Məhkəmə qərarları › İş №2(001)-4685/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-4685/2020

12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4685/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (MMC)Cavabdeh qarşıvurulmuş ziyanın ödənilməsi tələbibarədə iddia ərizəsi üzrə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasındaqiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi zərəri əvəzi olaraq 7465 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21:30 radələrində X2 idarə etdiyi “Merceeds Benz” markalı, İC263İİ qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağ saray” şadlıq evi istiqamətində hərəkətdə olan zaman yolda yaranmış tıxacla bağlı dayanmış vəziyyətdə olan İddiaçı MMC-nin mülkiyyətində olan, X1 idarə etdiyi “Ravon R3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş, zərbənin təsirindən “Ravon R3” markalı avtomobil qarşısında olan “Toyota” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində X2 təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə 7465 manat maddi ziyan vurulmuşdur. Sonda E.T.Nəcəfli məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: xx xxxxx 2020-ci il tarixli”cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Cavabdeh idarə etdiri “Mercedes Benz” markalı, İC263İİ gürcü qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında onunla eyni istiqamətdə olan, tıxac səbəbi ilə hərəkətsiz dayanmış, X1 idarə etdiyi “Ravon R3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş, sonuncu avtomobil də zərbənin təsirindən qarşısındakı, X4 idarə etdiyi “Toyota” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Cavabdeh hadisə yerindən yanınmışdır. “inzibati tənbeh vermə haqqında” xx xxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, məlum yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş, barəsində 100 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, MAS-1721 nömrəli “daxili lizinq müqaviləsi”nin surətindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan “Ravon R3” minik markalı, AZ**-PE- *** qeydiyyat nişanlı avtomobili X1 istifadəsinə vermişdir. AD seriyalı, 672965 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Ravon R3” minik markalı, AZ**-PE-*** qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Qüsur aktından görünür ki, “Ravon R3” minik markalı, AZ**-PE-*** qeydiyyat nişanlı avtomobilə 7465 manat həcmində zərər vurulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinidinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Cavabdehiddiaçıya birbaşa zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməl törətməsi, bu əməlin nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmişdir və buna görə də, iddia təmin olunmalı, iddiaçıya vurulmuş maddi zərərin əvəzi kimi 7465 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşıpul tələbibarədə iddiasıtəmin edilsin. Maddi zərərin əvəzi qismində 7465 manat məbləğində pul vəsaitiCavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30manat məbləğində pul vəsaiti Cavabdehİddiaçı MMC-yə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar