Məhkəmə qərarları › İş №2(001)-4698/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4698/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4698/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********64606 BLACKVİEW A95 markalı telefon üçün 435.4 (dörd yüz otuz beş manat qırx qəp) manat ödənilməmiş hissə. 43.6 (qırx üç manat altmış qəp) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********96025 XİAOMİ REDMİ VOTE 11 markalı telefon üçün 264.42 (iki min altmış dörd manat qırx iki qəp) manat ödənilməmiş hissə, 26.58 (iyirmi altı manat əlli səkkiz qəp) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********37021 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON , üçün 205.04 (iki yüz beş manat dörd qəp) manat ödənilməmiş hissə, 20.96 (iyirmi manat doxsan altı qəp) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, FEN ROWENTA üçün 58.15 (əlli səkkiz manat on iki qəp) manat ödənilməmiş hissə, 5.85 (beş manat səksən beş qəp) manat cərimə, ümumilikdə 1060 manat borc və 30.60 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış, xx.xx.2022-ci il, xx.xx.2022-cı il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqaviləyə əsasən, İmei kod **********64606 BLACKVİEW A95 markalı telefon, İmei kod **********96025 XİAOMİREDMİ NOTE 11 markalı telefon, İMEİ KOD **********37021 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, FEN ROWENTA almış və nəticədə 1060 (bir min altmış ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672.05 (altı yüz yetmiş iki manat beş qəp) manat (18 ay x 36.37 manat + 17.39 manat ilkin ödəniş) olan İmei kod **********64606 BLACKVİEW A95 markalı telefon üçün 479 (dörd yüz yetmiş doqquz) manat olmaqla ondan, 435.4 (dörd yüz otuz beş manat qırx qəp) manat ödənilməmiş hissə, 43.6 (qırx üç manat altmış qəp) manat cərim» pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 680.04 (altı yüz səksən manat dörd qəp) manat (18 ay x 37.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********96025 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 291 (iki yüz doxsan bir) manat olmaqla ondan, 264.42 (iki min altmış dörd manat qırx iki qəp) manat ödənilməmiş hissə, 26.58 (iyirmi altı manat əlli səkkiz qəp) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 284.04 (iki yüz səksən dörd manat dörd qəp) manat (18 ay x 15.78 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********37021 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, üçün 226 (iki yüz iyirmi altı) manat olmaqla ondan 205.04 (iki yüz beş manat dörd qəp) manat ödənilməmiş hissə, 20.96 (iyirmi manat doxsan altı qəp) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 131.4 (yüz otuz bir manat qırx qəp) manat (18 ay x 7.3 manat +0 manat ilkin ödəniş) olan FEN ROWENTA üçün 64 (altmış dörd) manat olmaqla ondan 58.15 (əlli səkkiz manat on iki qəp) manat ödənilməmiş hissə, 5.85 (beş manat səksən beş qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 804.52 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 672.05 manat olan İmei kod **********64606 BLACKVİEW A95 markalı telefonu 18 ay müddətinə aylıq 36,37 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 680,04 manat olan olan İmei kod **********96025 XİAOMİ REDMİ NOTE 11 markalı telefonu 18 ay müddətinə aylıq 37,78 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 284,04 manat olan olan İMEİ KOD **********37021 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON markalı telefonu 18 ay müddətinə aylıq 15,78 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 131,4 manat olan olan FEN ROWENTANİ 18 ay müddətinə aylıq 7,3 manat ödəmək şərti ilə kreditlə almışdır. - 20 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 435.4 manat əsas və 43,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 264,42 manat əsas və 26,58 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 205,04 manat əsas və 20,96 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 58,15 manat əsas və 5,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1060 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 –ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 43,6 manat dəbbə pulunun məbləği azaldılaraq 30,47 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 26,58 manat dəbbə pulunun azaldılaraq 18,50 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 20,96 manat dəbbə pulu azaldılaraq 14,35 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 30 manatın 25 manat hissəsi məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 435.4 manat ödənilməmiş hissə, 30,47 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 264,42 manat ödənilməmiş hissə, 18,50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 205,04 manat ödənilməmiş hissə, 14,35 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 58,15 manat ödənilməmiş hissə, 5,85 manat cərimə borcu olmaqla, ümumilikdə 1032,18 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar