Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4993/2021 13.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirov Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 475 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi, o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh 30.01.2018-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 06.08.2018-ci il tarixli 095-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 30.07.2018-ci il tarixində öz ərizəsi əsasında 318-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 09.01.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-yə 475 manat borcunun etiraf etmiş və həmin məbləği 09.02.2019-cu il tarixdən hər ay 117,75 manat olmaqla tam olaraq ödəməyi öhdəsinə götürmüş, lakin hazıradək həmin borc ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Zahirli iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -əmək müqaviləsindən görünür ki, Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz işə götürülmüşdür. -30.01.2018-ci il tarixli 042-K saylı əmrdən görünür ki, Cavabdeh 30.01.2018-ci il tarixindən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 06.08.2018-ci il tarixli 095-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. -30.07.2018-ci il tarixində öz ərizəsi əsasında 318-K əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə 30.07.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. -09.01.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə əsasən Cavabdeh İddiaçı MMC-yə 475 manat borcunun etiraf etmiş və həmin məbləği 09.02.2019-cu il tarixdən hər ay 117,75 manat olmaqla tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. -17.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh maddi ziyan məbləği 475 manat təşkil edir. -iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. -194-cü maddənin 1 -ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. -194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. -202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, qeyd edilən məbləğin ödənilməsi üçün cavabdehə kifayət qədər vaxtın verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh işə götürən İddiaçı MMC qarşısında maddi məsuliyyət daşıması müvafiq sənədlərində əks olunmuşdur. Belə ki, Cavabdeh ilə imzalanmış 30.01.2018-cı il tarixli Əmək müqaviləsinə əlavə olan “Tam maddi məsuliyyət haqqında müqavilə”nin 4-cü bəndinə əsasən Maddi məsul şəxsin təqsiri(qəsd və ya ehtiyyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən İşçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 475 (dörd yüz yetmiş beş) manat və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4993/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4993/2021
13.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver