Məhkəmə qərarları › İş №2(001)-4676/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4676/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4676/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 11 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79732 olan “X2 6 Pro” markalı telefon üçün 74 manat ödənilməmiş hissə və 7 manat cərimə, 17 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77878 olan “X2 8 Pro” markalı telefon, X1, aksesuar üçün 686,8 manat ödənilməmiş hissə və 68,2 manat cərimə borcu, 24 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********16430 olan “Samsung Galaxy A51” markalı telefon üçün 549,8 manat ödənilməmiş hissə və 54,2 manat cərimə borcu olmaqla,cəmi 1.440 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 11 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79732 olan “X2 6 Pro” markalı telefonu 18 ay müddətinə, ayda 37 manat ödəmək şərti ilə, 17 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********77878 olan “X2 8 Pro” markalı telefonu, X1 aksesuarı 18 ay müddətinə, ayda 49 manat ödəmək şərti ilə, və 24 mart 2020-ci il tarixli müqaviləyə əsasən 108 manat ilkin ödəniş, 12 ay müddətinə, ayda 54,90 manat ödəmək şərti ilə İMEİ kodu **********16430 olan “Samsung Galaxy A51” markalı telefon almış və nəticədə 1440 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 666 manat İMEİ kodu **********79732 olan “X2 6 Pro” markalı telefon üçün ümumilikdə 81 manat olmaqla, ondan 74 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə pulu borcu yaranmışdır. 17 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 883,8 manat, İMEİ kodu **********77878 olan “X2 8 Pro” markalı telefon X1, aksesuar üçün ümumilikdə 755 manat olmaqla, ondan 686,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68,2 manat cərimə pulu borcu yaranmışdır. 24 mart 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 766,8 manat, İMEİ kodu **********16430 olan “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə 604 manat olmaqla, ondan 549,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54,2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1006 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 20 may 2021ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 11 dekabr 2018-ci il tarixdə bağlanmış 00413043 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 37 manat ödəmək şərti ilə, dəyəri 666 manat olan İMEİ kodu **********79732 olan “X2 6 Pro” markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş 11 dekabr 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “İMEİ kodu **********79732 olan “X2 6 Pro” markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2019-cu il tarixdə bağlanmış 01134224 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 49,10 manat ödəmək şərti ilə, dəyəri 883,8 manat olan (İMEİ kodu **********77878) “X2 8 Pro” markalı telefon, X1 aksesuarı satmışdır. İş materiallarına əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən İMEİ kodu **********79732 olan “X2 8 Pro” markalı telefon və X1, aksesuarı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 24 mart 2020-ci il tarixdə bağlanmış 20199996 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 108 manat olmaqla, hər ay 54,9 manat ödəmək şərti ilə, dəyəri 766,8 manat olan (İMEİ kodu **********16430) “Samsung Galaxy A51” markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş 24 mart 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən İMEİ kodu **********16430 olan “Samsung Galaxy A51” markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 28 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə 11 dekabr 2018-ci il tarixli müqavilə üzrə 74 manat əsas borc və 7 manat cərimə olmaqla, cəmi 81 manat, 17 dekabr 2019-cu il tarixli müqavilə üzrə 686,8 manat əsas borc və 68,2 manat cərimə olmaqla, cəmi 755 manat məbləğində, 24 mart 2020-ci il tarixli müqavilə üzrə 549,8 manat əsas borc və 54,2 manat cərimə borcu olmaqla, cəmi 604 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı 11 dekabr 2018-ci il, 17 dekabr 2019-cu il və 24 mart 2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış 11 dekabr 2018-ci il, 17 dekabr 2019-cu il tarixli və 24 mart 2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh 11 dekabr 2018-ci il tarixli müqavilə üzrə 74 manat əsas borc və 7 manat cərimə, 17 dekabr 2019-cu il tarixli nömrəli müqavilə üzrə 686,8 manat əsas borc və 68,2 manat cərimə, 24 mart 2020-ci il tarixli müqavilə üzrə 549,8 manat əsas borc və 54,2 manat cərimə borcu alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11 dekabr 2018-ci il tarixli müqavilə üzrə 74 (yetmiş dörd) manat məbləğində əsas borc, 7 (yeddi) manat məbləğində cərimə borcu, 17 dekabr 2019-cu il tarixli müqavilə üzrə 686,8 (altı yüz səksən altı manat 80 qəpik) manat məbləğində əsas borc, 68,2 (altmış səkkiz manat 20 qəpik) manat məbləğində cərimə borcu, 24 mart 2020-ci il tarixli müqavilə üzrə 549,8 (beş yüz qırx doqquz manat 80 qəpik) manat məbləğində əsas borc, 54,20 (əlli dörd manat 20 qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1470 (min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar