Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4686/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusunun açılması və çirkab sularının axıdılmasına törədilən müdaxilənin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərindən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusunun ünvan 2 ünvanda cavabdeh tərəfindən açılmasına, çirkab sularının axıdılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, bildirirlər ki, onlar ailə üzvləri ilə ünvan 3 ünvanında yaşayırlar. Qeyd olunur ki, onların istifadə etdikləri fərdi yaşayış evindən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusu cavabdehin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Məktəb küçəsi, 19 saylı fərdi yaşayış evinin alt hissəsindən keçir. Bu yaxınlarda heç bir səbəb olmadan cavabdeh kanalizasiya xəttinin fərdi yaşayış evinin altından keçən hissəsində beton tökərək bağlamışdır və nəticədə antisanitariya yaranmış və 3 ailənin yaşadığı fərdi yaşayış evlərindən çirkab sularının axıdılması mümkünsüz olmuşdur. Bu fərdi yaşayış evləri birbirinə bitişik olmaqla 70-80 il bundan qabaq inşa edilmişdir və kanalizasiya xətti də həmin dövrlərdə çəkilmişdir və istifadə edilir. Kanalizasiya xəttinin başqa bir yerdən çəkilməsi qeyri-mümkündür və bunun üçün heç bir şərait yoxdur. Kanalizasiya xəttinin cavabdehin fərdi yaşayış evindən istifadə etməsinə heç bir maneçiliyi yoxdur, hər hansı bir qoxu və ya su sızıntısı halları baş verməmişdir. Kanalizasiya xəttinin bağlanması onların fərdi yaşayış evində yaşamaqlarını mümkünsüz edəcəkdir, antisanitariya yaranır və bu da onların hüquqlarının kobud şəkildə pozulmasıdır. Faktiki istifadələrində olan və yaşadıqları fərdi yaşayış evindən onların rahat şəkildə istifadə etməklərinə cavabdeh tərəfindən imkan verilmir, maneçilik törədilir və bu səbəbdən də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya xəttinin açılmalı, kanalizasiya borusuna müdaxilə qadağan edilməli və həmin xəttdən istifadəyə olan menə aradan qaldırılmalıdır. Onlara məxsus fərdi yaşayış evləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, yaşayış sahələri kimi mövcuddur, yaşayış massivində yerləşir, faktiki olaraq yaşayır və istifadə edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, sözüqedən mənzil X1 mülkiyyətindədir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Vətəndaş Cavabdeh izahatında bildirmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qeyd olunan ünvan şəxsi mülkiyyətindədir və 1988-ci ildən həmin ünvanda yaşayır. Qeyd edir ki, İddiaçı1 mənzilindən kanalizasiya xətti ona məxsus evin alt hissədindən keçdiyindən evin döşəməsi və divarları nəm çəkdiyindən yararsız hala düşüb və eyni zamanda pis qoxu yarandığından onu və ailəsini narahat edir. Bununla bağlı İddiaçı1 bildirsə də, xəttin dəyişdirilərək başqa bir yerdən çəkilməsini, çıxış yolunu tapmadığı üçün çarəsiz qalmışdır. Buna görə də, o, məcbur qalıb həmin xətti bağlamışdır. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 001482 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, X2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Məktəb küçəsindəki 6 otaq 140 kv.metrlə yaşayış sahəsi 228,6 kv.metrlə ümumi sahəsi 19 saylı fərdi yaşayış evinin (“B” tikilisi) mülkiyyətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presenent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı hazırda maneənin aradan qaldırılmasını Cavabdeh tələb etməsinə baxmayaraq, hazırki tələb üzrə Cavabdeh yox, X1 olması müəyyən edilmişdir. Lakin, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatətini mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim etməmiş, nəticə də iddia tələbinin hazırki cavabdehə qarşı baxılmasına şərait yaratmışdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh həmin tələbə cavab verməli olan şəxs deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusunun açılması və çirkab sularının axıdılmasına törədilən müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4686/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4686/2023
24.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver