Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4974/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh “xxxx” MTK-nın (“xxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi) etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı “xxxx” ASC-nin xeyrinə əsas borc üzrə 48.176,89 manat, faiz borcu üzrə 10.518,62 manat olmaqla, cəmi 58.695,51 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MTK-nın (“xxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi) etibarnamə əsasında nümayəndəsi X2 məhkəməyə vəsatət təqdim edərək, hazırki işin Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5123/2019 saylı mülki işə birləşdirilməsini məhkəmədən xahiş etdi və vəsatətini onunla əsaslandırdı ki, hər iki iş üzrə mübahisə eyni kredit müqaviləsindən irəli gələn mübahisədir, belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehlərdən 24 fevral 2015-ci il tarixli 17-24-02-2015-ST MTK CA nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu tələb edilir, digər iş üzrə isə qeyd olunan müqavilə üzrə artıq ödənilmiş faiz borcunun əsas borcdan silinməsi barədə öhdəliyin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələb edilir. Göründüyü kimi, mübahisələr bir birilə ilə bağlıdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, hazırda onda digər işin 2019-cu il nömrəsi barədə məlumat mövcuddur, 2021-ci ilə aid olan nömrəsi ilə bağlı məlumat isə hazırda onda olan sənədlərdə mövcud deyil. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının fikrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsinin vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan və Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-80/2021 saylı qərardadından görünür ki, iddiaçılar “xxxx” MTK-nın və digərlərinin cavabdeh “xxxx” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və digərləri cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair iddia ərizəsi 27 may 2019-cu il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və hal-hazırda icraatdadır. Qeyd olunan qərardaddan müəyyən olunur ki, iddiaçı Cavabdeh3 Mənzil Tikinti Kooperativinin hüquqi varisi “xxxx” MTK və digərləri “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər tələblərlə yanaşı 24 fevral 2015-ci il tarixli 17-24-02- 2015-ST MTK CA nömrəli kredit və zaminlik müqavilələri ilə mənzil almış Cavabdeh1 əvəzinə zamin tərəfindən ödənilmiş pul vəsaitindən 34.715,50 manat artıq faiz borcunun əsas borcdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü, yəni kredit müqavilələri üzrə mübahisələrinə dair iki mülki iş vardır. Başqa sözlə, eyni məhkəmənin icraatında eyni tərəflər arasında eyni kredit müqaviləsindən irəli gələn mübahisə üzrə iki mülki iş mövcud olduğundan məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün və daha səmərəli həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh “xxxx” MTK-nın (“xxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi) nümayəndəsinin vəsatəti təmin edilməli, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(001)-4974/2021 nömrəli mülki iş iddiaçılar “xxxx” MTK-nın (“xxxx” Mənzil- Tikinti Kooperativinin hüquqi varisi) və digərlərinin cavabdeh “xxxx” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və digərləri cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və birləşdirilmiş mülki iş üzrə 2(001)-80/2021 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh “xxxx” MTK-nın (“xxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi) etibarnamə əsasında nümayəndəsi X1 “mülki işlər üzrə icraatın birləşdirilməsi” barədə vəsatəti təmin edilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(001)-4974/2021 nömrəli mülki iş iddiaçılar “xxxx” MTK-nın (“xxxx” Mənzil- Tikinti Kooperativinin hüquqi varisi) və digərlərinin cavabdeh “xxxx” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və digərləri cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki iş üzrə 2(001)-80/2021 qeydiyyat nömrəsi saxlanılsın. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4974/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4974/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver