Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4625/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78597olan iPhone 8 markalı telefon üçün 137 manat ödənilməmiş hissə, 41 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Epson markalı printer üçün 168 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09051 olan Samsung Galaxy S10+ markalı telefon üçün 1.223 manat ödənilməmiş hissə, 367 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Sony markalı Playstation-4 üçün 1.221 manat ödənilməmiş hissə, 299 manat dəbbə pulu, ümumilikdə 3.506 manat pulun, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC ilə aralarında bağlanmış xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********78597 olan iPhone 8 markalı telefon, Epson markalı printer, İMEİ kodu **********09051 olan Samsung Galaxy S10+ markalı telefon, Sony markalı Playstation-4 almış və nəticədə onun 3.506 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 2.540 manat (18 ay x 137 manat + 74 manat ilkin ödəniş) olan **********78597 İMEİ kodlu iPhone 8 markalı telefon üçün 178 manat olmaqla, ondan 137 manat ödənilməmiş hissə, 41 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 504 manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan Epson markalı printer üçün 218 manat olmaqla, ondan 168 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 2.275 manat (12 ay + 175 manat + 175 manat ilkin ödəniş) olan **********09051İMEİ kodlu Samsung Galaxy S10+ markalı telefon üçün 1.590 manat olmaqla, 1.223 manat ödənilməmiş hissə, 367 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 1.332 manat (12 ay x 111 manat + 0 manat ilkin ödəniş) olan Sony markalı Playstation-4 üçün 1.520 manat olmaqla, ondan 1.221 manat ödənilməmiş hissə, 299 manat dəbbə borcu yaranmışdır. Cavabdeh cəmi 3.902 manat məbləğində ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi qiyməti 2.540 manat olan iPhone 8 markalı telefon, ümumi qiyməti 504 manat olan Epson markalı printer, ümumi qiyməti 2.275 manat olan Samsung Galaxy S10+ markalı telefon və ümumi qiyməti 1.332 manat olan Sony markalı Playstation-4 almış, həmin əşyaların dəyərini müqavilələrin şərtlərinə uyğun olaraq ödəməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində penya ödəməyi barədə öhdəlik görütmüşdür. Həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun hər dörd müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc məbləği barədə ona məlumat vermiş və borc məbləğinin 3 gün müddətinə qaytarılmasını tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı da 30 manat məbləğində rüsum ödəməklə borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və hazırda cavabdeh tərəfindən cəmi 3.902 manat ödəniş edildiyini, qalan borc məbləğinin ödənilmədiyini, onun xx.xx.2018-ci il tarixli müqavilə üzrə 137 manat əsas, 41 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 168 manat əsas, 50 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1.223 manat əsas, 367 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1.221 manat əsas, 299 manat cərimə, cəmi 3.506 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbini “əsas borcun” tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə tam təmin edilməli, cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 137 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 168 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1.223 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1.221 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda göründüyü kimi, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələr üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində xx.xx.2018-ciil tarixli müqavilə üzrə hesablanmış 41 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 50 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 367 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 299 manat cərimə məbləğinin Cavabdeh tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, hər müqavilə üzrə hesablanmış cərimə borcunun məbləği endirilməli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 120 manat və xx.xx.2019cu il tarixli müqavilə üzrə 120 manat məbləğində müəyyən edilməli, bu məbləğdə cərimə borcu müqavilələrə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 137 manat məbləğində əsas, 15 manat məbləğində cərimə, cəmi 152 manat məbləğində pul, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 168 manat məbləğində əsas, 20 manat məbləğində cərimə, cəmi 188 manat məbləğində pul, xx.xx.2019-cuil tarixli müqavilə üzrə 1.223 manat məbləğində əsas, 120 manat məbləğində cərimə, cəmi 1.343 manat məbləğində pul, xx.xx.2019-cuil tarixli müqavilə üzrə 1.221 manat məbləğində əsas, 120 manat məbləğində cərimə, cəmi 1.341 manat məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ciil tarixli müqavilə üzrə 137 (bir yüz otuz yeddi) manat məbləğində əsas, 15 (on beş) manat məbləğində cərimə, cəmi 152 (bir yüz əlli iki) manat məbləğində pul, xx.xx.2019-cuil tarixli müqavilə üzrə 168 (bir yüz altmış səkkiz) manat məbləğində əsas, 20 (iyirmi) manat məbləğində cərimə, cəmi 188 (bir yüz səksən səkkiz) manat məbləğində pul, xx.xx.2019-cuil tarixli müqavilə üzrə 1.223 (bir min iki yüz iyirmi üç) manat məbləğində əsas, 120 (bir yüz iyirmi) manat məbləğində cərimə, cəmi 1.343 (bir min üç yüz qırx üç) manat məbləğində pul, xx.xx.2019-cuil tarixli müqavilə üzrə 1.221 (bir min iki yüz iyirmi bir) manat məbləğində əsas, 120 (bir yüz iyirmi) manat məbləğində cərimə, cəmi 1.341 (bir min üç yüz qırx bir) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4625/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4625/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver