Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4687/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı (İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İB-nə vurulmuş 3234 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3264 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İS-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində, 07/394 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı,qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfinden qaz xətlinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 604,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat , xx.xx.2019-cu il tarixii ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 29,50 manat, məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 3234 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 3234 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Z.R.Qurbanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. İş materillarında olan: xx xxxx 2020-ci il tarixli, 07/394 saylı müqavilədən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, mənizlə G-4 markalı sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd “PQ-2”, “QSQ” və “İran sobası” cihazları göstərilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 6048 kub metr müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1422 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 3960 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxxx 2020-ci il tarixli, 02874763 nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 295 kub metr müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.4 və 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyrimetal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. İşin müəyyən edilən hallarına görə cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacından əvvəl qanunsuz olaraq qaz xəttinə qoşulmaqla cavabdehə ziyan vurmuş, bu hal “Tabii qazdan istifada qaydalarının pozulması” haqqında” tərtib olunmuş müvafiq aktlarla öz təsdiqini tapmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasan cavabdeh təqsirli hərəkətləri (hərəkatsizliyi), habelə bu müqavilə üzrə müayyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvazini ödəməlidir. Göründüy kimi cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azarbaycan Respublikası Nazirlar Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qararı ila tasdiq edilmiş “Qazdan istifadə qaydaİarı”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xatti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan tarixlərdə tərtib olunmuş aktlarda göstərilənlər işin halları ilə öz təsdiqini tapdığından iddia həmin aktlara əsasən hesablanmış borc məbləğinə münasibətdə təmin edilməlidir. İddia təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı İB-nə vurulmuş 3234 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3264 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İS-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4687/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4687/2020
12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver