Məhkəmə qərarları › İş №2(001)-4768/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4768/2021

16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4768/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri ucbatından iddiaçıya vurulmuş 2095 manat ziyanın, 24.12.2020-ci il tarixdən qətnamə icra olunan günə kimi hər gün üçün 25 manat olmaqla ödədiyi avtomobilin kirayə pulunu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 24.12.2020-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “Kia Cross” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobillə Qala-Türkan yolu ilə Türkan istiqamətinə doğru hərəkətdə olarkən əks istiqamətdə olan iddiaçının idarə etdiyi “Kia Ceed” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə iddiaçının avtomobilinin bir çox hissəsi sıradan çıxmışdır. "xxxx" MMC-də avtomobildə keçirilmiş baxışa əsasən 08.02.2021-ci il tarixli Qiymətləndirmə Aktı tərtib edilmiş və iddiaçıya məxsus “Kia Ceed” markalı avtomobilə 7095 manat manat məbləğində ziyanın vurulması göstərilmişdir. Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati protokol tərtib edilmişdir. Dəymiş 7095 manat məbləğində maddi ziyanın 5000 manatı "xxxx" ASC tərəfindən ödənilmişdir. Qalan 2095 manat məbləğini isə iddiaçı cavabdehdən tələb etmiş, sonuncu əvvəlcə ödəyəcəyini bildirsə də, sonradan ödəməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, - Bakı şəhəri Xəzər RPİ-nin 21.01.2021-ci il tarixli qərarının surətindən görünür ki, yol nəqliyyatı hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Cavabdeh hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən materiallar üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Sürücü Cavabdeh AR İXM-nin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 327.1-ci maddəsi ilə inzibati qaydada cəzalandırılmasından ötrü materialların inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsi üçün Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 08.02.2020-ci il tarixli, 2313 nömrəli rəyinə əsasən, “Kia Ceed” markalı avtomobilə dəymiş ziyanın ümumi dəyəri 7095 manat qiymətləndirilmişdir. - "xxxx" tərəfindən verilmiş PXA80510 nömrəli Sığorta Aktından görünür ki, İddiaçı dəymiş ziyana görə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6139 saylı, 20.10.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən 08.02.2021-ci il tarixdə tərtib edilmiş qüsur aktında olan məlumatlara əsasən, avtohissələrin qiyməti nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Kia Ceed” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6755 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri isə 100 manat məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan, vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan "xxxx" MMC-yə məxsus “Kia Cross” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də İddiaçı avtomobilinə dəymiş ziyan bilavasitə Cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən İddiaçı avtmobilinə dəymiş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə Cavabdehnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinməsi nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, cərimə edilmişdir. Beləliklə, Cavabdehnun yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması, iddiaçının məhkəmə iclasında verdiyi izahatı, Cavabdeh dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə, qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6139 saylı, 20.10.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən 08.02.2021-ci il tarixdə tərtib edilmiş qüsur aktında olan məlumatlara əsasən, avtohissələrin qiyməti nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Kia Ceed” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6755 manat məbləğində müəyyən olumuşdur. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 1755 (6755 manat – 5000 manat) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən bərabər miqdarda tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1755 (bir min yeddi yüz əlli beş) manat məbləğində dəymiş maddi zərərin əvəzi və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-4768/2021 23 dekabr 2021-ci il İddiaçı: İddiaçı Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 2, ev 7 Cavabdeh: Cavabdeh Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-4768/2021 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Hakimi: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar