Məhkəmə qərarları › İş №2(001)-511/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-511/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-511/2022 06.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 27 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 33.093,01 manat əsas borc və 7.235,92 manat faiz borcu olmaqla, cəmi 40.328,93 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək cavabdehlərlə aralarında razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək, həmin barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər barışıq sazişinin şərtləri ilə razı olduqlarını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Bu barədə məhkəməyə yazılı ərizə də təqdim etdilər. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtləri aşağıdakılardır:

1. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 22-BİZ-1-0-14-19 saylı, 28 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30 aprel 2022-ci il tarixinə olan 28.000 manat əsas borc və 6.300 manat faiz borcu olmaqla ümumilikdə cəmi 34.300 (otuz dörd min üç yüz manat) manat borcu qəbul edirlər.

2. İddia üzrə mövcud olan faiz borcunun 2.500 manat məbləğində olan hissəsi yeni veriləcək ödəniş cədvəli üzrə son ödəniş tarixinə keçirilir.

3. Göstərilən 28.000 manat əsas borc və 6.300 manat faiz borcu olmaqla ümumilikdə cəmi 34.300 (otuz dörd min üç yüz manat) manat məbləği 20 ay müddətinə bölünür. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə 34.300 (otuz dörd min üç yüz manat) manat məbləğinin İddiaçı ASC-nin hesabına ödəməyi öhdələrinə götürürlər. Ödəniş günləri hər ayın 28-dən gec olmayaraq təyin edilir.

4. Cavabdehlər tərəfindən ilk 4 ay ərzində hər ay 500 manat ödəniləcək cəmi 2.000 manat kreditin faiz borcuna silinir. 14 ay ərzində ödəniləcək 28.000 manat məbləğindən hər ay ödəniləcək cəmi 2.000 manatdan 1.900 manat əsas borca, 100 manat faiz borcuna və 28 noyabr 2023-cü il tarixinə olan sonuncu ödəniş 4.300 manatdan 1.400 mana əsas borca, 2.900 manat faiz borcuna silinsin.

Ödən Ödəniş günləri Əsas Faiz Gecikdirilm Cərimə Aylıq işin borcdan ödənişi iş sonuncu borcundan əcmi sayı ödəniş (AZN) ödəniş ödəniş ödəniş (AZN) tarixinə (AZN) (AZN) keçirilmiş faiz 1 27 may 2022 0 500 0 0 500 2 28 iyun 2022 0 500 0 0 500 3 28 iyul 2022 0 500 0 0 500 4 26 avqust 2022 0 500 0 0 500 5 28 sentyabr 2022 1900 100 0 0 2000 6 28 oktyabr 2022 1900 100 0 0 2000 7 28 noyabr 2022 1900 100 0 0 2000 8 28 dekabr 2022 1900 100 0 0 2000 9 27 yanvar 2023 1900 100 0 0 2000 10 28 fevral 2023 1900 100 0 0 2000 11 28 mart 2023 1900 100 0 0 2000 12 28 aprel 2023 1900 100 0 0 2000 13 26 may 2023 1900 100 0 0 2000 14 28 iyun 2023 1900 100 0 0 2000 15 28 iyul 2023 1900 100 0 0 2000 16 28 avqust 2023 1900 100 0 0 2000 17 28 sentyabr 2023 1900 100 0 0 2000 18 27 oktyabr 2023 1900 100 0 0 2000 19 28 noyabr 2023 1400 400 2500 0 4300 Cəmi: 28000 3800 2500 0 34300

5. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənişləri vaxtında və lazımi qaydada tam icra etdikdə sonuncu ödənişə əlavə edilmiş 2.500 manat məbləğində faiz borcunu güzəşt etməyi Bank öz üzərinə götürür.

6. Borclular sazişin 4-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımi qaydada tam icra etdiyi halda borcun olmamağı haqqında arayış və müvafiq icra orqanına xitam məktubunun təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür.

7. Ödənişlərin bu sazişin 4-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında və lazımi qaydada icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin.

8. Ödənişlərin vaxtında və lazımi qaydada icra edilməməsi halında bu sazişin 3-cü və 4-cü bəndinin tələbləri pozulmuş hesab edilsin və 34.300 (otuz dörd min üç yüz manat) manat borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

11. Məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ödəniləcəkdir.

12. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara a l d ı:

İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin:

1. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 22-BİZ-1-0-14-19 saylı, 28 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30 aprel 2022-ci il tarixinə olan 28.000 manat əsas borc və 6.300 manat faiz borcu olmaqla ümumilikdə cəmi 34.300 (otuz dörd min üç yüz manat) manat borcu qəbul edirlər.

2. İddia üzrə mövcud olan faiz borcunun 2.500 manat məbləğində olan hissəsi yeni veriləcək ödəniş cədvəli üzrə son ödəniş tarixinə keçirilir.

3. Göstərilən 28.000 manat əsas borc və 6.300 manat faiz borcu olmaqla ümumilikdə cəmi 34.300 (otuz dörd min üç yüz manat) manat məbləği 20 ay müddətinə bölünür. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə 34.300 (otuz dörd min üç yüz manat) manat məbləğinin İddiaçı ASC-nin hesabına ödəməyi öhdələrinə götürürlər. Ödəniş günləri hər ayın 28-dən gec olmayaraq təyin edilir.

4. Cavabdehlər tərəfindən ilk 4 ay ərzində hər ay 500 manat ödəniləcək cəmi 2.000 manat kreditin faiz borcuna silinir. 14 ay ərzində ödəniləcək 28.000 manat məbləğindən hər ay ödəniləcək cəmi 2.000 manatdan 1.900 manat əsas borca, 100 manat faiz borcuna və 28 noyabr 2023-cü il tarixinə olan sonuncu ödəniş 4.300 manatdan 1.400 mana əsas borca, 2.900 manat faiz borcuna silinsin.

Ödən Ödəniş günləri Əsas Faiz Gecikdirilm Cərimə Aylıq işin borcdan ödənişi iş sonuncu borcundan əcmi sayı ödəniş (AZN) ödəniş ödəniş ödəniş (AZN) tarixinə (AZN) (AZN) keçirilmiş faiz 1 27 may 2022 0 500 0 0 500 2 28 iyun 2022 0 500 0 0 500 3 28 iyul 2022 0 500 0 0 500 4 26 avqust 2022 0 500 0 0 500 5 28 sentyabr 2022 1900 100 0 0 2000 6 28 oktyabr 2022 1900 100 0 0 2000 7 28 noyabr 2022 1900 100 0 0 2000 8 28 dekabr 2022 1900 100 0 0 2000 9 27 yanvar 2023 1900 100 0 0 2000 10 28 fevral 2023 1900 100 0 0 2000 11 28 mart 2023 1900 100 0 0 2000 12 28 aprel 2023 1900 100 0 0 2000 13 26 may 2023 1900 100 0 0 2000 14 28 iyun 2023 1900 100 0 0 2000 15 28 iyul 2023 1900 100 0 0 2000 16 28 avqust 2023 1900 100 0 0 2000 17 28 sentyabr 2023 1900 100 0 0 2000 18 27 oktyabr 2023 1900 100 0 0 2000 19 28 noyabr 2023 1400 400 2500 0 4300 Cəmi: 28000 3800 2500 0 34300

5. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənişləri vaxtında və lazımi qaydada tam icra etdikdə sonuncu ödənişə əlavə edilmiş 2.500 manat məbləğində faiz borcunu güzəşt etməyi Bank öz üzərinə götürür.

6. Borclular sazişin 4-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımi qaydada tam icra etdiyi halda borcun olmamağı haqqında arayış və müvafiq icra orqanına xitam məktubunun təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür.

7. Ödənişlərin bu sazişin 4-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında və lazımi qaydada icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin.

8. Ödənişlərin vaxtında və lazımi qaydada icra edilməməsi halında bu sazişin 3-cü və 4-cü bəndinin tələbləri pozulmuş hesab edilsin və 34.300 (otuz dörd min üç yüz manat) manat borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

11. Məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ödəniləcəkdir.

12. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar