Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-479/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən küçəyə giriş-çıxış yolunun müəyyən edilməsi” tələbinə dair mülki işə 18 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında onun ailəsi ilə birlikdə daimi yaşadıqları evdən küçəyə arakəsmə ilə ayrılmaqla giriş-çıxış yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, məlum ev mərhum babası X1 və istifadəsində olmuşdur. Ev faktiki olaraq 2 hissədən ibarətdir, daha öncədən mövcud olmuş evdə faktiki olaraq atası, anası, o və qardaşı öz ailələri ilə birlikdə yaşayırlar. Evin bir hissəsində isə əmisi X5 ayrıca ev tikərək öz ailəsi ilə birlikdə həmin evdə yaşayıe, onların yaşadığı evin küçəyə ayrıca çıxış yolu vardır. O ailə həyatı qurduqdan sonra evin həyətinin axırında olan 2 otaqda ailəsi ilə birlikdə yaşamağa başlamış, həyətə daxil olanda ilk öncə evin atası, anası və qardaşının ailəsinin yaşadığı hissəsinin qarşısından keçilir. O, evin öz yaşadığı hissəsi ilə həyət arasında daş hasar çəkərək qapı qoysa da, yaşadığı hissədən küçəyə ayrıca giriş-çıxış yolu yoxdur. Cavabdeh olan atası Cavabdeh1 hər gün spirtli içki qəbul edərək evin ümumi istifadədə olan yolunda oturur, onu, ailəsini heç bir əsas olmadan söyərək təhqir edir, onların küçəyə çıxmalarına imkan vermir, bəzən tanışlarını həyətə dəvət edir və orada içki məclisi düzəldir, nəticədə səs-küydən evdə yaşamaq mümkün olmur. X6 diffuz düyünlü ur diaqnozu ilə dispanser xəstəsidir, övladı Fatimə Güləliyeva isə bronxit-allergik xəstəsidir, onlara mütəmadi olaraq təmiz havada gəzmək lazımdır, lakin atasının qanunsuz hərəkətləri nəticəsində onlar evdən çıxa bilmirlər. Bir müddət əvvəl o, atasının razılığı ilə həyəti daş hasarla bölərək küçəyə ayrıca giriş-çıxış yolu açsa da, sonradan cavabdeh polisə şikayət edərək hasarı sökdürmüşdür. Buna görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, yaşadıqları evin həyətinin 1 girişi vardır, həmin giriş 3 metr enliyində yoldan ibarətdir. İddiaçının həyətdən ayrıca daş hasarla özünə giriş-çıxış yolu açması nəticəsində həyət xeyli daralacaqdır. Buna görə də, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, həyətdən ayrıca giriş-çıxış yolunun açılması faktiki olaraq mümkün deyildir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, onun iddiaçı tərəfindən iddia ərizəsində göstərilən həyətdə evinə ayrıca giriş-çıxış yolu açılması ilə bağlı etirazı yoxdur. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mülkün sahibi X4 vəfat etmiş, hazırda həmin evdə Cavabdeh2, Cavabdeh1, İddiaçı, Cavabdeh3 və digərləri öz ailə üzvləri ilə birlikdə qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflərin ünvan 1 ünvanında yerləşən ümümi istifadədə giriş-çıxışı olan həyətyanı torpaq sahəsində inşa olunmuş evlərdə yaşamaları işin mübahisəziz halıdır. Mübahisə faktiki qonşuluq münasibətlərdində olan tərəflərin giriş-çıxış yolundan istifadə ilə bağlıdır. Azərbaycan Respublikası mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Hazırkı halda iddiaçının ictimai yola keçidi cavabdehlərnən ümümi istifadədədir və bu istifadəyə cavabdehlər tərəfindən ona maneələr yaradılır. Məhkəmənin 16 sentyabr 2020-ci il tarixli, 2(001)-4370/2020 saylı qərardadına əsasən, iddia ərizəsində göstərilən, İddiaçı yaşadığı 2 otaqlı mənzildən həmin evin ümumi istifadədə olna həyətindən arakəsmə tikilməsi üsulu ilə küçəyə ayrıca giriş-çıxış yolunun açılmasının texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 10/3104 saylı müvafiq rəyində göstərilmişdir ki,Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xanlar küçəsi, 19 saylı evin İddiaçı yaşadığı 2 otaqlı mənzilindən həmin evin ümumi istifadədə olan həyətindən arakəsmə tikilməsi üsulu ilə keçəyə ayrıca girişçıxış yolu açılması texniki cəhətdən mümkündür. Bunun üçün həyətyanı torpaq sahəsinin daxilində 1,8 metr – 1,9 metr enində keçid yolu saxlamaqla 14,5 sm. uzunluğunda sərhəd hasarı inşa olunmalıdır. Beləliklə, ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə daimi yaşadıqları evdən küçəyə arakəsmə ilə ayrılmaqla giriş-çıxış yolunun müəyyən edilməsi mümkündür və buna görə də, iddia təmin edilməli, arakəsmənin inşa olunma qaydası ekspert rəyində göstərilənlərə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 10 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən küçəyə giriş-çıxış yolunun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 saylı evin İddiaçı ailəsi ilə birlikdə yaşadığı hissəsindən həmin evin ümumi istifadədə olan həyətyanı torpaq sahəsi daxilində 1,8-1,9 metr enində keçid yolu saxlanmaqla 14,5 sm.uzunluğunda sərhəd hasarı inşa olunması arakəsmə tikilməsi üsulu ilə küçəyə giriş-çıxış yolu müəyyən edilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-479/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-479/2021
18.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver