Məhkəmə qərarları › İş №2(001)-4985/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4985/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4985/2020 13.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafaoğlunun sədrliyi, X7 katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdeh Məmməd-X2 iştirakı ilə İddiaçı (İB) cavabdeh X3 oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmməd-X1 İddiaçı İB-nə vurulmuş 2639 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2669 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Banki İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə abonent X3 oğlu arasında xx.xx.2020-ci il tarixində, 2020B95 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X3 oğluna məxsus fərdi yaşayış evini təbil qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verlinişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 3-a markali qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X8”nın tələblərinə əməl etmək) və “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmis qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla fəbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbili qaz xətli üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabden tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbil qazdan qanunsuz olaraq istiladə elməsi, yəni qaz xəttinə qoşulmaqla qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X8nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən İddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 2639 təşkil edir. Müqavilə üzrə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Z.R.Qurbanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 oğlu iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, qaz sayğacından kənar xəttə qoşulma etmişdir. Lakin, tərtib olunmuş aktlardan məlumatı yoxdur və iddiaçı tərəfindən itirilmiş qazın miqdarı kimi müəyyən edilmiş borc məbləği süni şişirdilmişdir. Mülki iş materiallarında olan: xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, M.Məmməd- Həsənovun evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, həmin tarixli komissiya rəyində itirilmiş qazın miqdarı 4266 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, M.Məmməd- Həsənovun evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, xx xxxxxx 2019-cu il tarixli komissiya rəyində itirilmiş qazın miqdarı 3960 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, M.Məmməd- Həsənovun evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, həmin tarixli komissiya rəyində itirilmiş qazın miqdarı 7272 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, M.Məmməd- Həsənovun evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, həmin tarixli komissiya rəyində itirilmiş qazın miqdarı 7272 kub metr müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, M.Məmməd-Həsənovun evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, həmin tarixli komissiya rəyində itirilmiş qazın miqdarı 1082 kub metr müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X8»nın 3.4 və 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. İşin müəyyən edilən hallarına görə cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacından əvvəl qanunsuz olaraq qaz xəttinə qoşulmaqla cavabdehə ziyan vurmuş, bu hal “Tabii qazdan istifada qaydalarının pozulması” haqqında” tərtib olunmuş xx.xx.2019-cu il tarixli akt üzra itirilmiş qazın miqdarı 4266 m3 , dəyəri 426,6 manat; xx.xx.2019-cu il tarixli akt üzra itirilmiş qazın miqdarı 3960 m3 , dəyəri 396 manat; xx.xx.2020-ci il tarixli akt üzra itirilmiş qazın miqdarı 7272 m3, dəyəri 727,2 manat; xx.xx.2020-ci il tarixli akt üzra itirilmiş qazın miqdarı 7272 m3, dəyəri 727,2 manat; xx.xx.2020-ci il tarixli akt üzra itirilmiş qazın miqdarı 1082 m3 , dəyəri 108,2 manat aktlarla öz təsdiqini tapmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasan cavabdeh təqsirli hərəkətləri (hərəkatsizliyi), habelə bu müqavilə üzrə müayyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvazini ödəməlidir. Göründüy kimi cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azarbaycan Respublikası Nazirlar Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qararı ila tasdiq edilmiş “Qazdan istifadə qaydaİarı”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xatti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan tarixlərdə tərtib olunmuş aktlarda göstərilənlər işin halları ilə öz təsdiqini tapdığından iddia həmin aktlara əsasən hesablanmış borc məbləğinə münasibətdə təmin edilməlidir. İddia təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Məmməd-X1 İddiaçı İB-nə vurulmuş 2639 manat məbləğində zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2669 manat məbləğində pul məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Banki İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar