Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4819/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 009R********** saylı kredit razılaşması üzrə 489.91 manat borcun; 009R********** saylı kredit razılaşması üzrə 655.91 ABŞ dolları borcun; 009KK**********01 saylı kredit razılaşması üzrə 178.49 ABŞ dolları əsas kredit borcu, 287.53 ABŞ dolları məbləğində cərimə borcu hesablanmaqla, 466.02 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dəcərəsi 1.8333% olmaqla, 2500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit borcundan 2010.09 manat ödəniş etmiş, 489.91 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dəcərəsi 1.8333% olmaqla, 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit borcundan 1844.09 ABŞ dolları ödəniş etmiş, 655.91 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmasına əsasən 12 ay müddətinə, aylıq faiz dəcərəsi 2.3333% olmaqla, müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin həmin borcan 178.49 ABŞ dolları məbləğində borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədikləri üçün kreditin məcburi qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əhmədova iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - kredit razılaşmalarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dəcərəsi 1.8333% olmaqla, 2500 manat məbləğində xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dəcərəsi 1.8333% olmaqla, 2500 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmasına əsasən 12 ay müddətinə, aylıq faiz dəcərəsi 2.3333% olmaqla, müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 350 ABŞ dolları məbləğində kredit verilmişdir. - zaminlik müqavilələrində görünür ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında Cavabdeh1 kredit borcunun təminatı olaraq xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. - maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 009R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə İddiaçı QSC-yə 655.91 ABŞ dolları əsas, 0 (sıfır) ABŞ dolları faiz borcu, 0 (sıfır) ABŞ dolları cərimə borcu, xx.xx.2015-ci il tarixli, 009R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə İddiaçı QSC-yə 489.91 manat əsas, 0 (sıfır) manat faiz borcu, 0 (sıfır) manat cərimə borcu, xx.xx.2015-ci il tarixli, 009KK**********01 nömrəli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə İddiaçı QSC-yə 178.49 ABŞ dolları əsas, 0 (sıfır) manat faiz borcu, 287.53 ABŞ dolları cərimə borcu vardır. - bildirişlərdən-xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-yə tərəfindən borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 009R********** nömrəli kredit razılaşması üzrə 655.91 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 009R********** nömrəli kredit razılaşması üzrə 489.91 manat, xx.xx.2015-ci il tarixli, 009KK**********01 nömrəli kredit razılaşması üzrə 178.49 ABŞ dolları borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə gəldikdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, 009KK**********01 nömrəli kredit razılaşması üzrə birtərəfli şəkildə təyin olunmuş dəbbə pulu iddiaçının tələb etdiyi məbləğdə deyil, 10 (on) ABŞ dolları məbləğində cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehlər də (zaminlər) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli iki müqavilə və xx.xx.2015-ci il tarixli digər müqavilə üzrə iddiaçıkreditor "İddiaçı" QSC qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada: - xx.xx.2015-ci il tarixli, 009R********** nömrəli kredit razılaşması üzrə 655.91 ABŞ dollar (altı yüz əlli beş dollar doxsan bir sent) (manatın ödəniş gününə olan məzənnəsi ilə); - xx.xx.2015-ci il tarixli, 009R********** nömrəli kredit razılaşması üzrə 489.91 manat (dörd yüz səksən doqquz manat doxsan bir qəpik); - xx.xx.2015-ci il tarixli, 009KK**********01 nömrəli kredit razılaşması üzrə 178.49 ABŞ dolları (bir yüz yetmiş səkkiz dollar qırx doqquz sent) əsas borc, 10 (on) ABŞ dolları cərimə borcu (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4819/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4819/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver