Məhkəmə qərarları › İş №2(001)-4931/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4931/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4931/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 31 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli (birinci) müqaviləyə əsasən, Cavabdeh dəyəri 639 manat olan X6 üçün ilkin ödəniş etmədən, məbləği 28 ay ərzində aylıq 35,5 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 16 aprel 2021-ci il tarixli (ikinci) müqaviləyə əsasən, Cavabdeh dəyəri 1535,4 manat olan X5 Nitron üçün ilkin ödəniş etmədən, məbləği 18 ay ərzində aylıq 85,3 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 26 aprel 2021-ci il tarixli (üçüncü) müqaviləyə əsasən, Cavabdeh dəyəri 858 manat olan qaz requlyator Texnogaz, seksiya üçün kran Hoffmann, seksiya Hoffmann, kombi stabilizator Nova üçün ilkin ödəniş etmədən, məbləği 12 ay ərzində aylıq 71,5 manat ödəmək şərti ilə kreditlər almışdır. Tərəflər arasında bağlanmış 09 iyun 2021-ci il tarixli (dördüncü) müqaviləyə əsasən, Cavabdeh dəyəri 780 manat olan Samsung Galaxy A51 markalı telefon üçün ilkin ödəniş etmədən, məbləği 12 ay ərzində aylıq 65 manat ödəmək şərti ilə kreditlər almışdır. Cavabdeh hər dörd müqavilə üzrə borc məbləğini müqavilədə və onlara əlavələrdə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddiaçı tərəfindən təqdim edilmiş 14 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə birinci müqavilə üzrə 165 manat əsas, 16 manat dəbbə, ikinci müqavilə üzrə 648,6 manat əsas, 64,4 manat dəbbə, üçüncü müqavilə üzrə 140,7 manat əsas, 14,3 manat dəbbə, dördüncü müqavilə üzrə isə 380 manat əsas, 38 manat dəbbə borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 34,67 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə, bu barədə məlumat onun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh müqavilələrə əsasən "xxxx" MMCdən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsində göstərilən məbləğlərə uyğun pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 34,67 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin iddiası təmin edilsin. Cavabdeh 28 dekabr 2020-ci il tarixli müqavilə üzrə 165 manat əsas borc, 16 manat dəbbə pulu olmaqla, ümumilikdə 181 manat, 16 aprel 2021-ci il tarixli müqavilə üzrə 648,6 manat əsas borc, 64,4 manat dəbbə pulu olmaqla, ümumilikdə 713 manat, 26 aprel 2021-ci il tarixli müqavilə üzrə 140,7 manat əsas borc, 14,3 dəbbə pulu olmaqla, ümumilikdə 155 manat, 09 iyun 2021-ci il tarixli müqavilə üzrə 380 manat əsas borc, 38 manat dəbbə pulu olmaqla, ümumilikdə 418 manat, beləliklə cəmi 1467 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 34,67 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar