Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5101/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-2521/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, bir uşaq üçün 235 manat olmaqla 470 manat və uşaqların xəstəliyi ilə bağlı hər uşağa ayrı ayrılıqda 250 manat olmaqla 500 manat, ümumilikdə 970 manat miqdarında aliment məbləğinin uşaqlar yetkinlik yaşına çatanadək Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 6197/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün bir uşaq üçün 108 manat olmaqla ümumilikdə 216 manat aliment ödənilməsi qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-2403/2017 saylı olan qətnaməsi ilə həmin məbləğ hər ay sabit pul məbləğində bir uşaq üçün 136 manat olmaqla ümumilikdə 272 manat alimentin tutulması qət edilmişdir. Sonradan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2521/2018 saylı qətnaməsi ilə həmin məbləğ hər ay bir uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat təyin edilmişdir. Hal-hazırda sonuncu məhkəmə qətnaməsi ilə təyin olunmuş həmin aliment məbləği xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün kifayət etmədiyinə görə hesab edir ki, aliment məbləği artırılaraq, bir uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat olmalıdır. Bundan başqa, oğlu X9 daşıyıcısı, allergik rinit, allergik asma, astematik göz xəstəliyi, skalyoz, qızı Nərmin Abbaslı isə talessimiya xəstəsidir, qara ciyər böyüməsi və dalağ şişməsi, öd xəstəliklərindən əziyyət çəkirlər. Bu xəstəliklərdə uşaqlar üçün çəkilməli olan xərcləri xeyli məbləğdə artmasına səbəb olur. Hazırki vaxtda heç bir yaşayış yerləri olmadığından, o, iki xəstə uşaq ilə birlikdə kirayədə yaşamaq məcburiyyətindədir. Tək qadın olaraq həm uşaqların xərcləri, həm kirayə pulu, həm minimum yaşayış xərclərini ödəmək ona çətindir. Bütün bunlara baxmayaraq, cavabdeh nəinki bu xərclərin ödənilməsində, hətta uşaqlara çəkilən heç bir xərclərdə iştirak etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən gəbul edərək, bildirdi ki, hazırda o, mühafizəçi işləyir və aylıq əmək haqqısından 70 faiz aliment tutulur. Aliment məbləğinin dəyişdirilməsi ilə bağlı bildirdi ki, o, 20 manat məbləğində alimenti artıra bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı 839025 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV seriyalı 839024 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ seriyalı 351540 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 128 nömrə ilə qeyd edilməklə, sonuncuya “Əliyeva” soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatından görünür ki, X7 Beta-talessemiya diaqnozu qoyulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5602/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5602/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi PHŞ 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğullu” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İsmayıllı rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh icra sənədləri üzrə borcunu ödəmədiyindən dəfələrlə inzibati, həmçinin cinayət məsyliyyətinə cəlb edilmiş, icra sənədləri üzrə aliment borcu 39508 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2521/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulması qət edilmiş cəmi 272 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində müəyyən edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də ərazi gözətçisi vəzifəsində işləyir, aylı əmək haqqısı 350 manat təşkil edir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın xx.xx.2006-cı il təvəllüdlü X8 aid olan hissəsində hesab edir ki, iddia bu hissədə ümumiyyətlə təmin olunmamalıdır. Belə ki, X11 hazırda yetkinlik yaşına çatmışdır. Həmçinin, hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi hissəsində təmin edilməklə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2521/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi uşağın xəstəliyi ilə bağlı vəsaitin tutulması hissəsində qismən təmin olunmalı, xx.xx.2008-ci il təvəllüdlü X4 xəstəliyi ilə əlaqədar hər ay 150 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 2403/2017 saylı qətnaməsi ilə X3 müalicəsi ilə bağlı əlavə xərclərə görə Cavabdeh 100 manat müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixdən sonra iddiaçı 2018-ci il tarixdə alimentin və əlavə xərlərin artırılması ilə bağlı məhkəməyə müraciət etsə də, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2521/2018 saylı qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilərək, alimentin artırılması hissəsi təmin edilmişdir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, uşağın xroniki xəstəliyi, dərman vasitələrin qiymətlərin qalxması, həyat tərzini nəzərə alaraq X3 müalicəsi ilə bağlı əlavə xərclərə görə Cavabdeh 100 manat artırılaraq 150 manat müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin, iddia tələbinin alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən hesablanması hissəsində məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2521/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, xx.xx.2008-ci il təvəllüdlü X4 xəstəliyi ilə bağlı hər ay 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2521/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və xx.xx.2008-ci il təvəllüdlü X4 xəstəliyi ilə bağlı hər ay 150 (yüz əlli) manat məbləğində vəsait tutularaq İddiaçı verilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5101/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5101/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver