Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5104/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Bank BTB ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank BTB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank BTB ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Bank BTB ASC-nin Əcəmi filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank BTB ASC 2303,35 manat məbləğində krediti illik 1%-lə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-01561-16/14U saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2024-cü il tarixinədək faiz ilə birlikdə Bank BTB ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür.Bank BTB ASC-nin Əcəmi filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00045-14/19A saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır.Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçı ilə RPFZ-00045-14/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur.Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 2300,75 manat əsas borcu, 1,02 manat faiz borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2020-ci il tarixinə ümumi borcu 2301,77 manat təşkil edir. Ona görə də iddiaçı Bank BTB ASC-nin Əcəmi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsinin ləğv edilməsinə, həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş əsas borc üzrə 2300,75 manat, faiz borcuna görə 1,02 manat olmaqla cəmi 2301,77 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30,40 manatın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank BTB ASC-nin Əcəmi filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 2303,35 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsi 3 təqvim günündən çox gecikdirildikdə, 4-cü gündən etibarən, kredit gecikdirmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,02%-i məbləğində gündəlik cərimə hesablanır. Cərimə məbləğinin yuxarı həddi 5 il müddətinə 0,1 %-dən çox olmamalıdır. xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsinə 2 saylı əlavədən müəyyən olunur ki, tərəflər müştərinin restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 5 il (1 il güzəşt müddəti ilə) müddətinə illik 1% ödəmək şərti ilə müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə razılığa gəlmişlər. xx.xx.2019-cu il tarixli RPFZ-00045-14/19A saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bank BTB ASC-nin Əcəmi filialının xx.xx.2019-cu il tarixli xəzinə məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə Cavabdeh1 2303,35 manat vermişdir. Bank BTB ASC-nin Əcəmi filialının xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca görə 2303,35 manat, faiz borcuna görə 70,33 manat, cəmi 2374,01 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bank BTB ASC-nin xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 2300,75 manat, faiz borcuna görə 1,02 manat olmaqla cəmi 2301,77 manat borcu vardır, kredit müqaviləsi üzrə borcalan xx.xx.2020-ci il tarixdə 2 manat, xx.xx.2020-ci il tarixdə 3 manat, xx.xx.2020-ci il tarixdə 8 manat, xx.xx.2020-ci il tarixdə 4 manat ödəniş etmişdir. Bank BTB ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2020-ci il tarixli ƏCMF-20/187 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə müqavilənin ləğv edilməsinə, borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Bank BTB ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli ƏCMF-20/188 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə müqavilənin ləğv edilməsinə, borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlərin Bank BTB ASC ilə bağlanılmış xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlərdən müştərək qaydada əsas borca görə 2300,75 manat, faiz borcuna görə 1,02 manat tutulmasına dair tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Borcverən Bank BTB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli RPF-00045-14/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 2300,75 manat, faiz borcuna görə 1,02 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 2332,17 manat Bank BTB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5104/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5104/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver