Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5003/2022 10.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 10 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2020-ci il tarixli, 20338627 saylı (birinci) müqaviləyə əsasən, cavabdeh dəyəri 385,2 manat olan “Samsung Galaxy A10” markalı mobil telefonu 18 ay ərzində aylıq 19,9 manat ödəmək şərti ilə, 17 iyul 2020ci il tarixli, 21027112 saylı (ikinci) müqaviləyə əsasən dəyəri 1351,8 manat olan “Apple” markalı saatı 18 ay ərzində aylıq 75,1 manat ödəmək şərti ilə, 26 sentyabr 2020-ci il tarixli, 21207867 saylı (üçüncü) müqaviləyə əsasən, ümumi dəyəri 726 manat olan «Bosch» markalı çaydan, ətçəkən, qəhvəüyüdən maşını və «Xiaomi Mi» markalı kameranı məbləği 12 ay ərzində aylıq 60,5 manat ödəmək şərti ilə, 18 oktyabr 2020-ci il tarixli, 21258332 saylı (dördüncü) müqaviləyə əsasən, dəyəri 945,6 manat olan “Samsung Galaxy A71” markalı mobil telefonu 12 ay ərzində aylıq 78,8 manat ödəmək şərti ilə, 04 noyabr 2020-ci il tarixli, 22017200 saylı (beşinci) müqaviləyə əsasən, dəyəri 900 manat olan “Canon” markalı printeri məbləği 12 ay ərzində aylıq 75 manat ödəmək şərti ilə, 17 fevral 2021-ci il tarixli, 22299427 saylı (altıncı) müqaviləyə əsasən, dəyəri 247,2 manat olan “Philips” markalı trimmeri məbləği 12 ay ərzində aylıq 20,6 manat ödəmək şərti ilə, 17 fevral 2021ci il tarixli, 22299461 saylı (yeddinci) müqaviləyə əsasən, dəyəri 541,8 manat olan “Delongi” markalı ızqaranı məbləği 18 ay ərzində aylıq 30,1 manat ödəmək şərti ilə, 09 mart 2021-ci il tarixli, 22363487 saylı (səkkizinci) müqaviləyə əsasən, ümumi dəyəri 1512 manat olan 3 ədəd «Epson» markalı printeri məbləği 12 ay ərzində aylıq 126 manat ödəmək şərti ilə, 11 mart 2021-ci il tarixli, 22371353 saylı (doqquzuncu) müqaviləyə əsasən, ümumi dəyəri 1147,2 manat olan 2 ədəd «Epson» markalı printeri məbləği 12 ay ərzində aylıq 95,6 manat ödəmək şərti ilə, 12 mart 2021-ci il tarixli, 22373744 saylı (onuncu) müqaviləyə əsasən, ümumi dəyəri 1830,6 manat olan 3 ədəd «Epson» markalı printeri məbləği 18 ay ərzində aylıq 101,7 manat ödəmək şərti ilə, 01 iyun 2021-ci il tarixli, 23112179 saylı (on birinci) müqaviləyə əsasən, dəyəri 1277,2 manat olan «Samsung LED» markalı televizoru 50,2 manat ilkin ödəniş etməklə, qalan məbləği 3 ay ərzində aylıq 409 manat ödəmək şərti ilə, 02 iyun 2021-ci il tarixli, 23114236 saylı (on ikinci) müqaviləyə əsasən, dəyəri 1102,1 manat olan «Samsung LED» markalı televizoru 37,1 manat ilkin ödəniş etməklə qalan məbləği 3 ay ərzində aylıq 355 manat ödəmək şərti ilə kreditlə əldə etmiş, lakin kreditor qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra etmədiyindən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən 1-ci müqavilə üzrə 139,3 manat əsas, 39,9 manat dəbbə; 2-ci müqavilə üzrə 600,8 manat əsas, 180 manat dəbbə; 3-cü müqavilə üzrə 237,9 manat əsas, 72 manat dəbbə; 4-cü müqavilə üzrə 394 manat əsas, 117 manat dəbbə; 5-ci müqavilə üzrə 450 manat əsas, 135 manat dəbbə; 6-cı müqavilə üzrə 185,4 manat əsas, 54 manat dəbbə; 7-ci müqavilə üzrə 451,5 manat əsas, 117 manat dəbbə; 8-ci müqavilə üzrə 1131 manat əsas, 340,2 manat dəbbə; 9-cu müqavilə üzrə 956 manat əsas, 285 manat dəbbə; 10-cu müqavilə üzrə 1627,2 manat əsas, 393,9 manat dəbbə; 11-ci müqavilə üzrə 1227 manat əsas, 368,3 manat dəbbə; 12-ci müqavilə üzrə 1064,1 manat əsas, 319,5 manat dəbbə borcu olmaqla, ümumilikdə 10886 manat borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,66 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış hər müqavilədə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh hər bir müqaviləyə əsasən "xxxx" MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hər müqavilə üzrə yaranmış əsas borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 1-ci müqavilə üzrə 139,3 manat əsas borca tənasübsüz olaraq 39,9 manat; 2-ci müqavilə üzrə 600,8 manat əsas borca 180 manat; 3-cü müqavilə üzrə 237,9 manat əsas borca 72 manat; 4-cü müqavilə üzrə 394 manat əsas borca 117 manat; 5-ci müqavilə üzrə 450 manat əsas borca 135 manat; 6-cı müqavilə üzrə 185,4 manat əsas borca 54 manat; 7-ci müqavilə üzrə 451,5 manat əsas borca 117 manat; 8-ci müqavilə üzrə 1131 manat əsas borca 340,2 manat; 9-cu müqavilə üzrə 956 manat əsas borca 285 manat; 10-cu müqavilə üzrə 1627,2 manat əsas borca 393,9 manat; 11-ci müqavilə üzrə 1227 manat əsas borca 368,3 manat; 12-ci müqavilə üzrə 1064,1 manat əsas borca 319,5 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, birinci müqavilə üzrə hesbalanmış 39,9 manat dəbbə pulunun məbləği azaldılaraq 10 manat, ikinci müqavilə üzrə 180 manat dəbbə pulu azaldılaraq 42 manat, üçüncü müqavilə üzrə 72 manat dəbbə pulu azaldılaraq 17 manat, dördüncü müqavilə üzrə 117 manat dəbbə pulu azaldılaraq 28 manat, beçinci müqavilə üzrə 135 manat dəbbə pulu azaldılaraq 31 manat, altıncı müqavilə üzrə 54 manat dəbbə pulu azaldılaraq 13 manat, yeddinci müqavilə üzrə 117 manat dəbbə pulu azaldılaraq 32 manat, səkkizinci müqavilə üzrə 340,2 manat dəbbə pulu azaldılaraq 79 manat, doqquzuncu müqavilə üzrə 285 manat dəbbə pulu azaldılaraq 67 manat, onuncu müqavilə üzrə 393,9 manat dəbbə pulu azaldılaraq 113 manat, on birinci müqavilə üzrə 368,3 manat dəbbə pulu azaldılaraq 86 manat, on ikinci müqavilə üzrə 319,5 manat dəbbə pulu azaldılaraq 74 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 122,66 manat məbləğində pul vəsaitinin 100 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 09 iyun 2020-ci il tarixli, 20338627 saylı müqavilə üzrə 139,3 manat əsas, 10 manat dəbbə, 17 iyul 2020-ci il tarixli, 21027112 saylı müqavilə üzrə 600,8 manat əsas, 42 manat dəbbə, 26 sentyabr 2020-ci il tarixli, 21207867 saylı müqavilə üzrə 237,9 manat əsas, 17 manat dəbbə, 18 oktyabr 2020-ci il tarixli, 21258332 saylı müqavilə üzrə 394 manat əsas, 28 manat dəbbə, 04 noyabr 2020-ci il tarixli, 22017200 saylı müqavilə üzrə 450 manat əsas, 31 manat dəbbə, 17 fevral 2021-ci il tarixli, 22299427 saylı müqavilə üzrə 185,4 manat əsas, 13 manat dəbbə, 17 fevral 2021-ci il tarixli, 22299461 saylı müqavilə üzrə 451,5 manat əsas, 32 manat dəbbə, 09 mart 2021-ci il tarixli, 22363487 saylı müqavilə üzrə isə 1131 manat əsas, 79 manat dəbbə, 11 mart 2021-ci il tarixli müqavilə üzrə 956 manat əsas, 67 manat dəbbə, 12 mart 2021-ci il tarixli, 22373744 saylı müqavilə üzrə 1627,2 manat əsas, 113 manat dəbbə, 01 iyun 2021-ci il tarixli, 23112179 saylı müqavilə üzrə 1227 manat əsas, 86 manat dəbbə, 02 iyun 2021-ci il tarixli müqavilə üzrə 1064,1 manat əsas, 74 manat dəbbə borcu olmaqla, ümumilikdə 9056,2 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5003/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5003/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver