Məhkəmə qərarları › İş №2(001)-4774/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4774/2020

14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4774/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı (İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İB-nə vurulmuş 2840,01 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2870,01 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03- 403 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "İddiaçı" İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1 ********** nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbil qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 853,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 426,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 207 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,2 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, aktlar əsasında cəmi 2404,8 manat məbləğində “İddiaçı" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üzrə 124,8 manat və 292,5 (-) əvvəlki illərdən isə 17.91 manat borcu qalmışdır. Cavabdeh tərəfindən cüzi ödəniş edildikdən sonra İddiaçı İB-yə ödənilməli borc məbləği (ititirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümum 2840,01 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 2840,01 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə üzrə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Z.R.Qurbanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, qaz sayğacından kənar xəttə qoşulma etməmişdir və tərtib olunmuş aktlardan məlumatı yoxdur. Ona yalnız 435 manat 21 qəpik məbləğində borcunun olması barədə bildiriş göndərilmişdir. Mülki iş materiallarında olan: xx xxxx 2020-ci il tarixli, 03-403 saylı müqavilədən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, mənizlə G-4 markalı sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd dəmir qaz sobası cihazı göstərilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 8532 kub metr müəyyən edilmişdir. xx xxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 4266 kub metr müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2070 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 435,21 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilən hallarına görə İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-403 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1 ********** nömrəli qaz sayğacı quraşdırılmışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayarq qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən itirilmiş təbii qaza görə iddiaçıya borc hesablana bilməz. Lakin bununla yanaşı işin məhkəmə araşdırılması ilə cavabdehin xx.xx.2020-ci il tarixinə qazın istifadəsinə görə 435,21 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan tarixlərdə tərtib olunmuş aktlarda göstərilənlər öz təsdiqini tapmadığından, lakin xx.xx.2020-ci il tarixə cavabdehin qazın istifadəsinə görə 435,21 manat borcunun olduğu sübut olunduğundan iddia qismən təmin edilməli 435,21 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 4 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 435,21 manat və dövlət rüsumunun əvəzi kimi 4 manat məbləğində pul vəsaiti məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar