Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-50/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı1 ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, İlk iddia üzrə Cavabdeh1 iştirakları ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” və İddiaçı2 cavabdeh İddiaçı1 ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı1 ASC Cavabdeh1 və İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.03.2015-ci il tarixli 143559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 239.931,89 manat məbləğində əsas borc, 21.454,35 manat məbləğində faiz borcu, 348.352 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 609.738,24 manat məbləğində, 22.04.2015-ci il tarixli, 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 476.823,59 manat məbləğində əsas borc, 39.529,94 manat məbləğində faiz borcu, 19.298 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 535.651 manat məbləğində 30.11.2015-ci il tarixli, 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 667.553,05 manat məbləğində əsas borc, 68.425 manat məbləğində faiz borcu, 34.416 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 770.394,05 manat məbləğində pulun 30 manat məhkəmə üçün 150 manat ipotekanın qeydə alınmasına görə ödənilmiş cəmi 90 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Bankın xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətini müstəqil ekspertiza rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 17, 18 ünvanda 332.9 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 9 ünvanda 37.0 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 3 ünvanda 59,3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 4, 5 ünvanda 45.8 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 49, 50 ünvanda 61.5 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 13, 16 ünvanda 49.3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin İddiaçı1 ASC-yə ödənilməsi və əmlakların boşaldılması, tutmanın Bank qarşısında girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92 ünvanında yerləşən anbarda girov qoyan Cavabdeh1 birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bankın iddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2015-ci il tarixli 143559-1-14169 saylı “kredit razılaşması” əsasında “Bank” “Kredit alan”a 120 (yüz iyirmi) ay müddətinə 5.000.000 (beş milyon) manat və ya USD/EUR/RUB ekvivalenti məbləğində kredit xətti açılmışdır. 17.03.2015-ci il tarixli 143559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 13 (on üç) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 300.000 (üç yüz min) manat məbləğində, Bank ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 13 (on üç) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 500.000 (beş yüz min) manat manat məbləğində və bank ilə Cavabdeh1 arasında bağlanmış 30.11.2015-ci il tarixli 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 17 (on yeddi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 700.000 (yeddi yüz min) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən “kredit razılaşması”ndan və onun tərkib hissəsi olan müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 17,18 ünvanda 332.9 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308052 saylı “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi” əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 9 ünvanda 37.0 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308114 saylı "Daşınmaz Əmlakın İpoteka Müqaviləsi” əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 3 ünvanda 59.3 kv.m olan ümumi sahəsindən ibarət mərtəbədə yerləşən qeyriyaşayış sahəsi 11.06.2015-ci il tarixli 308103 saylı “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi" əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 4,5 ünvanda 45.8 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308105 saylı “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi" əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 49,50 ünvanda 61.5 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308127 saylı Daşınmaz Əmlakın İpoteka Müqaviləsi" əsasında, İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 13,16 ünvanda 49.3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi 11.06.2015-ci il tarixli 308121 saylı Daşınmaz Əmlakın İpoteka Müqaviləsi" əsasında Bank qarşısında yüklü edilmişdir. Eyni zamanda Bank qarşısında götürülən öhdəliyin təminatı üsulu kimi, Cavabdeh1 ilə Bank arasında bağlanmış 17.03.2015-ci il tarixli 143559-3-196 saylı “Dövriyyədəki malların girov müqaviləsi’nə əsasən, habelə Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi, prospekti 92 ünvanında yerləşən anbarda girov qoyanın birbaşa vasitəsiz sahibliyində saxlanılan, müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallar Bankın xeyrinə girov qoyulmuşdur. Cavabdeh1 müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə 17.03.2015-ci il tarixli 143559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 239.931,89 (iki yüz otuz doqquz min doqquz yüz otuz bir, 89) manat məbləğində əsas borc, 21.454,35 (iyirmi bir min dörd yüz əlli dörd, 35) manat məbləğində faiz borcu, 348.352 (üç yüz qırx səkkiz min üç yüz əlli iki) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 609.738,24 (altı yüz doqquz min yeddi yüz otuz səkkiz, 24) manat məbləğində borcu; 22.04.2015-ci il tarixli 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 476.823,59 (dörd yüz yetmiş altı min səkkiz yüz iyirmi üç, 59) manat məbləğində əsas borc, 39.529,94 (otuz doqquz min beş yüz iyirmi doqquz, 94) manat məbləğində faiz borcu, 19.298 (on doqquz min iki yüz doxsan səkkiz) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 535.651 (beş yüz otuz beş min altı yüz əlli bir) manat məbləğində borcu; 30.11.2015-ci il tarixli 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi’nə əsasən Banka 667.553,05 (altı yüz altmış yeddi min beş yüz əlli üç, 05) manat məbləğində əsas borc, 68.425 (altmış səkkiz min dörd yüz iyirmi beş) manat məbləğində faiz borcu, 34.416 (otuz dörd min dörd yüz on altı) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 770.394,05 (yeddi yüz yetmiş min üç yüz doxsan dörd, 05) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabehlərə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda Bank ilə ipoteka qoyanlar arasında bağlanmış ipoteka müqavilərinin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Göründüyü kimi, iddiaçı Bank tələbin ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsini və yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməsini tələb etməkdə haqlıdır. İddiaçı2 isə İddiaçı1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2015- ci il tarixli, 143559-1- 14169 saylı “Baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə iddiaçı ilə cavabdeh arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308052 saylı, 308114 saylı, 308103 saylı, 308105 saylı, 308127 saylı və 308121 saylı ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi, ipoteka ilə yüklü edilmiş iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 332.9 kv.m ümumi sahədən ibarət, qapı 17, 18 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 37.0 kv.m ümumi sahədən ibarət, qapı 9 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 59.3 kv.m ümumi sahədən ibarət, qapı 3 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 45.8 kv.m ümumi sahədən ibarət, qapı 4, 5 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 61.5 kv.m ümumi sahədən ibarət, qapı 49, 50 nömrəli qeyri yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 49.3 kv.m ümumi sahədən ibarət, qapı 13, 16 nömrəli qeyri yaşayış sahəsinin ipoteka yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 ASC ilə Cavabdeh1 arasında 17.03.2015-ci il tarixdə 143559-1-14169 saylı “Baş kredit razılaşması” bağlanmış, həmin razılaşmaya əsasən, Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 5 000 000 (beş milyon) manat və ya USD/EUR/RUB ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. Cavabdeh Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308052 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 332.9 kv.m ümumi sahədən ibarət, qapı 17, 18 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308114 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 37.0 kv.m ümumi sahədən ibarət, qapı 9 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308103 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 59.3 kv.m ümumi sahədən ibarət, qapı 3 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308105 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 45.8 kv.m ümumi sahədən ibarət, qapı 4, 5 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308127 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 61.5 kv.m ümumi sahədən ibarət, qapı 49, 50 nömrəli qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin Bank ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixli, 308121 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 49.3 kv.m ümumi sahədən ibarət, qapı 13, 16 nömrəli qeyri yaşayış sahəsi bank qarşısmda ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyana heç bir məlumat verilmədən və onunla razılaşdırılmadan, habelə ipoteka zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında Bank ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2015-ci il tarixli, 143559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən, Cavabdeh1 illik 13 faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində, Bank ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli, 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən, Cavabdeh1 illik 13 faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 500 000 (beş yüz min) manat məbləğində və Bank ilə Cavabdeh1 arasında bağlanmış 30.11.2015-ci il tarixli, 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən, Cavabdeh1 illik 17 faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 700 000 (yeddi yüz min) manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, Baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri ipoteka qoyanın - iddiaçının hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Belə ki, İddiaçı1 ASC Cavabdeh1 arasında 17.03.2015-ci il tarixdə 143559-1-14169 saylı “Baş kredit razılaşması” bağlanmışdır.Tərəflər arasında bağlanmış həmin razılaşmanın 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi, və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqavilələri ilə müəyyən edilir. Kreditlər “Borcalana” bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Bu Müqavilə “Borcverənin” kredit vermək vədini ifadə etmir. Eyni zamanda cavabdehlə iddaçı arasında bağlanmış ipoteka müqavilələrinin müddəalarına əsasən, müqavilə ilə ipotekaya qoyulmuş əmlak cavabdeh İddiaçı1 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı1 ASC-nin etibarnamə əsasında nümayəndəsi bankın iddia tələblərini müdafiə edərək, onun təmin olunmasını, İddiaçı2 iddiasının isə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 bankın iddiasını qəbul etmədiyini bildirməklə həmin iddia tələblərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (iddiaçı) İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin (nümayəndənin) izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı2 iddia tələbləri isə tam təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasına əsasən Cavabdeh1 həmin tarixdən 17 mart 2025-ci il tarixədək (120 ay müddətinə) ******* (beş yüz milyon) manat və ya USD/RUB/EUR ekvivalenti məbləğində kredit xətti açılmış, müqavilənin 2.1-ci bəndində həmin razılaşmanın bankın kredit vermək öhdəliyini ifadə etmədiyi və kreditin tərəflər arasında müxtəlif formada bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcəyi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında eyni tarixdə 143559-3-196 saylı “dövriyyədəki malların girov müqaviləsi” bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə müqavilənin 1 saylı Əlavəsində göstərilməklə onun mülkiyyətində olan və ******* (üç milyon yeddi yüz altmış beş min iki yüz on bir) manat məbləğində qiymətləndirilən dövriyyədəki mallar Bank qarşısında girov qoyulmuşdur. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 143559-1-14169/1 saylı, 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən borcalana illik 13% olmaqla, 36 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində, 143559-1-14169/2 saylı, 22 aprel 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən illik 13% olmaqla, 36 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində və 143559-1-14169/5 saylı, 30 noyabr 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən isə illik 17% olmaqla, 36 ay müddətinə 700000 (yeddi yüz min) manat məbləğində kreditin verilmiş, hər üç müqavilə üzrə hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 17.03.2015-ci il tarixli çekdən görünür ki, 298500 manat məbləğində pul Cavabdeh1 tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş 22.04.2015-ci il tarixli çekdən görünür ki, 497500 manat məbləğində pul Cavabdeh1 tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş 15.05.2015-ci il tarixli çekdən görünür ki, 497500 manat məbləğində pul Cavabdeh1 tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş 29.05.2015-ci il tarixli çekdən görünür ki, 199000 manat məbləğində pul Cavabdeh1 tərəfindən alınmışdır. İşin mübahisəsiz digər halına əsasən, İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308052 saylı ipoteka müqaviləsinə əsasən, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 17, 18 ünvanda 332.9 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308127 saylı ipoteka müqaviləsinə əsasən, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 49, 50 ünvanda 61.5 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308121 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 13, 16 ünvanda 49.3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308114 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə görə, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 9 ünvanda 37.0 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İşin mübahisəsiz halı həm də ondan ibarətdir ki, İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308105 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 4, 5 ünvanda 45.8 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı1 ASC ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308103 saylı ipoteka müqaviləsinə görə, 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92a qapı 3 ünvanda 59,3 kv.m olan ümumi sahəsindən ibarət 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti, müddəti isə 120 ay kimi göstərilmişdir. İş materiallarından həmçinin aydın olur ki, iddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İşin digər halına görə, yuxarıda qeyd edilən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin 11.02.2019-cu il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 143559-1-14169/1 saylı, 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 239931,89 manat, faiz borcu 21454,35 manat və cərimə borcu 348352 manat olmaqla cəmi borcu 609738,24 manat; 143559-1-14169/2 saylı, 22 aprel 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 476823,59 manat, faiz borcu 39529,41 manatı və cərimə borcu 19298 manat olmaqla cəmi borcu 535651 manat; 143559-1-14169/5 saylı, 30 noyabr 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 667553,05 manat, faiz borcu 68425 manat və cərimə borcu 34416 manat olmaqla cəmi borcu 770394,05 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2021-ci il tarixli 9/4228 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 17.03.2015-ci tarixli 143559-1-14169/1 saylı kredit müqaviləsi üzrə 17.03.2018-ci il tarixə əsas borc üzrə 239.783,08 manat, faiz borcu üzrə 77.088,92 manat, 11.02.2019-cu il tarixə əsas borc üzrə 239.783,08 manat, faiz borcu üzrə 105.143,54 manat; 22.04.2015-ci il tarixli 143559-1-14169/2 saylı kredit müqaviləsi üzrə 22.04.2018-ci il tarixə əsas borc üzrə 476.180,46 manat, faiz borcu üzrə 149.435,68 manat, 11.02.2019cu il tarixə əsas borc üzrə 476.180,46 manat, faiz borcu üzrə 199.130,40 manat; 30.11.2015-ci il tarixli 143559-1-14169/5 saylı kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixə əsas borc üzrə 667.553,05 manat, faiz borcu üzrə 338.425,36 manat, 11.02.2019-cu il tarixə əsas borc üzrə 667.553,05 manat, faiz borcu üzrə 360.806,83 manat. Rəydə həmçinin qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 tərəfindən 11.02.2019-cu il tarixdən sonrakı dövrdə kredit müqavilələri üzrə ödəniş aparılmamışdır. İş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2021-ci il tarixli 9/1805 saylı rəyinə görə isə, 17.03.2015-ci tarixli 143559-1-14169/1 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 17 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 76989,21 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 239931,89 manat kimi; 22 aprel 2015-ci il tarixli 143559- 1-14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 22 aprel 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 149026,04 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 476823,59 manat kimi; 30 noyabr 2015-ci il tarixli 143559-1-14169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 30 noyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 336586,81 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 667553,05 manat kimi müəyyən edilmişdir. İlk növbədə ilk iddia tələbinə qiymət verməyi məqsədəmüvafiq hesab edən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı bankın təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə 239931,89 manat əsas borcu, 21454,35 manat faiz borcu və 348352 manat cərimə borcu olmaqla cəmi 609738,24 manat; 143559- 1-14169/2 saylı, 22 aprel 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə 476823,59 manat əsas borcu, 39529,41 manat faiz borcu və 19298 manat cərimə borcu olmaqla cəmi 535651 manat; 143559-1-14169/5 saylı, 30 noyabr 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə 667553,05 manat əsas borcu, 68425 manat faiz borcu və 34416 manat cərimə borcu olmaqla cəmi 770394,05 manat məbləğində borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş və tamamlayıcı xüsusiyyətə malik sonuncu – 03 may 2021-ci il tarixli ekspertizanın rəyi ilə isə (əvvəlki ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar natamam cavablandırıldığından mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və məhkəmənin qənaətinə görə, bu səbəbdən məhz sonuncu rəy əsas götürülməlidir) 17.03.2015-ci tarixli 143559-1-14169/1 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 17 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 76989,21 manat faiz borcunun, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) 239931,89 manat əsas borcunun, 22 aprel 2015-ci il tarixli 143559-1- 14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 22 aprel 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 149026,04 manat faiz borcunun, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) 476823,59 manat əsas borcunun, 30 noyabr 2015-ci il tarixli 143559-1-14169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 30 noyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 336586,81 manat faiz borcunun, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) 667553,05 manat əsas borcunun olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 239931,89 manat, faiz borcuna görə isə 21454,35 manat; 22 aprel 2015-ci il tarixli 143559-1-14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 476823,59 manat, faiz borcuna görə isə 39529,41 manat və nəhayət 30 noyabr 2015-ci il tarixli 143559-1-14169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 667553,05 manat, faiz borcuna görə isə 68425 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə “cərimə borcunun tutulması” hissəsində iddia tələbini qismən əsaslı hesab edir; belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə 5000 manat, 22 aprel 2015-ci il tarixli 143559-1-14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 1000 manat və nəhayət 30 noyabr 2015-ci il tarixli 143559-1-14169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 2000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın, “pulun tutulması tələbinin Bank qarşısında girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92 ünvanında yerləşən anbarda girov qoyan Cavabdeh1 birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Banka ödənilməsi” hissəsini də əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin əşyalar Cavabdeh1 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Bank qarşısında girov qoyulmuşdur. Məhkəmənin qənaətinə görə, kreditlərin 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşmasının əsasında bağlanmış kredit müqavilələrinə əsasən verilmiş olması da fərqli qənaətə gəlmək üçün əsas deyildir; belə ki, həmin kredit müqavilələri Cavabdeh1 tərəfindən bağlanmış, o, kredit müqavilələrinin şərtlərindən məlumatlı olmuşdur. Bu o deməkdir ki, o, girov qoyan qismində də bankla aparılan bütün əməliyyatların şərtlərindən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (maddə 269.1). Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (maddə 269.2). Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır (maddə 269.3). Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsində deyilir ki, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məcəllənin 297-ci maddəsinə əsasən isə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər Məhkəmə ilk iddianın, “pulun tutulması tələbinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin Banka ödənilməsi və əmlakların boşaldılması” hissəsi, habelə İddiaçı2 iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz hallarına görə, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşması bağlanaraq ona 120 ay müddətinə ******* (beş yüz milyon) manat və ya USD/RUB/EUR ekvivalenti məbləğində kredit xətti açılmış, müqavilənin 2.1-ci bəndində həmin razılaşmanın bankın kredit vermək öhdəliyini ifadə etmədiyi və kreditin tərəflər arasında müxtəlif formada bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcəyi nəzərdə tutulmuşdur. Qeyd olunan Baş Kredit razılaşmasının və borcalanın həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn öhdəliklərin təminatı kimi Bankla ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308052, 308103, 308105, 308114, 308121 və 308127 saylı ipoteka müqavilələri bağlanmışdır. Lakin kredit vəsaitinin verilməsi ilə bağlı müqavilələr bağlanarkən ipoteka qoyanın (İddiaçı2) razılığı alınmamışdır. Beləki, Bank ilə Cavabdeh1 arasında üç ayrı kredit müqaviləsi bağlanmış və ona illik 13% olmaqla, 36 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində, yenə illik 13% olmaqla, 36 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində və illik 17% olmaqla, 36 ay müddətinə 700000 (yeddi yüz min) manat məbləğində kreditlər verilmiş, hər üç müqavilə üzrə hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. Göründüyü kimi, kreditin verilməsinə dair müqavilələrdə borc verilən vəsaitin konkret məbləği, valyutası, müddəti və faiz dərəcəsi qeyd edilsə də, ipoteka qoyan İddiaçı2 ilə bağlanmış müqavilələrdə müqavilənin həmin mühüm şərtləri razılaşdırılmamış və ya sonradan buna dair onun razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019cu il tarixli Qərarının nəticə hissəsində deyilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən hissədə ilk iddia əsaslı deyildir, İddiaçı2 iddia tələbi isə təmin olunmalıdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ilk iddia qismən, birləşdirilmiş iddia isə tam təmin olunduğundan iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, habelə bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş rüsum və xidmət haqqı tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1dan 17.03.2015-ci il tarixli 143559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 239.931,89 manat məbləğində əsas borc, 21.454,35 manat məbləğində faiz borcu, 5000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 266386,24 manat məbləğində, 22.04.2015-ci il tarixli, 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 476.823,59 manat məbləğində əsas borc, 39.529,94 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 517353,53 manat məbləğində 30.11.2015-ci il tarixli, 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 667.553,05 manat məbləğində əsas borc, 68.425 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 737978,05 manat məbləğində pul alınaraq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutulacaq məbləğ Bank qarşısında girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92 ünvanında yerləşən anbarda girov qoyan Cavabdeh1 birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, 17.03.2015-ci il tarixli, 143559-3-196 saylı “dövriyyədəki malların girov müqaviləsi”nin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsınlar və onların satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddia tələbinin qalan hissəsi təmin edilməsin. Birləşdirilən iddia tələbi təmin olunsun. İddiaçı2 ilə İddiaçı1 ASC arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308052 saylı, 308103 saylı, 308105 saylı, 308114 saylı, 308121 saylı və 308127 saylı ipoteka müqavilələri bağlanmamış hesab edilsinlər. İpoteka ilə yüklü edilmiş və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 332.9 kv.m ümumi sahədən ibarət, qapı 17, 18 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 37.0 kv.m ümumi sahədən ibarət, qapı 9 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 59.3 kv.m ümumi sahədən ibarət, qapı 3 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 45.8 kv.m ümumi sahədən ibarət, qapı 4, 5 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 61.5 kv.m ümumi sahədən ibarət, qapı 49, 50 nömrəli qeyri yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 49.3 kv.m ümumi sahədən ibarət, qapı 13, 16 nömrəli qeyri yaşayış sahəsinin ipoteka yüklülüyü ləğv edilsin. İddialar üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-50/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-50/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver