Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5042/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(001)- 9597/2017 saylı məhkəmə əmri ilə xx xxx 1983-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 və xx xxx 1979-cu ildə Salyan şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 müştərək qaydada 199 manat əsas, 154 manat komisyon haqqının, 37,93 manat cərimə borcu olmaqla, cəmi 390,93 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. 13 iyul 2022-ci il tarixində borclu məhkəməyə əmrə etiraz vermiş, məhkəmənin 26 iyul 2022-ci il tarixli, 2(0010-9597/2017 saylı qərardadı ilə etiraz təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(001)-9597/2017 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 10 avqust 2022-ci il tarixdə iddiaçı elekron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda borlcu Cavabdeh2 DK74791 saylı kredit müqaviləsi üzrə banka olan borcunu ödədiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh1 da məhkəməyə ərizə ünvanlayaraq, hazırki mübahisə ilə bağlı işə baxılmasına zərurətin aradan qalxdığını bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5042/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5042/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver