Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4905/2020 04.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh iddiaçının işçisi olmuş, əmək müqaviləsi xx.xx.2014-cü il tarixli xxxxxxx000100 nömrəli elektron bildiriş ilə təsdiqlənmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır.Daha sonra cavabdehin öz ərizəsi əsasında həmin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilmiş və bu fakt xx.xx.2020-ci il tarixli xxxxxxx0001X0 nömrəli elektron bildirişlə təsdiqlənmişdir. xx.xx.2015-ci il tarixdə iddiaçının mülkiyyətində olan və qanuni sənəd əsasında cavabdehə təhkim edilən və cavabdehin idarə etdiyi H021156 dövlət qeydiyyat nişanlı Hyundai HD65 markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən cavabdeh idarə etməni itirmiş və vətəndaş X2 məxsus Lexus GX460 markalı **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq cavabdeh təqsirli bilinmiş və dövlət yol polisi orqanının xx.xx.2015-ci il tarixli İV1YP643614 nömrəli inzibati xəta haqqında protokolu ilə cavabdeh barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati cərimə cavabdeh tərəfindən ödənilmişdir.Bundan sonra hadisə zamanı ziyan dəymiş vətəndaş X2 məxsus Lexus GX460 markalı **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 15.1.2014-cü il tarixli MV-B 14289 nömrəli sığorta şəhadətnaməsinə əsasən könüllü sığortası üzrə sığortaçısı olmuş QarantsığortaASC tərəfindən vətəndaşa 28000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Ödəniş edildikdən sonra QarantsığortaASC tərəfindən cavadehin işəgötürəni olaraq İddiaçı məhkəməyə verilmişdir. İş üzrə hazırki cavabdeh həmin iddia üzrə 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Sığortaçı işəgötürən olaraq İddiaçıMMC barəsində məhkəməyə müraciət edən zaman Azərbaycan Respublikası MM-nin 21-ci, 936-cı, 1097-ci, 1099-cu və 1108-ci maddələrinə istinad etmişdir. Lakin İddiaçıMMC bu iddia tələbini qəbul etməmiş və borcun müstəqil şəkildə işçiyə yönəldilməli olduğunu rəhbər tutaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Lakin məhkəməyə müraciət hüququndan tam tükənənədək istifadə edilməsinə baxmayaraq uzun sürən məhkəmə çəkişmələrinin nəticəsi olaraq vurulmuş zərərin əvəzi kimi 7450 manat məbləğin İddiaçıMMC-dən tutulması qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(81)-52/2018 saylı qətnaməsi ilə iddiaçı Qarant Sığorta ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi qismən təmin edilmiş və cavabdehdən 12450 manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırki məhkəmə prosesi zaman nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin süni şəkildə şişirdildiyi və bazar qiymətinə uyğun olmadığı aşkar edildiyinə görə iş üzrə iki dəfə məhkəmə ekspertizası təyin edilmiş və nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 13559 nömrəli və xx.xx.2018-ci il tarixli 29196 nömrəli ekspert rəylərinə əsasən nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 12450 manat məbləğində olduğu müəyyən edilmişdir.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)- 52/2018 saylı qətnaməsindən cavabdeh İddiaçıMMC tərəfindən xx.xx.2018-ci il tarixli apellyasiya şikayəti verilərək iddianın rədd edilməsi xahiş edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-436/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-436/2018 saylıqətnaməsindən cavabdeh İddiaçıMMC tərəfindən kassasiya şikayəti verilərək iddianın rədd edilməsi xahiş edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)-25/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və apellyasiya instansiyasının qərarı ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərilmişdir.Təkrar apellyasiya instansiyası məhkəməsinin baxışından sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-290/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş və cavabdehdən 7450 manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-290/2019saylı qətnaməsindən cavabdeh İddiaçıMMC tərəfindən verilmiş kassasiya şikayəti verilərək iddianın rədd edilməsi xahiş edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(102)- 431/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək bəhs edilən qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(102)-431/2019 saylı qərarından cavabdeh İddiaçıMMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli konstitusiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 17/11-A-70 nömrəli qərardadı ilə təmin edilməmişdir.Nəticədə Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarına və borcun ödənilməsi barədə bildirişinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-290/19 nömrəli icra sənədi üzrə 7450 manat borc məbləği 2020-ci ilin yanvar ayında tələbkar Qarant SığortaASC-nin bank hesabına ödənilmişdir.Bu səbəbdən Cavabdeh iddaçı tərəfindən xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1108-ci və 1114-cü maddələrini rəhbər tutaraq iddiaçı tərəfindən ödənilmiş 7450 manat məbləğin kompensasiya edilərək 3 gün ərzində şirkətin bank hesabına ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər bu günədək ödənilməmişdir. Ona görə də iddiaçının sığorta ödənişi olaraq ödədiyi 7450 manatın və dövlət rüsumuna görə ödədiyi 30 manatın Cavabdeh iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, işçi xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək 12 ay müddətinə İddiaçı MMC-yə ekspeditorun assistenti vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavənin surətindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək işçi Cavabdeh İddiaçı MMC-də ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən müəyyən olunur ki, işçi ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə işəgötürənin KÇ-92 saylı xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Daxili İşlər Nazirliyi DYPİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi Hyundai HD65 markalı HO 21156 qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi Lexus GX460 markalı avtomobil xx.xx.2015-ci il tarixdə saat 17:20-də Z.Bünyadov prospektində toqquşmuş, yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh təqsirli bilinmiş, zərərçəkən X1 idarə etdiyi Lexus GX460 markalı avtomobilin arxa və sol yan hissəsi əzilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 xx.xx.2015-ci il tarixli MYP 643614 saylı inzibati xəta haqqında protokolun surətindan müəyyən olunur ki, Cavabdeh Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ bəndinin tələbini pozaraq idarə etdiyi Hyundai markalı H021156 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2015-ci il tarixdə saat 17:20 radələrində Z.Bünyadov prospektində yolun sağ kənarında dayanan Lexus markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat cərimə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-52/2018 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh İddiaçı MMC-dən 12450 manat sığorta ödənişi və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Qarant Sığorta ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-436/2018 saylı qətnaməsindən müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-52/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-52/2018 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)-25/2019 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)- 436/2018 saylıqətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kassasiya şikayətinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(103)-436/2018 saylıqətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-290/2019 saylı qətnaməsindən müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-52/2018 saylı qətnaməsi qismən iddianın təmin edildiyi hissədə dəyişdirilməsi, Lexus markalı 90RA700 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 7450 manat məbləğində vəsaitin cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Qarant Sığorta ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(102)-431/2019 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-290/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılaraq kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-290/2019 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-290/19 nömrəli icra vərəqəsi əsasında İddiaçı MMC Qarant Sığorta ASC-nin bank hesabına 7450 manat ödəniş etmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə vurduğu 7450 manat zərəri 3 gün ərzində şirkətin bank hesabına ödəməsi, maddi ziyan ödənilmədiyi təqdirdə aidiyyəti orqanlara müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, əmək vəzifələrinin icrası zamanı cavabdehin işəgötürənə 7450 manat ziyan vurması qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən müəyyən olunduqdan sonra iddiaçı həmin məbləği ödəməklə cavabdehə qarşı həmin məbləğdə geriyə tələb, yəni reqres hüququnu əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1114.1.-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əməkvəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 7450 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 7480 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4905/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4905/2020
04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver