Məhkəmə qərarları › İş №2(001)-488/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-488/2021

25.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-488/2021 25.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən cəlb edilmiş üçüncü şəxslər X27, X5, X22, X28) “yaşayış sahəsindən istifadə hüququnun tanınması” və iddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələblərinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı( mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən cəlb edilmiş üçüncü şəxslər X27, X5, X22, X28) “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmədən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2, ev 2 ünvandakı yaşayış evinin 2-ci mərtəbəsində 40 il müddətində faktiki istifadəsindəki, sahəsi 104.38 kv/m olan 3 otaqdan,sahəsi 5.36 kv/m olan mətbəxdən, sahəsi 19.5 kv/m olan eyvandan vəhəyətdə eyni müddətdə faktiki istifadəsində olan sahəsi 15.5 kv/m olan qarajdan və sahəsi 14.26 kv/m olan təsərrüfat təyinatlı tikilidən(tövlə) istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh2 və Cavabdeh5, övladları 2008-ci il təvəllüdlü X32 və 2010-cu il təvəllüdlü X33 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqdan ibarət(əvvəl) ikinci mərtəbəsinə köçürülmələri və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2(001)-1679/2021 saylı qərardadı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə 2(001)1679/2021 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-488/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və birləşdirilmiş mülki iş üzrə 2(001)-488/2021 qeydiyyat nömrəsi saxlanılmışdır. Mülki işlər bir icraatda birləşdirildikdən sonra birinci iddia üzrə İddiaçı nümayəndəsi və vəkili iddia tələbini azaldaraq, Cavabdeh1 cavabdehlər sırasından çıxartmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, istifadə hüququnun tanınmasını tələb etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, döngə-2, 2 saylı yaşayış evinə 1980-ci ildə gəlin gəlmişdir. X46 2017-ci ildə, qızı Kürsüm Rəcəbova isə 2019-cu il tarixində vəfat etmişdir. Ərə gəldiyi vaxtdan indiyə kimi fasiləsiz olaraq evin 3 otaq , 1 eyvan, bir mətbəx və bir hamam-tualetdən ibarət 2-ci mərtəbəsində yaşayır. Evin həyətində 1 ədəd qaraj və bir dəd təsərrüfat təyinatlı tikililəri var. Gəlin gələn vaxtdan evin qeyd etdiyi hissələri onun və ailəsinin istifadəsində olmuşdur. Hazırda da, yaşadığı evin 2 otağı istisna olmaqla , yaşayış evi xüsusi mülkiyyət hüququ ilə qeyd alınmamışdır. Həmin evin 2-ci mərtəbəsindəki 2 otağı X13 adlı şəxsin mülkiyyətində olmuş və sonuncu həmin otaqları X3 və hazırda həmin şəxsin xüsusi mülkiyyətindədir. Mübahisəli yaşayış evinin 2 otağı özəlləşdirilsə də , digər otaqlar özəlləşdirilməmiş və artıq 40 ilə yaxındır ki, 2-ci mərtəbənin qalan hissəsi onların, 1-ci mərtəbəsi isə iş üzrə 3-cü şəxs Rasim Rəcəbovun və ailəsinin faktiki istifadəsində olmuşdur. Cavabdeh və ailəsi həyətdə inşa edilmiş tikilidə yaşayır. Cavabdeh3 ailə qurmuş və ailəsi ilə birlikdə Maştağa qəsəbəsində yaşayır. Mərhum qaynanasıNəsibənin sağlığında övladları Abidin, Robert, Rəcəb arasında qarşılıqlı razılıq əsasında evdə və həyətfə bölgü aparılmış, lakin qardaşları vəfat edəndən sonra Abidin evdən istifadə ilə bağlı razılaşmanı pozaraq, narahatlıq yaradır və onların hüquqlarını pozur. Onu da qeyd edir ki, Cavabdeh1 mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddiası Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. Hesab edir ki, 1980-ci ildən gəlin gəlib yaşadığı ünvandakı yaşayış evindən(evin konkret otaqları) istifadə hüququ vardır. Zərurət olduğu üçündə istifad hüququ məhkəmə qaydasında tanınmalıdır. İddiaçılar Cavabdeh2 və Cavabdeh5 iddialarını onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində X8 və X9 uyğun olaraq 1940 və 1952-ci ildən vəfat edənə kimi qeydiyyatda olmaqla yaşamışlar. X8 11 avqust 2006-cı ildə, X9 isə 14 oktyabr 1967-ci ildə vəfat etmişlər. Onlar Cavabdeh1, digər iddiaçı anası Cavabdeh2 mübahisəli fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşamışlar. Biləcəri qəsəbəsi üzrə nümayəndəlik tərəfindən təqdimm edilən arayışdan görünür ki, onlar Cavabdeh5 1997-ci ildən, Cavabdeh2 isə 1973-cü ildən həmin ünvanda pasport qeydiyyatında olmaqla yaşamışlar. Atası Cavabdeh1 isə 1958-ci ildən həmin ünvanda qeydiyyatda olmaqla yaşamış və 11 noyabr 2020-ci il tarixində vəfat etmişdir. Onlar dədə-baba yurdları olan mübahisəli fərdi yaşayış evində yaşasalar da, bir müddət soonra cavabdeh İddiaçı onlara həmin ünvanda yaşamalarına maneçilik törətmişdir. Nəticədə onlar həmin fərdi yaşayış evinin insan yaşamış üçün heçdə əlverişli olmayan tövlə hissəsində sığınaraq yaşamağa məcbur olmuşlar. Cavabdeh həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmadığna görə və həmin mülk onlara babalarında qalmış mülk olduğundan, onların həmin mənzildə yaşamalarına maneçilik törədilməsi qanunsuzdur. Hal-hazırda fərdi yaşayış evinin 2-ci mərtəbəsində cavabdeh İddiaçı tək yaşayır. X12 vəfat etdiyindən onların həmin mənzilə köçüb yaşamalı zərurəti yaranmışdır. Qeyd edir ki, sözügedən fərdi yaşayış evinin yaşamaq üçün nəzərdə tutulan 2ci mərtəbəsinın yaşayış sahəsi 100 kv.m dən ibarət olmaqla , 2 geniş otaqlı (əvvəl 4 otaqlı olmuş) və 2 eyvandan ibarətdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə və digər iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda digər cavabdehlərin bu ünvanda qeydiyyatı olsalar da, fərqli ünvanlarda yaşadığını bildirdi. Məhkəmə iclasına iştirak edən iddiaçınnın nümayəndəsi, vəkil X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli ev özbaşına tikili deyildir, dövlət tərəfindən tanınan daşınmaz əmlakdır. Eyni zamanda qonşunun texniki pasportunda mübahisə predmetini təşkil edən evin cizgiləri müəyyən edilmişdir. Belə ki, həmin texpasporta qonşunun 2 otagi və digər 6 otaq ayrı ayrılıqda qeyd edilmişdir. Onların bu formada iddianı verməkdə məqsədləri hüquqlarının məhkəmə qaydasında təsbit edilməsinə yönəlmişdir. Digər iddiaya münasibətdə isə qeyd etmişdir ki, iddiaçılar həyətdəki bir-birlərindən təcrid olunmuş tikililərdə sərbəst yaşayırlar. Mübahisə predmeti olan mənzildə onun hüquqlarını müdafiə etdiyi şəxs 40 ildir mübahisəsiz qaydada yaşayır, lakin iddiaçılar hal-hazırda ora köçmək barədə iddialarını əsaslandıra bilmirlər, belə ki, onların istinad etdiyi vəsiyyətnamə mənzilin birinci mərtəbəsinə aid olsa da, mənzilin ikinci mərtəbəsinə köçmə barədə iddiaları anlaşılan deyildir. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin ata yurdu olub. Tərəflər arasında həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə məhkəmə mübahisəsi olmuş, lakin istifadə qaydasının müəyyən edilməsi mümkün olmamışdır. 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, 2 –ci mərtəbəsi isə yaşayış sahəsi olmuşdur. Cavabdeh5 və Cavabdeh2 həmin mənzildə yaşamaq hüquqları vardır. Möcud mübahisənin həlli üçün 2000-ci ilə qədər qüvvədə olan qanunvericiliyin normaları tətbiq edilməlidir. Zülfiyyənin özü evin 2-ci mərtəbəsində doğulmuşdur. Birlikdə 2-ci mərtəbədə yaşamışlar. Lakin bu barədə məhkəməyə təqdim edə biləcəkləri sübut yoxdur. İddiaçı həmin mənzilə dair zatən istifadə hüququ olduğundan bu hüququnun tanınması barədə iddiası rədd edilməlidir. Tərəflər həmin mənzilə dair çıxarış ala bilmirlər. Çünki mənzilə dair mübahisə vardır. Zülfiyyə və Gülafərin həyətdə ayrı tikilidə yaşamaları barədə məlumatı yoxdur. Odur ki, Cavabdeh5 və Cavabdeh2 həmin mənzilə köçürülmə ilə bağlı iddiaları təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslərə məlumat verilməsinə baxmayaraq, İİİ şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilən X2 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. Rəhilənın qaynı Daşdəmir onun xalası qızının əridir. Darvazadan girdikdə evin 1-ci mərtəbəsində Rahim yaşayır. 2-ci mərtəbəsində isə Fəxrəddin və Rəhilə yaşayır. Zülfiyyə isə həyətdə olan digər 2 otaqlı evdə yaşayır. Abidinə əvvəllər mübahisəli tikilinin 1-ci mərtəbəsində yaşaması təklif edilmiş, lakin həmin mərtəbəyə köçməkdən imtina etmişdir. Mübahisəli tikilinin 2-ci mərtəbəsində 3 otaq var və həmin otaqlarda Rəhilə yaşayır. Rəhiləni təxminən 1980-ci ildən tanıyır. Rəhilənin mərhum əri Robert onun atasının xalası nəvəsidir. Rəəcəbov Abidini 2-ci mərtəbədə yaşadığını görməmişdir. Babası 1967-ci ildən vəfat etdiyindən onu görməmişdir. Əvvəl 2-ci mərtəbəb yarı-yarıya bölünsə də, sonradan birləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilən X14 ifadəsində bildirmişdir ki, istifadə hüququnun tanınması ilə bağlı anası məhkəməm iddia qaldırmışdır. Onların evi babası tərəfindən alınmış 2 mərtəbəli evdir. Atası evin 3-cü qardaşıdır. Zülfiyyə babasının sağlığında orada doğulmuşdur. Babam sağ olanda 9 uşaq arvadı ilə orada yaşamışdır. Həyət isə ümumidir. Nənəsi sağ olanda 2-ci mərtəbəni Robert Rəcəbova vəsiyyət etmişdir. Vəsiyyətnaməni görmüşdür. Evin 2-ci mərtəbəsində onlar özləri yaşayır. O vaxt 1-ci mərtəbəni babası digər tərəfə vermişdir. Həmin mərtəbə də yaşayış sahəsi üçün nəzərdə tutulmuşdur.Onun özü 2-ci mərtəbədə doğulmuşdur. O, doğulan vaxtdan Cavabdeh1 evin 1-ci mərtəbəsində yaşamışdır. Həyətdəki qaraj da, atasının olmuşdur. Həmin qarajda daima maşın saxlamışdır. 2 otaqlı ev isə nənəsinin olmuşdur və həmin evi kirayə vermişdir. Zülfiyyənin xahişi ilə həmin evi nənəsi yaşamaq üçün onlara vermişdir. Onlarv 2-ci mərtəbədə qonşu Fəxrəddinlə birlikdə yaşayırlar. 2-ci mərtəbənin girişi bayırdan olmaqla ayrıdır. 2-ci mərtəbədə olan 3 otaqlı evdə o, anası və əri yaşayır. Bacısı və qardaşı yoxdur. Onun uşaqlığından 2–ci mərtəbənin kommunal xəttləri və ödənişlər atasının adına olmuşdur. İndi isə anasının adınadır. Hər ailənin kommunal xəttləri və ödənişləri ayrıdır. Məhkəmə iş materiallarını tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, hər iki iddia üzrə iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi RİH başçısının Biləcəri qəsəbə İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin məsləhətçi mühəndisi O.Qasımov tərəfindən verilən İddiaçı istifadəsində olan sahənin eskiz planından görünür ki, ünvan 3 ünvanda ümumi sahəsi 104,38 kv.m olan 3 otaqdan ibarət 1 mərtəbəli ev, 1 otaq mətbəx- sahəsi 5.36 kv.m , 1 otaq eyvan- sahəsi 19.50 kv.m, 1 otaq qarajsahəsi 15.50 kv.m, 1 otaq tövlə sahəsi 14.26 kv.m, hamam-tualet sahəsi 5.36 kv.m İddiaçı istifadəsindədir. Binəqədi RİH Billəcəri qəsəbəsi üzrə nümayəndəsi İ.İibrahimov tərəfindən verilən 16 dekabr 2016-cı il tarixli arayışından görünür ki, X15, həyat yoldaşı İddiaçı, X14, X16, Cavabdeh1 qızı, həyat yoldaşı Cavabdeh2, X38 oğlu, X10, X34, X29, Rəcəbov Rasim Rəcəb oğlu həyat yoldaşı X6, X22 və X28 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən 6 saylı hüquq məsləhətxanasına göndərilən 25.02.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2, 8 otaqlı 2 saylı evin 2 otağı ( y/s-52,6 kv.m, k/s- 97.5 kv.m) X4 adına qeydiyyatdan keçmiş və hazırdada mülkiyyətindədir. Evin digər hissəsi isə qeydiyyata alınmamışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(001)-2333/2019 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Qətnamədə sadalanan iş materiallarından görünür ki, 20 saylı notariat kontorunda 29.09.2004-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin surətinə əsasən X8 həmin vəsiyyətnamə ilə ona məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, döngə 2, ev 2 ünvanda yerləşən evin 1-ci mərtəbəsini Cavabdeh1, 2-ci mərtəbəsini isə X7 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxiv tərəfindən Cavabdeh1 ünvanlanmış 25 oktyabr 2018-ci il tarixli məktuba əsasən 29.09.2004-cü il tarixdə 2V-1/93 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin 25.10.2018-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi N.B.Məmmədov tərəfindən məhkəməyə ünvanlanan 23 noyabr 2020-ci il tarixli məktubdan görünür ki Biləcəri qəsəbəsi, A.Zeyallı küçəsi, döngə 2, ev 2 ünvanında yalnız qeydiyyat mövcuddur. əlavə heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilən məktubdan görünür ki, 04 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2, 2 saylı fərdi yaşayış evi (2 otaq, yaşayış sahəsi 52,6 kv.m) 32 saylı DNK-nin 4Ə/71 reyestr nömrəli 26.04.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin sözügedən fərdi yaşayış evinin qalan hisssi qeydiyyata alınmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otağına (2 otaq, yaşayış sahəsi 52,6 kv.m) xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 4788 nömrəi vərəqində 19 may 2014cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. X1 ilə Balabəyov Fəxrəddin qulu oğlu arasında bağlanan AN-İ seriyalı, ******* saylı alğısatqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, döngə 2, ev 2 ünvanda istifadədə olan 0.0369 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi-163.1 kv.m, köməkçi sahəsi 251.7 kv.m olan 8 otaqlı evin paylı mülkiyyət hüququ ilə ona məxsus olan “A” tikilisi 2 otaq, y/s 52.6 kv.m, k/s-56,4 kv.m olan hissəsini alıcının mülkiyyətinə verməyi alıcı isə evin dəyərini 40000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi VVADQ şöbəsi tərəfindən 20 oktyabr 2006-cı il tarixində verilən AZ-1 seriyalı, 214975 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 11 avqust 2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 oktyabr 2006-cı il tarixində 1049 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 24.11.2020-ci il tarixində verilən AZ-İİ seriyalı, 107230 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 11 noyabr 2020-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 noyabr 2020-ci il tarixində 1393 № ilə qeyd edilmişdir. Məhkəmə iddialara qiymət verilməmişdən əvvəl “mülkiyyət”, “istifadə hüququ”, “mənzildən istifadə etmək” anlayışlarına müqayisəli izah verilməsini zəruri hesab edir. Belə ki, həmin ifadələr, terminlər müvafiq olaraq mülki və mənzil qanunvericiliyində təsbit olunmuş anlayışlardır. Mülki Məcəllənin 152.1-ci maddəsində qeyd edilmişdir ki, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur:1) Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.2) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.3) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan başqa Mülki Məcəllənin 228-ci maddəsinə əsasən 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Eyni zamanda 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan əlavə qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yuxarıda sadalanan normalardan göründüyü həmin hüquqların yaranma əsasları müxtəlif olduğu kimi yaratdığı hüquqi nəticələr də fərqlidir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında, o cümlədən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair”27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hər iki iddia üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyətdə deyildir. Hər iki iddia üzrə iddiaçılar və cavabdehlər, hətta müstəqil tələb irəli sürməyən üçüncü şəxslər həmin ünvanda qeydiyyatdadırlar. Tələblərdə qeyd edilmiş ünvanda iki mərtəbəli yaşayış binası, binanın həyətində birmərtəbəli yaşayış binası və habelə qeyri-yaşayış sahəsi olan tikililər vardır. Bu fakt 15 mart 2021-ci il tarixli yerində müayinə protokolu ilə də təsdiq olunmuş, tərəflər bu halı mübahisələndirməmişlər. Belə ki, birinci iddia üzrə İddiaçı iki mərtəbəli yaşayış binasının digər qonşudan təcrid edilmiş ikinci mərtəbəsində yaşaması, ikinci iddia üzrə iddiaçıların isə həmin binanın həyətində yerləşən və yaşayış evi kimi istifadə olunan tikilələrdə yaşaması mübahisənin faktiki vəziyyətidir. İkinci iddia üzrə iddiaçı olmayan, birinci iddia üzrə cavabdeh olan şəxslərin isə, yəni Cavabdeh3, Cavabdeh4 həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, orada yaşamaması da işin mübahisələndirilməyən halıdır. Birinci iddia üzrə İddiaçı 1980-ci ildən gəlin gələrək həmin ünvanda yaşaması da işin mübahisələndirilməyən halıdır. Eyni zamanda birinci iddia üzrə Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərkən İddiaçı istifadə hüququnun mövcud olmasını təsdiq etmiş, lakin həmin hüququnun məhkəmə qaydasında təsdiq olunmasına etiraz etmişdir. İşin mübahisələndirilən halı isə ikinci iddia üzrə iddiaçıların köçürülməsini istədikləri evdə yaşayıb-yaşamaması və eyni zamanda bir müddət yaşadıqdan sonra yaşayış sahəsindən məhrum edilib-edilməmələri olmuşdur. Bu məsələ ilə bağlı şahidlər dindirilmişdir. Məhkəmə şahid ifadələrinə onların tərəflərlə olan qohumluq münasibətlərinə və onlar arasında olan gərgin münasibətlərə görə tənqidi yanaşsa da, hadisələrin xronoloji ardıcıllıqla izah edilməsi və ifadələrin bir-birini tamamlaması məhkəmədə hadisənin faktiki vəziyyəti barədə fikir formalaşdırmışdır. Eyni zamanda ikinci iddia üzrə iddiaçıların məhkəmə iclasında şəxsən iştirak etməmələri, iddia etdiyi hala dair hər-hansı sübut(şahid ifadələri, yazılı sənəd, və.s) təqdim etməmələri onların uzun müddətdir yaşadıqları yaşayış sahəsindən məhrum edilməsi ilə bağlı dəlillərinin həqiqiliyini şübhə altına almışdır. Yuxarıda sadalanan Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi hüquqi mövqedən yanaşaraq məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə ilə bağlı münasibətlər 2000-ci ilədək yarandığından, mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Eyni zamanda məhkəmə mübahisə predmeti olan mənzilin hüquqi statusunun müəyyənləşdirilməsinin zəruriliyini də vurğulayır. Yuxarıda qeyd edildiyi kimi mübahisə predmeti olan yaşayış evi və faktiki tikililər, o cümlədən mübahisə ilə aidiyyəti olmayan qonşunun mənzili də eyni ünvan altındadır. Belə ki, ünvan 6 evin bir hissəsi X4 adına qeydiyyatdan keçməklə xüsusi mülkiyyətindədir. Həmin subyektin adına olan, lakin bütün binanın cizgisi təsvir olunan texniki pasport mövcuddur. Həmin texniki sənəddən müəyyən edilir ki, bina 1900-cü ildə tikilmişdir. Binanın hal-hazırda kimin balansında olması müəyyən edilmir. Bu səbəbdən mübahisə predmeti olan yaşayış sahəsi tərəflərin xüsusi mülkiyyətində olmasa belə, məhkəmənin müvafiq binaya özbaşına və ya qanunsuz tikili kimi yanaşması istisna edilir. Lakin məhkəmə birinci iddia üzrə irəli sürülən “istifadə hüququnun tanınması” tələbini əsaslı hesab etmir. Belə ki, İddiaçı yaşayış sahəsinə faktiki sahiblik etməsi və ondan istifadə etməsi işin mübahisəsiz halıdır. Lakin “istifadə hüququ” anlayışının hüquqi nəticəsi fərqlidir. Çünki hazırki halda irəli sürülən tələb məhdud əşya hüququ kimi “istifadə hüququ”-nun deyil, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ”-nun təsbit edilməsi mahiyyəti daşıyır. Bu isə İddiaçı da iddia ərizəsində qeyd etdiyi kimi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53,123 maddələrinin tələbləri baxımından mümkündür. Lakin müəyyən edildiyi kimi həmin ünvan xüsusi mülkiyyətdə deyildir və həmin mənzilə dair fiziki şəxslə bağlanmış icarə müqaviləsinin mövcudluğu təsdiq olunmamışdır. Eyni zamanda İddiaçı tələbinin hansı səbəbə görə hazırki cavabdehlərə yönəlməsi müəyyən edilmir. Belə ki, həmin şəxslər mübahisəli əmlakın mülkiyyətçisi və ya icarədarı deyildir. Bundan başqa “yaşayış sahəsindən istifadə etmək hüququnun tanınması” məzmunlu iddia ərizəsinin kimə münasibətdə hüquqi nəticə doğuracağı da aydın deyildir. Belə ki, bu hüquq daşınmaz əmlakın reyestrində qeydə alınmalı hüquq olmamaqla, şəxsin həmin mənzilə köçürülməsi və ya qeydiyyata alınması üçün əsas yarada bilər. Halbuki, iddiaçı həmin mənzildə qeydiyyatda olmaqla, faktiki olaraq yaşayır və həmin mənzilə sahiblik edir. Əgər tərəflər arasında istifadəyə yaradılan mane ilə bağlı məsələ varsa, bu hal başqa mübahisənin predmetidir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən cəlb edilmiş üçüncü şəxslər X27, X5, X22, X28) “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə iddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbini də əsassız hesab edir. Belə ki, iddiaçıların köçmələrini və istifadə qaydasının müəyyən edilməsini xahiş etdiyi mənzildə uzun müddətdir ki cavabdeh İddiaçı yaşayır. İddiaçıların həmin mənzilə köçürülmələri üçün hər hansı hüquqi əsas müəyyən edilmir. Eyni zamanda iddiaçıların yaşayış sahəsinə ehtiyacları olmamaqla, yuxarıda qeyd edilən birmərtəbəli tikilidə yaşayırlar. Bundan başqa məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi vəsiyyətnamə və ya vərəsəliklə bağlı dəlilinə əsasən qeyd edir ki, həmin məsələ qanunvericilikdə nəzərdə tutulmuş şəkildə qeydiyyata alındıqdan sonra hüquqi nəticə doğura bilər. Yəni iddiaçıların həmin mənzildə paylarının olması müəyyən edildikdən sonra köçürülmə tələbi təmin oluna bilər. Məhkəmə eyni zamanda bildirməyi zəruri hesab edir ki, istifadə hüququ ilə bağlı yuxarıda qeyd etdiyi mövqe hazırki tələbə də aiddir. Belə ki, həmin ünvan xüsusi mülkiyyətdə deyildir və həmin mənzilə dair fiziki şəxslə bağlanmış icarə müqaviləsinin mövcudluğu təsdiq olunmamışdır. Odur ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələblərinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən cəlb edilmiş üçüncü şəxslər X27, X5, X22, X28) “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələblərinə dair iddiaları rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən cəlb edilmiş üçüncü şəxslər X27, X5, X22, X28) “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələblərinə dair iddiaları rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar