Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5125/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1891/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 174 manat aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğinə çatdırılması və həmin sabit pul məbləğinə çatdırılmış alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikaha daxil olduğu vaxtdan etibarən cavabdehlə birgə yaşamışlar, təsərrüfatı idarə ediblər. Cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə birgə nikahda olduqları dövrdə münasibətləri normal olsa da, sonradan cavabdehin təqsiri üzündən münasibətləri pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1891/2020 saylı, xx.xx.2020-ci il tarixli tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş və Cavabdeh birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği çox azdır. Uşaqların qida, geyim, təhsil və sair kimi zəruri xərclərini nəzərə alsaq bunu aşkar şəkildə görünür. Alimentin aşağı olması səbəbindən uşaqların maddi təlabatlarının təmin edilməsində bir sıra çətinliklər yaranmışdır. Uşaqları məktəblidirlər, buna görədə işləyə bilmir. Daim onların qayğısına qalır. İşləmək üçün asudə vaxt tələb olunur, o da onda yoxdur. Məhkəmə tərəfindən aliment müəyyən olunduğu vaxtdan kifayət qədər vaxt keçir ki, bu müddətdə uşaqlar böyümüş, təbii ki, onların ehtiyaclarıda artmışdır. Bu baxımdan uşaqlar üçün uşaq ləvazımatları, yaxşı paltar, habelə müvafiq kalorili qidalanma lazım olduğunu, həmçinin uşaqların xəstələndikdə xəstəxana xərcləri, müayinə və müalicə xərcləri də əlavə xərc kimi tələb olunur. Cavabdeh onun üzərinə qoyulmuş alimenti vaxtı-vaxtında odəyib, övladlarının maddi və mənəvi təlabatlarının ödənilməsi ana olaraq onun vəzifəsi olduğu kimi, cavabdehində həm borcu, həm də vəzifəsidir. Uşağının mənafeyini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınaraq onların saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment miqdarı artırılmalıdır. Cavabdehdən hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasına, cavabdehin buna maddi imkanı da yol verir. Cavabdehin Fövqalada Hallar Nazirliyi strukturunda işləyir və yüksək maaş alır. Məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin həlli ilə bağlı Mediasiya Şurasına müraciət edib, 60 manat rüsum ödəməklə, xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya şurasının sessiyasında içtirak edib. Mediasiya şurasında cavabdehlə aralarında olan mübahisə öz həllini tapmamışdır. Çünki, cavabdeh mediasiya şurasının sessiyasına gəlməmişdir. Buna görə də məhkəməyə müraciət etməyi üçün ona mediasiya şurasının nəticəsinə dair arayış və mediasiya müraciət etməyi ilə əlaqədar ödədiyi 60 manat rüsuma görə qəbz verilib. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında aralarındaki mübahisə öz həllini tapmamışdır. Buna görə də, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirimişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, iddiaçının iddiasını qəbul etmir, 757 manat əmək haqqı alır, kirayədə yaşayır və kredit ödəyir. Lakin əmək haqqının 1/3 miqdarında aliment ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsini müdafiə edərək, əmək haqqının 1/3 miqdarında aliment ödəməyə hazır olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ 404514 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X2r. AZ-İİİ 150400 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası X2r. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1891/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, 1075 № ilə qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X3 anası X1 yanında qalmaları müəyyən edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. AZ-İ seriyalı 354012 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İddiaçının ərizəsinə əlavə etmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Məcburi köçkün statusu alıb. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 60 manat (50 manat mediasiyaya dair, 10 manat digər xərclərə görə) məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanmış və onların saxlanmaları üçün 340 manat məbləğində cavabdehdən aliment tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən 2(001)-1891/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 35,6 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1891/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 35,6 (otuz beş manat, altımış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5125/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5125/2024
28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver