Məhkəmə qərarları › İş №2(001)-4789/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4789/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4789/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə, “xxxx” Kommersiya Bank (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə 21 iyun 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “xxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2000 manat əsas, 678,45 manat faiz borcu olmaqla ümumilikdə 2678,45 manat borcun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh “xxxx” KB ASC tərəfindən təqdim edilmiş 18 iyun 2021-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmiş, həmin arayışdan görünür ki, hazırda onun 869nkADJ/20 saylı kredit müqaviləsi üzrə banka borcu yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsində qeyd olunur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Normanın məzmunundan görünür ki, iş üzrə icraata bu əsasla xitam verilməsi o halda mümkündür ki, işə ümumiyyətlə məhkəmədə baxılmalı olmasın. Hazırki halda cavabdehin iddiaçıya kredit borcu mövcud olmadığından, yəni tərəflər arasında mübahisə olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar