Məhkəmə qərarları › İş №2(001)-4618/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4618/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4618/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1.200 manat məbləğində borcun, 271 manat cərimənin və 35,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraza görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(001)-4618/2022 saylı qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək tərəflər arasında razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək, məhkəmə iclasını 08 avqust 2022-ci il tarixinə təyin etməklə həmin barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtləri aşağıdakılardır: Bir tərəfdən İddiaçı direktor müavini Nümayəndə (iddiaçının nümayəndəsi), digər tərəfdən Cavabdeh aşağıdakı şərtlərlə bu barışıq zaşişini bağladılar:

1. Tərəflər razılaşırlar ki, 2(001)-4618/2022 nömrəli mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırsınlar.

2. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu gün cavabdeh 21 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 300 manat iddiaçıya ödəyəcək.

3. Qalıq 300 manat məbləği 30 sentyabr 2022-ci il tarixə qədər ödəyəcəkdir.

4. Bu ödənişlər tam edildikdən sonra cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə öhdəlikləri icra edilmiş sayılır və bununla bağlı iddiaçı cavabdehə müvafiq arayış verəcəkdir.

5. Bu ödənişlər edildikdən sonra müqavilə üzrə avadanlığın mülkiyyət hüququ tam olaraq cavabdehə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə cavabdehi dinləyib, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər razılaşırlar ki, 2(001)-4618/2022 nömrəli mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırsınlar.

2. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu gün cavabdeh 21 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 300 manat iddiaçıya ödəyəcək.

3. Qalıq 300 manat məbləği 30 sentyabr 2022-ci il tarixə qədər ödəyəcəkdir.

4. Bu ödənişlər tam edildikdən sonra cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə öhdəlikləri icra edilmiş sayılır və bununla bağlı iddiaçı cavabdehə müvafiq arayış verəcəkdir.

5. Bu ödənişlər edildikdən sonra müqavilə üzrə avadanlığın mülkiyyət hüququ tam olaraq cavabdehə keçir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar