Məhkəmə qərarları › İş №2(001)-4682/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4682/2023

19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4682/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdeh qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki iş materiallarını 19 iyul 2023-cü il tarixdə nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı 31 may 2023-cü il tarixdə Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 31 may 2023-cü il tarixli, 2(064)-1106/2023 saylı qərardadına əsasən, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Füzuli Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(064)-1106/2023 saylı qərardadına əsasən, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclasında müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh rəsmi qeydiyyat yeri Ağdam rayonu, Qiyaslı kəndidir. İstehsalat qəzasının baş verdiyi yer isə Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi iddiaçının seçməsinə görə aidiyyəti müəyyən edən halları əhatə edir. Həmin Məcəllənin 36.6-cı maddəsinə əsasən xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Qeyd olunan maddə iddiaçının seçiminə görə alternativ aidiyyəti müəyyən edir və bu seçim iddiaçıya əlçatımlı məhkəməni seçmək üçün əlavə əlverişli hüquqi təminatın yaradılması ilə bağlıdır. Məhkəmənin öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsinin tətbiq edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Bununla yanaşı iş materiallarından da göründüyü kimi tərəflərdən heç biri Bakı şəhərində daimi yaşamırlar. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsində sadalanan hallar məhkəmənin deyil iddiaçının seçimi olduğundan məhkəmələr arasında fikir ayrılığı yaranmış olur. Odur ki, İddiaçı Cavabdeh qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbi barədə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbi barədə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar