Məhkəmə qərarları › İş №2(001)-470/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-470/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-470/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən X3 xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 3811,32 manat məbləğində əsas kredit borcu, 1465,76 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1845,21 manat məbləğində cərimə olmaqla, cəmi 7122,29 manat məbləğində borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X7 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qismən qəbul edir, borcun olmasını inkar etmir və ödəməkdən boyun qaçırmır. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra dəfələrlə ödəniş etmiş, yanvar və fevral ayında etdiyi iki ödəniş (hərəsi 100 manat olmaqla) iddiaçı tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı ilə əhatə olunmamışdır. Belə olan halda hesab edir ki, ondan əsas kredit borcu üzrə 3511,32 manat deyil, 3311,32 manat tutulmalı, cərimə borcu isə ümumiyyə məhkəmə tərəfindən silinməlidir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə bağlanmış 009CASA********** saylı xx xxxxxx 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən X5 18 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 25497 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ilə 009FİZAM04716202 saylı xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi, digər Cavabdeh3 ilə bağlanmış 009FİZAM43933502 saylı xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən, onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə X8 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra edə bilməyən cavabdeh X8 xx xxxx 2015-ci il tarixidə İddiaçı ASC-yə ərizə ilə müraciət edərək, Kredit müqaviləsinə əsasən tərtib olunmuş ödəniş cədvəli üzrə ödəniş etmək iqtidarında olmadığına görə kredit müqaviləsinin restrukturizasiyasının həyata keçirilməsini xahiş etmişdir. Bank cavabdehin xahişini nəzərə alaraq xx xxxx 2015-ci il tarixli 009CASA150610001 saylı X1 imzalalanmışdır. Həmin müqavilənin 3.01.1.-ci bəndinə əsasən, bağlanmış kreditin müqaviləsi üzrə 24403,17 ABŞ dolları əsas borcun qalığını, 171,83 ABŞ dolları məbləğində hesablanmış faizin və 0 ABŞ dolları məbləğində penyanm restrukturizasıyasını həyata keçirərək həmin razılaşmanın 3.01.2.-ci bəndinə əsasən kreditin məbləği 24575 ABŞ dolları 48 ay müddətinə illik 20 % olmaqla müəyyən edilmişdir. Digər cavabdehlər Cavabdeh2 ilə xx xxxx 2015-ci il tarixli 009FİZAM04716202 saylı və Cavabdeh3 ilə xx xxxx 2015-ci il tarixli 009FİZAM43393502 saylı Zaminlik müqavilələri imzalanmışdır. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra edə bilməyən X8 xx.xx.2015-ci il tarixdə təkrarən banka ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə arasında bağlanmış müvafiq Kredit müqaviləsi üzrə ona verilmiş krediti bankla arasında yazılı tərtib olunmuş müqavilə üzrə ödəmək iqtidarında olmadığına görə həmin kredit üzrə valyutanın konvertasiyasının həyata keçirilməsini xahiş etmişdir. Bundan sonra Bank cavabdehin xahişini nəzərə alaraq onunla bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 saylı Əlavə bağlanmışdır. Həmin Əlavəyə əsasən cavabdeh X6 Banka olan cəmi 22531,75 ABŞ dolları borc qalığını əlavənin imzalandığı gününə olan kurs ilə (kurs 1.055) manat valyutasına konvertasiyası həyata keçirilmiş və kredit məbləği 23771 manat, kreditin qaytarılması üçün son müddət xx.xx.2018-ci il tarixi, illik 25% olmaqla müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh yeni şərtlərə əməl edərək, konvertasiya olunmuş kreditləri və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin digər cavabdehlər ərizələr ilə Banka müraciət edərək, müvafiq Kredit müqaviləsinin restrukturizasiyasının aparılmasına, dəyişikliklər nəzərərə alınmaqla qeyd olunmuş öhdəlik icra olunmadığı yaxud lazımi qaydada icra olunmadığı təqdirdə zaminlik müqaviləsi ilə məsuliyyət daşıdıqlarını qəbul etmişlər. İş materiallarında olan arayışdan görünür ki, X8 İddiaçı ASC-yə son ödənişini xx.xx.2020-ci il tarixdə etmiş və onun banka əsas kredit borcu 3511,32 manat, faiz borcu 1465,76 manat, cərimə borcu 1845,21 manat olmaqla, cəmi borcu 6822,29 manat təşkil edir. İş materiallarında olan qəbzlərdən görünür ki, X8 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə iddiaçının zaminlərə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. xx.xx.2015-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Belə ki, qeyd olunan müqavilə 18 ay müddətinə bağlanmış, iddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3311,32 manat əsas borc, 1465,76 manat faiz borcu və 184,92 manat cərimə olmaqla, cəmi 4962 manat kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 69,67% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 20,90 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3311,32 manat əsas borc, 1465,76 manat faiz borcu və 184,92 manat cərimə borcu olmaqla, cəmi 4962 (dörd min doqquz yüz altmış iki) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun 20,90 (iyirmi manat doxsan qəpik) manat hissəsi İddiaçı ASCnin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 9,10 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar