Məhkəmə qərarları › İş №2(001)-4760/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4760/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4760/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı “xxxx” ASC-nin xeyrinə 15-24-02-2015-ST MTK CA nömrəli 24.02.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən 30.04.2021-ci il tarixinə əsas borc üzrə 69.222,75 manat, faiz borcu üzrə 15.113,25 manat olmaqla, cəmi 84.336 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan və Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)- 80/2021 saylı qərardadından görünür ki, iddiaçılar “xxxx” MTK-nın və digərlərinin cavabdeh “xxxx” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və digərləri cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair iddia ərizəsi 27 may 2019-cu il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və hal-hazırda icraatdadır. Qeyd olunan qərardaddan müəyyən olunur ki, iddiaçı Cavabdeh3 Mənzil Tikinti Kooperativinin hüquqi varisi “xxxx” MTK və digərləri “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər tələblərlə yanaşı 24 fevral 2015-ci il tarixli 15-24-02- 2015-ST MTK CA nömrəli kredit və zaminlik müqavilələri ilə mənzil almış Cavabdeh1 əvəzinə zamin tərəfindən ödənilmiş pul vəsaitindən 34.715,50 manat artıq faiz borcunun əsas borcdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü, yəni kredit müqavilələri üzrə mübahisələrinə dair iki mülki iş vardır. Başqa sözlə, eyni məhkəmənin icraatında eyni tərəflər arasında eyni kredit müqaviləsindən irəli gələn mübahisə üzrə iki mülki iş mövcud olduğundan məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün və daha səmərəli həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi mülki işlərin bir icraatda birləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(001)- 4760/2021 nömrəli mülki iş iddiaçılar “xxxx” MTK-nın (“xxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi) və digərlərinin cavabdeh “xxxx” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və digərləri cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair 2(001)- 80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və birləşdirilmiş mülki iş üzrə 2(001)-80/2021 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(001)-4760/2021 nömrəli mülki iş iddiaçılar “xxxx” MTK-nın (“xxxx” Mənzil- Tikinti Kooperativinin hüquqi varisi) və digərlərinin cavabdeh “xxxx” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və digərləri cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki iş üzrə 2(001)-80/2021 qeydiyyat nömrəsi saxlanılsın. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar