Məhkəmə qərarları › İş №2(001)-482/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-482/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-482/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi(vəkili) Vəkil, İlk iddia və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbi barədə ilk, Cavabdeh1 Cavabdeh2 və İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət (16,5 və 16,5) olan 2 otağına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon X23 İcraiyyə Komitəsinin 25 nömrəli 06 oktyabr 1989-cu il tarixli qərarına əsasən X12 (X15,Cavabdeh2, X18 və X19 5 nəfər ailə tərkibi olmaqla) Bakı şəhəri, Kirov(indiki Binəqədi) rayonu, küçə 1260, ev 25, blok 4,5-ci mərtəbədə yerləşən 5 otaqlı, ümumi sahəsi 75.61 kv.m-dən ibarət yaşayış sahəsi verilmişdir. Yuxarıda qeyd olunan qərara uyğun olaraq, X12 (ailə tərkibi X15, Cavabdeh2, X18, X5 adları qeyd olunmaqla) Bakı Şəhəri Nərimanov Rayon X11 İcraiyyə Komitəsinin 028728 nömrəli 14 oktyabr 1989-cu il tarixli orderinə əsasən Bakı şəhəri, Kirov (indiki Binəqədi) rayonu, küçə 1260, ev 25, blok 4,5-ci mərtəbədə yerləşən 5 otaqlı, ümumi sahəsi 75.61 kv.m-dən ibarət yaşayış sahəsinə köçmək hüququ verilmişdir. Bundan sonra X20 ilə X15 arasında bağlanmış rəsmi nikah pozulmuş, bunun nəticəsi olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-513 nömrəli, 19 iyul 1999-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, 7-ci mikrorayon, ev 2 “b”, mənzil 82-də yerləşən 5 otaqlı mənzil bölünməklə, sahələri 13,4, 12,71 və 16,5 kv.m-dən ibarət olan üç otağı uşaqları Novzər, Zəhra, Abubəkirlə birlikdə X4, sahələri 16,5 və 16,5 kv.m-dən ibarət olan 2 otağı uşağı Umleyla ilə birlikdə X6 istifadəsinə verilmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin, yaşayış sahəsi 75,61 kv.m-dən ibarət olan 5 otaqlı 82 saylı mənzili bölünərək yaşayış sahəsi 42,61 kv.metr (13,4, 12,71 və 16,5) olan. 3 otağın əsas kirayəçisi X15 (ailə tərkibi 4 nəfərlə-özü, uşaqları Novzər, Zəhra, Abubəkir) və yaşayış sahəsi 33,0 kv.m-dən ibarət (16,5 və 16,5) olan digər 2 otağın əsas kirayəçisi isə X20 (ailə tərkibi 2 nəfər-özü, qızı Umleyla) hesab edilmişdir. 26 dekabr 2001-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilini 3 otağı X4 adına özəlləşdirməklə qeydiyyat vəsiqəsi verilsə də, digər 2 otaq özəlləşdirilməmiş qalmışdır. Bundan sonra X20 onunla 02 mart 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b”nömrəli evin 82 saylı mənzilinin 2 otağının əsas kirayəçisi olan X6 hissəsinə köçmüşdür. O, rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzildə əri Yusifin və onun oğlu Novzərin yaşadığını görmüşdür. X1 onun bacısı qızı olan Cavabdeh1 ilə 08 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və X15 həmin mənzil üzrə çıxarışla Gülnaz Abiyevaya məxsus olan 3 otağından ibarət hissəsinə gəlin gəlmişdir. Digər 2 otağın istifadəçisi isə X20 ilə o olmuşdur. Mübahisə edilən mənzildə Umleyla, Zəhra, Abubəkir və Gülnaz yaşamamışdır. 03 may 2018-ci il tarixdə X6, 2020-ci ildə isə X7 vəfatından sonra iddiaçı Cavabdeh2 və üçüncü şəxs X15 onu və üçüncü şəxs Cavabdeh1 mübahisəli mənzildən çıxarmağa cəhd göstərməyə başlamışlar. Onun Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b”nömrəli evin 82 saylı mənzilinin 2 otağının əsas kirayəçisi olan X6 hissəsinə münasibətdə istifadə hüquqları əmələ gəlmişdir. O, 2004-cü il tarixdə mübahisəli mənzilə köçdüyü üçün onun yaşayış sahəsinə istifadə hüquqları 01 oktyabr 2009-cu il tarixdədək qüvvədə olan Azərbaycan SSR Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır. Göründüyü kimi, onun Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b”nömrəli evin 82 saylı mənzilinin 2 otağının əsas kirayəçisi olan X6 hissəsinə köçüb yaşamaqla, yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Eyni zamanda onu da qeyd edir ki, mübahisəli mənzilin ünvanı bəzi sənədlərdə ünvan 1nzili, digər sənədlərdə isə Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2B saylı evin 82 saylı mənzili kimi qeyd olunmuşdur. Bundan başqa o, mübahisəli mənzil üzrə yaşayış sahəsinə istifadə hüququnun olmasına baxmayaraq, mənzil üzrə qeydiyyata alınmamışdır. 01 oktyabr 2023-cü il tarixdə cavabdeh Abiyeva X3 Tahirə Rza qızına və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət hissəsinə isitfadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 1989-cu il tarixli 028728 saylı Bakı Şəhəri Nərimanov Rayon X11 İcraiyyə Komitəsi tərəfindən verilmiş orderinə əsasən mərhum qaynatası X12 beş nəfər ailə tərkibi olaraq Kirov(Binəqədi rayonu), küçə 1260-cı kvartal(hazırda 7-ci mkr, F. Məlikov küçəsi adlanan) 2 “b”, blok 4 mənzil 82 ünvanda yerləşən 5 otaqdan ibarət ümumi sahəsi 75,61 kv.m olan mənzil verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 25 oktyabr 1999-cu il tarixli 748 saylı sərəncamına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 1999-cu il tarixli qətnaməsi ilə 7-ci mkr, 2 “b” saylı evin 5 otaqlı, yaşayış sahəsi 75,61 kv.m olan 82 saylı mənzilini bölərək, sahəsi 13.4, 12.71 və 16.5 kv.m-dən ibarət olan 3 otağı uşaqları Novzər, Zəhra və Əbubəkrlə birlikdə qaynanası X4, digər sahələri 16.5 və 16.5 kv.m dən ibarət olan 2 otağı isə uşağı Umleylayla birlikdə qaynatası X6 istifadəsinə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə hər kəsin ailəsi üçün ayrıca şəxsi hesab vərəqəsinin açılmasını Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr küçəsi, 2 “b” saylı evin, 42.61 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 82 saylı mənzili X4 adına sıxlaşdırılmış payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1192 saylı reyestr kitabında 179093 səhifədə, 30/179093 nömrə ilə 26 dekabr 2001-ci il tarixində qeydiyyat aparılmışdır. Bundan sonra qaynatası X20 xalası İddiaçı ilə 02 mart 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bundan sonra xalası İddiaçı qaynatası X6 ailə üzvü kimi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinə köçmüşdür. Sonradan o, X18 ilə 08 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra ilkin olaraq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin çıxarışla X8 məxsus olan və əri X7 istifadəsində olan (həmin hissənin özəlləşdirilməsi zamanı əri yetkinlik yaşına çatmayan şəxs olduğundan onun əvəzinə valideyni razılıq verdiyi üçün dolayı mülkiyyətçi olmuşdur.) 13.4, 12.71 və 16.5 kv.m-dən ibarət olan 3 otağına (hissəsinə) gəlin köçmüş, övladları doğulduqdan sonra qaynatası X6 və xalası İddiaçı istifadəsində olan Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin 16.5 və 16.5 kv.m-dən ibarət 2 otağın biri onların razılığı ilə onun və əri X7 istifadəsinə verilmişdir. O, gəlin kimi mübahisəli mənzilə köçdüyü zaman əri X18 ilə birlikdə ilkin olaraq çıxarışla X8 məxsus 3 otağın və sonradan X6 və xalası İddiaçı razılığı ilə istifadəsində olan 2 otaqdan birinin istifadəçisi olmuşdur. Bundan başqa, o, gəlin köçdüyü zaman mübahisəli mənzildə xalası Tahirə, əri Novzər və qaynatası Yusif ilə birlikdə yaşamışlar. Həmin mənzildə 2008-ci il tarixdən Zəhra, Əbubəkr və Umleylanın yaşadıqlarını görməmiş, çünki onlar başqa yerlərdə yaşamışlar. Belə olanda Umleylanın mübahisəli mənzilin atası X12 aid hissədə olan istifadə hüququnu itirmişdir. Mübahisəli mənzilin 2 otağına münasibətdə istifadə hüququ olan qaynatası X20 03 may 2018-ci il tarixdə, mübahisəli mənzilin anasına aid 3 və atasına aid 2 otağına münasibətdə istifadə hüququ olan əri X18 07 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı bildirmək istəyir ki, onun uşaqları ilə birlikdə mübahisəli Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin qaynatasına X12 aid hissəsinə dair istifadə hüquqları yaranmışdır. İlk iddia üzrə iddiaçı tərəfin vəsatəti əsasında 18 dekabr 2023-cü il tarixdə Cavabdeh2 ilk iddia üzrə cavabdeh qismində cəlb edilmişdir. İlk və qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək bildirmişdir ki, o, hər iki iddianın əsassız olması qənaətindədir. Belə ki, 14 oktyabr 1989-cu il tarixdə Bakı şəhəri, Nərimanov Rayon X11 İcraiyyə Komitəsi tərəfindən mərhum atası X12 verilmiş 028728 nömrəli orderə müvafiq olaraq X20 1930-cu il təvəllüdlü, qardaşı X18-1984-cü il təvəllüdlü, bacısı X19 1987-ci il təvəllüdlü, beş nəfər ailə tərkibi olaraq Kirov(Binəqədi) rayonu, küçə 1260-cı kvartal (hazırda 7-ci mkr, F.Məlikov küçəsi adlanan) 2 “b”, blok 4, mənzil 82 ünvanda yerləşən beş otaqdan ibarət, ümumi sahəsi 75,61 kv.m olan mənzil almışlar. Sonradan 08 yanvar 1990-cı il tarixdə daha bir qardaşı X16 dünyaya gəlmişdir. 1999-cu ildə atası X20 ilə anası Abiyeva (Gülhəsənova) Gülnaz Qulam qızı arasında olan nikah ləğv olunduqdan sonra beş otaqlı mənzilin anası və atası arasında bölünməsinə dair Binəqədi Rayon Məhkəməsində xx.xx.1999-cu il tarixli 2-513 saylı müvafiq qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə yaşadıqları 75.61 kv.m olan mənzil bölünərək, sahəsi 13.40, 12.71 və 16.5 kv.m olan 3 otaq anasına, bacısı Zəhraya, qardaşları Novzər və Abubəkirə verilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 25 oktyabr 1999-cu il tarixli 748 nömrəli Sərəncamı ilə həmin mənzilə şəxsi hesab vərəqəsi açılmışdır. Anası ümumi sahəsi 42.61 kv.m olan üç otağı özəlləşdirərək, xx.xx.2001-ci il tarixli, 096109 nömrəli qeydiyyat vəsiqəsinə müvafiq həmin otaqların mülkiyyətçisi olmuşdur. Atası ilə o isə onlara məxsus iç-içə iki otağı özəlləşdirməyərək icarə müqaviləsi əsasında həmin otaqlarda yaşamağa başladılar. 2004-cü ildə İddiaçı adlı qadın atası ilə gələrək özünü atasının “arvadı” olduğunu elan edərək, onun razılığı (yazılı və şifahi) olmadan iç-içə olan otaqların içəri otağında məskunlaşmışdır. Yetkin (21 yaş) bir qız olaraq bu cür davranışa qarşı etiraz etməsi səbəbindən əşyaları və yataq dəsti İddiaçı tərəfindən yaşadığı iç-içə otaqlardan atılaraq oradan qovulmuş və o, anası və bacı-qardaşları yaşayan mənzilin anasına məxsus üç otağına sığınmağa məcbur olmuşdur. Anası İ-ci qrup əlil olmaqla, o və qardaşı Abubəkir İİİ qrup əlildirlər. 2008-ci ildə İddiaçı öz bacısı qızı Elnarəni qardaşı Novzərə ərə vermişdir. Bundan sonra İddiaçı və Cavabdeh1 davamlı münaqişələri, təhqirləri, fiziki təzyiqlərinə dözməyərək onlar həmin mənzili məcburiyyət qarşısında tərk edərək, uzun illərdir ki, kənar şəxslərin evlərində kirayələrdə qalırlar. Atası və qardaşı Novzər müvafiq olaraq 2018 və 2020-ci illərdə dünyalarını dəyişmişlər. Bundan sonra Cavabdeh1 anasına mülkiyyət hüququ üzrə məxsus üç otağa, İddiaçı isə iç-içə olan iki otağa iddialı olaraq onları mənzillərinə buraxmamaqda davam etmişlər. 22 avqust 2023cü ildə anası Cavabdeh1 qarşı cavabdehi mülkiyyətində (3 otaqda) olan yaşayış sahəsindən çıxarılması və anasının həmin yaşayış sahəsinə köçürülməsinə dair iddiasi təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi ilə Cavabdeh1 yetkinlik yaşına çatmayan 26 mart 2009-cu il təvəllüdlü və 06 avqust 2010-cu il təvəllüdlü uşaqları ilə anası Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı 82 saylı mənzildən çıxarılması, iddiaçı Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızından 24(iyirmi dörd) ay müddətində, hər ay 300(üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-66802023 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində (o cümlədən Binəqədi Rayon Məhkəməsinin qətnaməsində) apellyasiya instansiya məhkəməsinin mövqeyi hissəsində (31-ci bənd) Cavabdeh1 iddiaçı Gülhəsənova Gülnazın mənzilə köçürülməsi hissəsində iddianı qəbul etdiyini, digər hissədə isə iddianı qəbul etməyərək, 2007-ci ildən daimi, etibarsız olaraq anasına məxsus üç otaqda yaşadığını, həmin 3 otağa istifadə hüququnun olduğunu və onun istifadə hüququna yalnız kompensasiya vermək yolu ilə xitam verilməsinin tələbi öz əksini tapmışdır. Göründüyü kimi Cavabdeh1 mənzilinin anasına məxsus 3(üç) otaqlı hissəsində yaşaması öz izahatları ilə müəyyən olunur. Belə olduğu halda onun mənzilinin iç-içə olan iki otaqlı hissəsinə iddiası absurddur. Eyni ilə bundan əlavə iç-içə olan, hazırda iddia sürdüyü iki otaqlı yaşayış sahəsinin kirayəçisinin ailə üzvü olmadığı halda belə bir iddiada olmaqda səbəb Cavabdeh1 mənzilin üç otaqlı hissəsindən çıxarılması qət edildikdən sonra bu dəfə Cavabdeh1 iç-içə iki otaqlı yaşayış sahəsində özünə sığınacaq tapmaqdadır. Göründüyü kimi xala-bala, Elnarə Tahirə cütlüyü çox bəsid ssenari üzrə şou yaratmaq niyyətindədirlər. Ümumiyyətlə Cavabdeh1 iç-içə iki otaqlı yaşayış sahəsinə hər hansı bir hüququ yarana bilərmi? Əvvəla yuxarıda qeyd etdiyi kimi o mərhum atası X6 ailə üzvü olmayıb. Cavabdeh1 “zəbt” etdiyi hissə mənzilin üç otaqlı hissəsi olub. İç-içə iki otaqlı yaşayış sahəsinə hər hansı bir hüququ olmaması səbəbindən həmin iş üzrə o cavab verməli şəxs də ola bilməz. Bu səbəbdən də İddiaçı iddiasının Cavabdeh1 yönəldilməsi doğru deyildir. Cavabdeh1 hazırki iş üzrə cavab verməli olmayan şəxs olmaqla yanaşı, həmçinin onun tələb hüququ da mövcud deyildir. Cavabdeh1 qarşılıqlı iddiasına görə iki uşağı olandan sonra qaynatası X6 razılığı ilə üç otaq dörd ailə üzvü ilə ona bəs eləməyib iç-içə olan otaqların birinə qaynatası Yusif Abiyevin “icazəsi” ilə onun istifadəsinə verilmişdir. İddiaçı iddiasına gəlincə hesab edir ki, həmin iddia da əsassızıdır. Belə ki, İddiaçı həmin iç-içə olan yaşayış sahəsinə həmin dövrdə qüvvədə olan Azərbaycan SSRİ Mənzil Məcəlləsinin müddəalarına zidd olmuşdur. Həmin qanunvericiliyin tələbinə görə İddiaçı həmin yaşayış sahəsinə köçməsi üçün onun razılığı tələb olunmalı idi. Amma o, belə bir razılıq verməmişdir. Razılığının olmamasının təsdiqi onun həmin yaşayış sahəsindən qovulmağı olub. Göründüyü kimi İddiaçı həmin yaşayış sahəsində yaşamaqla mənzil sahəsi normalarını pozmuşdur. Belə ki, bir-birindən təcrid olunmayan, ümumi qapısı olan iç-içə otaqların giriş otağı öz məzmunu baxımından dəhliz və ya keçid rolunu oynayır. Yuxarıda şərh olunan halları məhkəmənin diqqətinə çatdırmaqla, İddiaçı iddiasının və Cavabdeh1 qarşılıqlı iddiasının əsassız olması qənaətilə hər iki iddianın (qarşılıqlı iddianın) təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizənin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi X13 qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb edərək ilk və qarşılıqlı iddiaları qəbul etmədiklərini bildirib, etirazda yazılanlara uyğun izahat verərək, ilk və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Binəqədi Rayon Polis İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakı olmadan, şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirmədən qərar çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsinin səbəbləri barədə isə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 14 oktyabr 1989-cu il tarixdə Nərimanov rayon X11 İcraiyyə Komitəsi tərəfindən verilmiş 028728 nömrəli orderinin surətindən görünür ki, X12 (ailə tərkibi G.Q.Abiyeva, Y.Abiyeva, N.Y.Abiyev, Z.Y.Abiyeva göstərilməklə) Kirov rayonu, küçə 1260, ev 25, blok 4, 5-ci mərtəbədə yerləşən 5 otaqlı ümumi sahəsi 75.61 kv.m olan yaşayış sahəsi verilmişdir; Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 25 oktyabr 1999-cu il tarixli sərəncamın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsi özünün 19 iyul 1999-cu il tarixli, 2-513 saylı qətnaməsi ilə 7-ci mikrorayon, 2 “b” saylı evin 5 otaqlı yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzilini bölərək, sahəsi 13,4; 12,71; 16,5 kv.m olan 3 otağı uşaqları Növzər, Zəhra, Əbubəkrlə birlikdə iddiaçı X4, digər sahələri 16,5; 16,5 kv.m olan 2 otağı isə uşağı Umleyla ilə birlikdə cavabdeh X6 istifadəsinə verilmişdir. Binəqədi Rayon Məhkəməsi hər kəsin ailəsi üçün ayrıca şəxsi hesab vərəqəsinin açılmasını Binəqədi rayon MKTB-yə tapşırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 7-ci mikrorayon, 2 “b” saylı evin yaşayış sahəsi 75,61 kv.m olan 5 otaqlı 82 saylı mənzili bölünərək yaşayış sahəsi 42,61 kv.m (13,4; 12,71; 16,5) olan 3 otağın kirayəçisi X4 ailə tərkibi 4 nəfərlə (özü, uşaqları Növzər, Zəhra, Əbubəkr) və yaşayış sahəsi 33,0 kv.m (16,5; 16,5) olan digər iki otağın kirayəçisi isə X6 ailə tərkibi 2 nəfərlə (özü və uşağı Umleyla) hesab edilməsi barədə sərəncam verilmişdir; AZ-İ 090682 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə İddiaçı arasında nikah 02 mart 2004-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir; AZ-İ seriyalı 946815 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2018-ci il tarixdə ürəkdayanmasından qəflətən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1000 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-2702/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 33,0 kv.m olan iç-içə iki otaqlı yaşayış sahəsindən Cavabdeh2 istifadə etməsinə qarşı yönələn maneələr aradan qaldırılması və iddiaçı Cavabdeh2 uşaqları - 28 fevral 2006-cı il təvəllüdlü X21 və 29 iyun 2011-ci il təvəllüdlü X14 ilə birlikdə həmin yaşayış sahəsinə köçürülmələri qət edilmişdir Həmin qətnamənin təsviri hissəsində qeyd edilmişdir ki “Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək iddiaya etirazda qeyd etdiyi məzmunda izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, o, iddiaçının mərhum atasına məxsus evə köçürülməsinə hər hansı etirazı yoxdur. O, iddiaçının atasına məxsus evdə deyil, iddiaçının anasına məxsus evdə yaşayır. Həmin evə də o, mərhum həyat yoldaşı Novzərin və digər ailə üzvlərin razılığı ilə köçürülmüşdür. Hazırda iddiaçının anası da ona qarşı iddia qaldıraraq onun uşaqları ilə birlikdə müvafiq kompensasiya verilməklə yaşadıqları evdən çıxarılmalarını tələb edir. Yaşayış sahələrinin qapısı bir olduğundan, iddiaçının gəlib söz-söhbət yaratması onlar arasında dəfələrlə münaqişələrin yaranmasına səbəb olmuşdur. Ona görə də mənzilin kilidini dəyişdirmişdir ki, iddiaçı hər dəfə gəlib münaqişə yarada bilməsin. Mərhum qaynatasına məxsus yaşayış sahəsi 33 kv.m olmaqla, iç-içə iki otaqdan ibarətdir”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-1396/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 26 dekabr 2001-ci il tarixdə verilmiş ÖM seriyalı, 096109 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8907/2022 saylı qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-1396/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8907/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları 26 mart 2009-cu il təvəllüdlü X9 və 06 avqust 2010-cu il təvəllüdlü X17 ilə birlikdə iddiaçı Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı 82 saylı mənzildən çıxarılması və iddiaçı Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızının mülkiyyətində olan həmin mənzilə köçürülməsi, iddiaçı Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızından 24(iyirmi dörd) ay müddətində hər ay 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 6680/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X12 (ailə tərkibi G.Q.Abiyeva, Y.Abiyeva, N.Y.Abiyev, Z.Y.Abiyeva göstərilməklə) Kirov rayonu, küçə 1260, ev 25, blok 4, 5-ci mərtəbədə yerləşən 5 otaqlı ümumi sahəsi 75.61 kv.m olan yaşayış sahəsi verilmiş və Binəqədi Rayon Məhkəməsinin 19 iyul 1999-cu il tarixli, 2-513 saylı qətnaməsi ilə 7-ci mikrorayon, 2 “b” saylı evin 5 otaqlı yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzil bölünərək, sahəsi 13,4; 12,71; 16,5 kv.m olan 3 otaq uşaqları Novzər, Zəhra, Əbubəkrlə birlikdə X4, digər sahələri 16,5; 16,5 kv.m olan 2 otaq isə uşağı Umleyla ilə birlikdə X6 istifadəsinə verilmişdir. Hazırki mübahisə Umleyla ilə birlikdə X6 istifadəsinə verilmiş 33,0 kv.m yaşayış sahəsi ilə bağlıdır. Məhkəmə ilk növbə ilk iddia ilə bağlı qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ilk iddia üzrə İddiaçı mərhum X6 arvadı olmuşdur. İddiaçı X20 ilə 02 mart 2004-cü il tarixdə nikaha daxil olaraq hazırda mübahisəsi gedən yaşayış sahəsinə köçmüşdür. Məhkəmə ilk iddia üzrə İddiaçı qeyd olunan yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi ilə əlaqədar isə aşağıdakıları normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 51-ci maddəsinin birinci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə, ilk iddia üzrə İddiaçı mərhum X20 ilə 02 mart 2004-cü il tarixdə nikaha daxil olduğunu və həmin vaxtdan hal-hazıradək fasiləsiz olaraq həmin yaşayış sahəsində yaşadığını nəzərə alaraq hesab edir ki, onun mübahisəsi gedən yaşayış sahəsindən istifadə etmək hüququ vardır. Lakin məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 X18 ilə ailə qurduqdan sonra ailəsi ilə birlikdə Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı 82 saylı mənzildə yaşamış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi ilə onun yetkinlik yaşına çatmayan uşaqları 26 mart 2009-cu il təvəllüdlü X9 və 06 avqust 2010-cu il təvəllüdlü X17 ilə birlikdə həmin mənzildən çıxarılması və Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızından 24(iyirmi dörd) ay müddətində hər ay 300 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Eyni zamanda tərəflər arasında olan mübahisəli mənzillə bağlı mülki işlərə baxılan zaman da Cavabdeh1 məhkəmə iclaslarında verdiyi izahatında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 33,0 kv.m olan iç-içə iki otaqlı yaşayış sahəsində yaşamadığını bildirmişdir. Bütün bu göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair Cavabdeh1 hər hansı bir hüququ olmadığından onun uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət hissəsinə istifadə hüquqlarının tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə onu da qeyd etməyi lazım bilir ki, Cavabdeh1 mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadığından, ilk iddia tələbinin Cavabdeh1 qarşı yönəlməsi də əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, həmin mənzildən istifadə hüququ Cavabdeh2 və İddiaçı aiddir. Belə olan halda ilk iddia üzrə iddia tələbinə cavab verməli olan şəxs də Cavabdeh2dır. Beləliklə də, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək, belə nəticəyə gəlir ki, ilk iddia qismən, yəni Cavabdeh2 münasibətə təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət (16,5 və 16,5) olan 2 otağına istifadə hüququ tanınmalı, Cavabdeh1 yönələn hissədə isə təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ilk iddia üzrə iddiaçının, həmçinin qarşılıqlı iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumi qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət (16,5 və 16,5) olan 2 otağına istifadə hüququ tanınsın. İlk iddia qalan hissədə (Cavabdeh1 yönələn hissədə) təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilsin. Cavabdeh1 Cavabdeh2 və İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar