Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4943/2021 06.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu sdMpxm437jmvr olan iPad 6 üçün 676 manat ödənilməmiş hissə, 187 manat dəbbə, 11 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Nado – yumşaq mebel üçün 1.581 manat ödənilməmiş hissə, 334 manat dəbbə pulu, 25 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən SHOSMAN qazan dəsti üçün 175 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, 23 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən X4 üçün 80 manat ödənilməmiş hissə, 24 manat dəbbə pulu, 08 mart 2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN Blendr üçün 84 manat ödənilməmiş hissə, 24 manat dəbbə pulu, 13 mart 2020-ci il tarixli müqaviləyə əsasən Canalı soba üçün mini tava üçün 38 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu, 01 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Sony Playstation 4, Sony Playstation 4 diski üçün 1.202,4 manat ödənilməmiş hissə, 217,6 manat dəbbə pulu, 02 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Playstation 4 diski üçün 68,4 manat ödənilməmiş hissə, 19,6 manat dəbbə pulu olmaqla ümumilikdə 4.772 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağladığı 10 dekabr 2019-cu il, 11 dekabr 2019-cu il, 25 dekabr 2019-cu il, 23 yanvar 2020-ci il, 08 mart 2020-ci il, 13 mart 2020-ci il, 01 iyun 2020-ci il, 02 iyun 2020-ci il tarixlərindəki müqavilələrə əsasən, İMEİ Kodu sdMpxm437jmvr olan iPad 6, Nado - Yumsaq mebel, SHOSMAN Qazan dəsti, X4, HOFFMANN Blender, CANALİ Soba üçün mini Tava, Sony PlayStation4, 2 ədəd Playstation 4 diski almış və nəticədə 4.772 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 10 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 988 manat (18 ay x 52 manat + 52 manat ilkin ödəniş) olan İMEİ Kodu sdMpxm437jmvr olan iPad 6 üçün ümumilikdə, 863 manat olmaqla ondan 676 manat ödənilməmiş hissə, 187 manat dəbbə pulu, 11 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.860 manat (20 ay x 93 manat + 0 manat ilkin ödəniş) olan Nado - Yumsaq mebel üçün ümumilikdə, 1.915 manat olmaqla ondan 1.581 manat öənilməmiş hissə, 334 manat dəbbə pulu, 25 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 300 manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan SHOSMAN Qazan dəsti üçün ümumilikdə 227 manat olmaqla ondan 175 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, 23 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 120 manat (12 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan X4 üçün ümumilikdə, 104 manat olmaqla ondan 80 manat ödənilməmiş hissə, 24 manat dəbbə pulu, 08 mart 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 100,8 manat (12 ay x 8,4 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN Blender üçün ümumilikdə, 108 manat olmaqla ondan 84 manat ödənilməmiş hissə, 24 manat dəbbə pulu, 13 mart 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 45,6 manat (12 ay x 3,8 manat + 0 manat ilkin ödəniş) olan CANALİ Soba üçün mini Tava üçün ümumilikdə, 47 manat olmaqla ondan 38 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu, 01 iyun 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.291,4 manat (18 ay x 66,8 manat + 89 manat ilkin ödəniş) olan Sony PlayStation4, Playstation 4 diski üçün ümumilikdə, 1.420 manat olmaqla ondan 1.202,4 manat ödənilməmiş hissə, 217,6 manat dəbbə pulu, 02 iyun 2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 68,4 manat (6 ay x 11,4 manat + 0 manat ilkin ödəniş) olan Playstation 4 diski üçün ümumilikdə, 88 manat olmaqla ondan 68,4 manat ödənilməmiş hissə, 19,6 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 869,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 01115313 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 988 manat (ilkin ödəniş 52 manat ödənilməklə) iPad 6 adlı məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 10 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01115313 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, 01116607 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.860 manat olan Nado – yumşaq mebel sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 20 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 11 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01116607 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, 01156402 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 300 manat olan SHOSMAN qazan dəsti sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 25 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01156402 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli, 20054527 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 120 manat olan Remington ütü feni sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 23 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20054527 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 mart 2020-ci il tarixli, 20159845 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 100,8 manat olan HOFMANN markalı blender sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 08 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20159845 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 20172035 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 45,6 manat olan Canalı soba üçün mini tava sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 13 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20172035 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci il tarixli, 20324005 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.291,4 manat (89 manat ilkin ödənişlə) olan Sony Playstation 4, Disk Playstation 4 sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 01 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20324005 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, 20326338 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 68,4 manat olan Disk Playstation 4 sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 02 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20326338 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; 04 dekabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir; 19 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 676 manat, dəbbə pulu 187 manat olmaqla, cəmi 863 manat, 11 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc 1.581 manat, dəbbə pulu 334 manat olmaqla, cəmi 1.915 manat, 25 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc 175 manat, dəbbə pulu 52 manat olmaqla, cəmi 227 manat, 23 yanvar 2020-ci il tarixli müqavilə üzrə əsas borc 80 manat, dəbbə pulu 24 manat olmaqla, cəmi 104 manat, 08 mart 2020-ci il tarixli müqavilə üzrə əsas borc 84 manat, dəbbə pulu 24 manat olmaqla, cəmi 108 manat, 13 mart 2020-ci il tarixli müqavilə üzrə əsas borc 38 manat, dəbbə pulu 9 manat olmaqla, cəmi 47 manat, 01 iyun 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1.202,4 manat, dəbbə pulu 217,6 manat olmaqla, cəmi 1.420 manat, 02 iyun 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 68,4 manat, dəbbə pulu 19,6 manat olmaqla, cəmi 88 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh İddiaçınə 4.772 manat məbləğində borcu vardır; 20 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış 10 dekabr 2019-cu il, 11 dekabr 2019-cu il, 25 dekabr 2019-cu il, 23 yanvar 2020-ci il, 08 mart 2020-ci il, 13 mart 2020-ci il, 01 iyun 2020-ci il, 02 iyun 2020-ci il tarixli müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə 19 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə cavabdehə 4.772 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 10 dekabr 2019-cu il, 11 dekabr 2019-cu il, 25 dekabr 2019-cu il, 23 yanvar 2020-ci il, 08 mart 2020-ci il, 13 mart 2020-ci il, 01 iyun 2020-ci il, 02 iyun 2020-ci il tarixli müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, qeyd olunan müqavilələr üzrə dəbbə pulu azaldılaraq 10 dekabr 2019-cu il tarixli müqavilə üzrə 30 manat, 11 dekabr 2019-cu il tarixli müqavilə üzrə 50 manat, 25 dekabr 2019-cu il tarixli müqavilə üzrə 20 manat, 23 yanvar 2020-ci il tarixli müqavilə üzrə 10 manat, 08 mart 2020-ci il tarixli müqavilə üzrə 10 manat, 13 mart 2020-ci il tarixli müqavilə üzrə 5 manat, 01 iyun 2020-ci il tarixli müqavilə üzrə 40 manat, 02 iyun 2020-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10 dekabr 2019-cu il tarixli, 01115313 saylı müqavilə üzrə əsas borc 676 manat, dəbbə pulu 30 manat olmaqla, cəmi 706 manat, 11 dekabr 2019-cu il tarixli, 01116607 saylı müqavilə üzrə əsas borc 1.581 manat, dəbbə pulu 50 manat olmaqla, cəmi 1.631 manat, 25 dekabr 2019-cu il tarixli, 01156402 saylı müqavilə üzrə əsas borc 175 manat, dəbbə pulu 20 manat olmaqla, cəmi 195 manat, 23 yanvar 2020-ci il tarixli, 20054527 saylı müqavilə üzrə əsas borc 80 manat, dəbbə pulu 10 manat olmaqla, cəmi 90 manat, 08 mart 2020-ci il tarixli, 20159845 saylı müqavilə üzrə əsas borc 84 manat, dəbbə pulu 10 manat olmaqla cəmi 94 manat, 13 mart 2020-ci il tarixli, 20172035 saylı müqavilə üzrə əsas borc 38 manat, dəbbə pulu 5 manat olmaqla, cəmi 43 manat, 01 iyun 2020-ci il tarixli, 20324005 saylı müqavilə üzrə əsas borc 1.202,4 manat, dəbbə pulu 40 manat olmaqla cəmi 1.242,4 manat, 02 iyun 2020-ci il tarixli, 20326338 saylı müqavilə üzrə əsas borc 68,4 manat, dəbbə pulu 5 manat olmaqla cəmi 73,4 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 10 dekabr 2019-cu il tarixli, 01115313 saylı müqavilə üzrə Cavabdeh əsas borc 676 (altı yüz yetmiş altı) manat, dəbbə pulu 30 (otuz) manat olmaqla, cəmi 706 (yeddi yüz altı) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. 11 dekabr 2019-cu il tarixli, 01116607 saylı müqavilə üzrə Cavabdeh əsas borc 1.581 (bir min beş yüz səksən bir) manat, dəbbə pulu 50 (əlli) manat olmaqla, cəmi 1.631 (bir min altı yüz otuz bir) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. 25 dekabr 2019-cu il tarixli, 01156402 saylı müqavilə üzrə Cavabdeh əsas borc 175 (bir yüz yetmiş beş) manat, dəbbə pulu 20 (iyirmi) manat olmaqla, cəmi 195 (bir yüz doxsan beş) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. 23 yanvar 2020-ci il tarixli, 20054527 saylı müqavilə üzrə Cavabdeh əsas borc 80 (səksən) manat, dəbbə pulu 10 (on) manat olmaqla, cəmi 90 (doxsan) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. 08 mart 2020-ci il tarixli, 20159845 saylı müqavilə üzrə Cavabdeh əsas borc 84 (səksən dörd) manat, dəbbə pulu 10 (on) manat olmaqla, cəmi 94 (doxsan dörd) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. 13 mart 2020-ci il tarixli, 20172035 saylı müqavilə üzrə Cavabdeh əsas borc 38 (otuz səkkiz) manat, dəbbə pulu 5 (beş) manat olmaqla, cəmi 43 (qırx üç) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. 01 iyun 2020-ci il tarixli, 20324005 saylı müqavilə üzrə Cavabdeh əsas borc 1.202,4 (bir min iki yüz iki manat, qırx qəpik) manat, dəbbə pulu 40 (qırx) manat olmaqla, cəmi 1.242,4 (bir min iki yüz qırx iki manat, qırx qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. 02 iyun 2020-ci il tarixli, 20326338 saylı müqavilə üzrə Cavabdeh əsas borc 68,4 (altmış səkkiz manat, qırx qəpik) manat, dəbbə pulu 5 (beş) manat olmaqla, cəmi 73,4 (yetmiş üç manat, qırx qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4943/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4943/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver