Məhkəmə qərarları › İş №2(001)-4697/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4697/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4697/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan müqavilənin № 14892519 / xx.xx.2022 nömrəsi və tarixi: №02674074 / xx.xx.2023 № 03854715 / xx.xx.2023 №09543568 / xx.xx.2023 Müqavilənin son tarixi: xx.xx.2023 xx.xx.2024 xx.xx.2024 xx.xx.2024 Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: № 14892519 /1114 №02674074 /634 №03854715 /739.032 №09543568 /660.06 Faiz dərəcəsi: 0% Ödənilməmiş əsas borc: 1143.77 Ödənilməmiş faiz borcu: 0 Tələb olunan dəbbə pulu məbləği: 114.23 Tutulmalı olan cəmi məbləğ: 1258 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 567, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 600, 601,1 və 462 Müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan məbləği vaxtında ödəməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 14892519 saylı, xx.xx.2022-ci il tarixli, 02674074 saylı, xx.xx.2023-cü il tarixli, 03854715 saylı, xx.xx.2023-cü il tarixli və 09543568 saylı, xx.xx.2023-cü il tarixli kredit müqavilələrindən görünür ki, cavabdeh iddiaçıdan müxtəlif məişət və elektron avadanlıqları almış və nəticədə 1258 manat məbləğində borc yaranmışdır İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka xx.xx.2024cü il tarixə 1143,77 manat ödənilməmiş hissə, 114,23 manat cərimə olmaqla, cəmi 1258 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023cü və xx.xx.2023-ci il tarixli müqavilələr üzrə 1143,77 manat ödənilməmiş hissə, 114,23 manat cərimə olmaqla, cəmi 1258 manat borcu tələb edir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1143,77 manat ödənilməmiş hissə, 114,23 manat cərimə olmaqla, cəmi 1258 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 32,58 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 276-311,61, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1143,77 manat ödənilməmiş hissə, 114,23 manat cərimə olmaqla, cəmi 1258 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 32,58 manat tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar