ Kodu **********64342) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A70” (İMEİ Kodu **********64342) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00970325 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 200 manat olmaqla, 2 ay müddətinə, hər ay 200 manat ödəmək şərti ilə, dəyəri 600 manat olan “Samsung Galaxy A30S” (İMEİ Kodu **********59826) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Samsung Galaxy A30S (İMEİ Kodu **********59826) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 182 manat ödənilməmiş hissə və 18 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 50 manat və 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 575 manat ödənilməmiş hissə və 57 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 459 ödənilməmiş hissə və 45 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 734 manat ödənilməmiş hissə və 73 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 200 ödənilməmiş hissə və 20 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Huawei P Smart” (İMEİ kodu **********53419) markalı telefon üçün 182 manat ödənilməmiş hissə və 18 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Huawei P Smart” (İMEİ kodu **********59820) markalı telefon üçün ödənilməmiş 50 manat və 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Apple Watch 3” markalı saat üçün 575 manat ödənilməmiş hissə və 57 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Xiaomi Mi A3” (İMEİ Kodu **********02910) markalı telefon üçün 459 ödənilməmiş hissə və 45 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A70” (İMEİ Kodu **********64342) markalı telefon üçün 734 manat ödənilməmiş hissə və 73 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A30S” (İMEİ Kodu **********59826) markalı telefon üçün 200 ödənilməmiş hissə və 20 manat cərimə olmaqla, ümumilkdə cəmi 2418 manat borc alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 44,18 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 182 (bir yüz səksən iki) manat əsas borc və 18 (on səkkiz) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 50 (əlli) manat əsas borc və 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 575 (beş yüz yetmiş beş) manat əsas borc və 57 (əlli yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli əsasən, 459 (dörd yüz əlli doqquz) manat əsas borc və 45 (qırx beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 734 manat (yeddi yüz otuz dörd) manat əsas borc və 73 (yetmiş üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 200 (iki yüz) manat əsas borc və 20 (iyirmi) manat cərimə borc və 44,18 (qırx dörd manat 18 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2462,18 (iki min dörd yüz altmış iki manat 18 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4607/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4607/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver