Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4958/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və iddiaçının nümayəndəsi hazırlıq iclasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. İş üzrə ilk məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh isə məhkəmə baxışı iclasına gəlməmişdir, eyni zamanda maliyyə arayışının məhkəməyə təqdim edilməsi zərurəti yaranmış, bu səbəbdən ikinci məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və bu barədə qərardad qəbul edilmişdir. Həmin tarixdə tərəflər gəlmədiyindən üçüncü dəfə məhkəmə iclası 31 oktyabr 2023-cü il tarixə təxirə salınmış, həmin tarixdə də tərəflər yenə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə hazırkı iş üzrə təyin edilmiş iki məhkəmə baxışında iştirak etməyən iddiaçı tərəfin və heç bir məhkəmə iclasında iştirak etməyən cavabdehin məhkəmə baxış iclasına gəlməməsinin səbəbini üzrlü hesab etmir, eyni zamanda qanunvericilik işə baxılmasının təxir imkanlarını üç dəfə ilə məhdudlaşdırır. Belə ki, Mülki Prosessual Məcəllənin 188.3-cü maddəsinə əsasən, işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə mülki işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4958/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4958/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver