Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4891/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 165 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləgində bank xidməti haqqının, ümumilikdə 335 manat 40 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması bərədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, xx xxxxxx 2005-ci il tarixdə və xx xxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 və TR 066 saylı teleradio yayımı üçün lisenziya alınmışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxxxxxx” hüquq firması ilə xx xxx 2008-ci il, xx xxxx 2011 -ci il, xx xxxxx 2014-cü il, xx xxxx 2015 -ci il və xx xxxxxx 2018-ci il tarixdə hüquqi xidmətlərin göstorilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsəsan cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 106 saylı MKİS tərəfindən verilən arayışına əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2008-ci il tarixdə həmin ünvanda yerləşən cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış ‘K@TV 1” xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2011-ci il tarixinədək etmiş və xx.xx.2011-ci il tarixdə 26 manat 10 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tərixdə “xxxxxxxx” şirkətinin və “K@TV1” kəbel televiziyasının əməkdaşlarının Rəbitə və İnformasiya Texnologiyaları Nazirliyinin nnümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxiş keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu bərədə 2717 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən əyırılmışdır. 2717 K saylı akt tətib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə məddi ziyan vurulmuşdur. Belə ki, kəbel televiziyəsının xidmətlərindən istifədə üçün aylig abunə haqqı xx xxxxxx 2015-ci il tərixədək 9 (doqquz) manat, xx xxxxxxxx 2015-ci il tərixinədək isə 10 (on) manat təşkil edir. Sözügedən ünvana son baxışın keçirildiyi xx xxxxx 2012-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx xxxxxxx 2013-cü il tarixə qədər olan müddət 550 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 165 manat təşkil edir. Həmçinin, iddiaçı “xxxxxxxx” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi v əqrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yekunda iddiaçının nümayəndəsi qeyd olunanlara əsaslanaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, 2008-ci il tarixdə “K@TV1” kabel televiziyasına qoşulmuş, 2011-ci ilə kimi hər ay 9 manat ödəniş etməklə xidmətlərdən yararlanmışdır. Sonradan mənzilinə peyk antenası qoşdurmuş, buna dair iddiaçının səlahiyyətli nümayəndəsinə də məlumat vermiş, kabelin ləğv edilməsini tələb etmişdir. Sonradan şirkətin işçiləri güyə xidmətlərindən qeyri-qanuni istifadə etməsinə görə akt tərtib edib mənzilin qapısına qoyub getmişlər. O, həmin aktla iddiaçının ofisinə yaxınlaşdıqda oradan ona borcun ödənməli olduğu bildirilmiş, o, şirkətin nümayəndələrini mənzilinə apararaq xətdən istifadə etmədiyini əyani olaraq da göstərmişdir. Üzərindən təxminən 7 il keçəndən sonra iddiaçı eyni məzmunli iddia ilə məhkəməyə müraciət etmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulub, xx.xx.2011-ci il tarixinədək isə son ödəməsini edib, xx.xx.2011-ci il tarixdə 26,1 manat borc ilə şəbəkədən ayrılıb. - xx xxxxxx 2019-cu il tarixli digər arayışdan görünür ki, ünvan 2 2717K saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2012-ci il tarixində həmin binaya baxış keçirilmişdir. - “xxxxxxxx” hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, 2717 N saylı aktdan görünür ki, ünvan 2 ünvanında “KATV1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulma müəyyən olunmuşdur. - Bakı şəhəri Binəqədi rayon İH MKTB-nin 106 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, ünvan 2 Cavabdeh məxsusdur. - “xxxxxxxx” MMC-nin 006İNT********** №-li, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hazırkı iddiası ilə bağlı “xxxxxxxx” MMC-yə 150 manat məbləğində pul ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edibsübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ünvan 1 ünvanında kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edildiyinə, xx.xx.2012-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2013-cü il tarixinə qədər olan müddət 550 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik hesablanmaqla ümumi dəymiş zərərin məbləğinin165 manat təşkil etdiyini göstərir. Qeyd olunan məbləğ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından zərər anlayışı ilə əhatə olunur. “Telekommunkiasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində görə telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Odur ki, zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 165 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlə hüquqi xidmətin göstərilməsi və texniki işlərin aparılmasına görə “xxxxxxxx” MMC-yə ödənilmiş üçün 150 manat məbləğində pul vəsaitinin ödənildiyi öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, 165 manat məbləğində pul vəsaitinin tələb edilməsi ilə bağlı hüquqi xidmətin göstərilməsi üçün 150 manat ağlabatan məbləğ hesab oluna bilməz və bu məbləğin yuxarı həddi zərərin həcminin üçdə biri miqdarında, yəni, 55 manat müəyyən oluna bilər. Texniki işlərin aparılmasına görə “xxxxxxxx” MMC-yə ödənilmiş pulun tutulmasını da məhkəmə əsassız hesab edir. Belə ki, “xxxxxxxx” MMC-nin hansı texniki xidmətlər göstərməsi, həmin məbləğin hansı xidmətlərin göstərilməsinə sərf olunması əsaslandırılmamış və bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. İddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat və xidmət haqqı kimi ödənilmiş 0,4 manat məbləğində pul vəsaitinin 13 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiası qismən təmin edilsin. İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 165 manat, nümayəndənin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 55 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 13 manat və 0,4 manat məbləğində bank xidmət haqqı, ümumilikdə 233,4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4891/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4891/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver