Məhkəmə qərarları › İş №2(001)-474/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-474/2024

05.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-474/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəməyə barışıq sazişi bağlamalarını bildirdilər və məhkəmədən barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Hər iki tərəf barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri barədə məlumatlı olduqlarını məhkəməyə bildirdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə müvafiq olaraq, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişini araşdırıb hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5651/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “ ... 1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 610Q saylı və Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndi, 610F saylı bağ sahələri tam və ya qismən üst-üstə düşürmü?

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 610Q saylı bağ sahəsi hər hansı hissədə Cavabdeh tərəfindən zəbt edilmişdirmi?

3. Cavabdeh məxsus Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndi, 610F saylı bağ sahəsinin hasarı İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdirmi? İnşa edilmişdirsə, hasar iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsini əhatə edir?”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2445 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ərazidə hasarlama işləri arxiv plan və ölçülərə uyğun aparılmayıb. Belə ki, İddiaçı **********68 reyestr nömrəsi ilə xüsusi mülkiyyətində olan 0.012 ha torpaq sahəsinin 0.001 ha hissəsi digər sahənin hasarı daxilində yerləşir. Sözügedən sahələrin arxiv plan və ölçülərinə əsasən ərazilərdə üst-üstə düşmə olmasa da, faktiki ərazidə üst-üstə düşmələr mövcuddur”. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə bildirmişdir ki, o, həmin ərazidə hər hansı tikinti aparmamış, bağ evini hazır hasarlanmış vəziyyətdə almışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları gəlib yerində ölçü işlərini aparmış və nəticə etibarilə o, satıcıdan bağ sahəsini hasar hal-hazırda mübahisələndirilən yerdə olmaqla almış və bunu tamamilə qanuni hesab etmişdir. Bilsəydi hasar başqasının sahəsinə düşür - heç almazdı. Belə olan halda hesab edir ki, təqsir onun deyil, satıcı və Əmlak Məsələləri Dövlət Xidmətinin əmədaşlarınındır. O, qanunsuz özbaşına tikili almayıb ki, qanuni sənədləri olan və ona yerində naturada təhvil verilən daşınmaz əmlak əldə edib. Amma hazırkı vəziyyətdə yenə də iddiaçı ilə razılığa gəlmək istəyir. Belə ki, onun hasar söküb-tikməyə imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1.1. Cavabdeh razılaşma imzalanarkən 500 (beş yüz) manat, 04 iyul 2024-cü il tarixdə 1500 (min beş yüz) manat və 04 oktyabr 2024-cü il tarxidə də 1000 (min) manat olmaqla, ümumilikdə 3000 (üç min) manat pulu İddiaçı verməyi öhdəsinə götürür. 1.2. İddaçı İddiaçı Cavabdeh qarşı iddiasından geri çəkilir. 1.3. Tərəflər öhdəliklərini icra etmədiyi halda barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı icra sənədi olaraq qəbul edir və icraya yönəldilməsinə etirazlarının olmadığını ifadə edirlər. 1.4. Tərəflər barışıq sazişinin yuxarıda qeyd edilən şərtlərlə məhkəmə tərəfindən təsdiqlənməsinə və iş üzrə icraata xitam verilməsinə etirazlarının olmadığını ifadə edirlər”. İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar