Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5015/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1452 (min dörd yüz əlli iki) manat əsas borc, 333 (üç yüz otuz üç) manat faiz borcunun və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx xxx 2019-cu il tarixli alğısatqı muqaviləsi bağlamış, müqavilənin şərtinə görə iddiaçı dəyəri 1699 manat olan “Puricom” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlarını cavabdehə vermişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya ilkin ödəniş etməmiş, 1699 manatı hər ay 71 manat olmaqla 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, öhdəliklərinin icra edilməməsi nəticəsində 1452 manat əsas, 333 manat faiz borcu yaranmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazır ki,mülki işə cavabdehin iştrakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxx 2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, “Sintra” markalı su filterlərinin satışı ilə məşğul olan fiziki şəxs İddiaçı ümumi dəyəri 1699 manat olan “Senna” modelli, “Puricom” su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları 24 ay ərzində aylıq 71 manat ödəmək şərti ilə Cavabdeh satmışdır. xx xxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, həmin tarixə Cavabdeh 1452 manat əsas, 333 manat cərimə borcu olmaqla ümumilikdə 1786 manat borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, tərəflərin arasında bağlanmış xx xxx 2019-cu il tarixli alğı-satqı muqaviləsi bağlamış, müqavilənin şərtinə görə cavabdeh dəyəri 1699 manat olan “Puricom” modelli su təmizləmə sistemini 24 ay ərzində hər ay 71 manat ödəməklə 1699 manat pul məbləğinin iddiaçıya ödəməsinə dair öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Buna görə də kreditorun borcun ödənilməmiş hissəsini tələb edilməsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinəverməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutla bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutlmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin, iddia faiz borcunun ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. İddia tələbində cavabdehdən 333 manat faiz borcunun tutulması göstərilsə də, çıxarış məlumatlarında 333 manat cərimə borcu kimi göstərilmiş, beləliklə, faiz borcuna dair sübut əlavə edilməmişdir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən tələbi təmin olunmalı 1452 (min dörd yüz əlli iki) manat əsas borc və dövlət büdcəsinə ödənilmiş vəsaitin əvəzi kimi 24 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 1452 (min dörd yüz əlli iki) manat əsas borc və dövlət rüsumunun əvəzi kimi 24 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi andan 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5015/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5015/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver