Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5148/2021 18.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İran İslam Respublikasının “X12 X1 Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh və X6 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə 18 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İran İslam Respublikasının “X12 X1 Co” MMC Cavabdeh və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 334236 ABŞ dolları məbləğində pul vəsaitinin dəymiş zərərin əvəzi kimi cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh mülkiyyətində olan, X8 tərəfindən idarə olunan **-NN-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı avtobus ******* saylı, 10.10.2019-cu il tarixli müvəqqəti idxal öhdəliyi yerinə yetirilmədiyi və həmin müvəqqəti idxal gömrük sənədinin müddətinin keçməsinə baxmayraq, qeyd olunan nəqliyyat vasitəsinin ölkədən çıxışının təmin edilməməsi səbəbindən iddiaçı İran gömrüyü qarşısında 7.223.499.548 (yeddi milyard iki yüz iyirmi üç milyon dörd yüz doxsan doqquz min beş yüz qırx səkkiz) rial (rəsmi məzənnəyə əsasən 32095 ABŞ dolları) məbləğində öhdəliyi yaranmışdır. X7 Gömrük İdarəsi bununla bağlı 23.02.2020-ci il tarixli, 98/1558464 saylı qərarını icraya yönəltmişdir. Bundan başqa, İranın Biləsuvar şəhəri Hökümət Cəza İdarəsinin 18.01.2021ci il tarixli, 60304/55 saylı qərarı ilə iddiaçı üzərinə 2013-cü il və 2015-ci ildə təsdiq olunmuş mallar və valyuta qaçaqmalçılığı qanununun 60-cı maddəsinə əsasən, dövlət büdcəsinə 68.000.000.000 (altmış səkkiz trilyon) rial (rəsmi məzənnə ilə 302141 ABŞ dolları) məbləğində təzminat ödəmək vəzifəsi qoyulmuşdur. Belə ki, Ərdəbil vilayətinin Biləsuvar gömrük idarəsinin 99/1554510 saylı, 27.07.2020-ci il tarixli raportuna əsasən, müvəqqəti idxal rejimində qaçaqmalçılıq baş verməsi ilə bağlı bu cəza orqanında iş başlanmışdır (müvəqqəti idxal gömrük sənədinin müddətinin keçməsinə baxmayaraq, avtobus nəqliyyat vasitəsinin ölkədən çıxışının rəmin edilməməsi). Belə ki, Ramin Abbasov tərəfindən idarə olunan Azərbaycan Respublikasında qeydiyyatda olan **-NN-*** dövlət nömrə nişanlı “DAF” markalı avtobus “X12” şirkətinin öhdəliyi ilə İraq Respublikasına getmək məqsədi ilə Biləsuvar Gömrük məntəqəsindən İran ölkəsinə daxil olmuş və vaxtında ölkəni tərk etməmişdir. Cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində şirkətə ümumilikdə 334236 ABŞ dolları məbləğində zərər dəymişdir. Hazırda şirkətin bütün əmlakı, bank hesabları üzərinə həbs qoyulmuşdur. Cavabdehlərdən X2 Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünə əsasən, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddiaçı qəbul etmədiyini bildirərək iddia ərizəsinə etirazı məhkəməyə təqdim edib izahatında göstərdi ki, “DAF” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh mülkiyyətində olsa da, həmin avtomobilə dair 10.10.2019-cu il tarixdən 10.12.2019-cu il tarixədək müddətə X6 etibarnamə verilmişdir. Həmin etibarnamə ilə X6 avtomobillə bağlı sərəncam vermək hüququ ilə yanaşı, digər səlahiyyətlər də verilmişdir. 10.10.2019-cu il tarixdən həmin avtobus X4 tam istifadəsində olmuş, Cavabdeh onun fəaliyyətinə heç bir müdaxilə etməmişdir. X4 hər-hansı şirkət qarşısında öhdəlik götürməsindən də Cavabdeh məlumatı olmamışdır. X4 İran İslam Respublikasından müəyyən edilmiş vaxtda çıxışı barədə öhdəliyindən də Cavabdeh məlumatı olmamış, bu öhdəlik tamamilə R.Abasova aid olduğundan iddiaçıya vurulmuş zərər Cavabdeh tələb oluna bilməz. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın Cavabdeh münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə digər cavabdeh X6 cəzaçəkmə müəssisəsi üzrə iddia ərizəsi göndərilsə də, onun tərəfindən iddiaya yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, əsassız olduğundan iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında Bakı- Tehran-Bakı beynəlxalq avtobus xətti üzrə sərnişin daşınmasının təşkili haqqında müqavilə bağlanmış, müqavilənin bağlanmasında nə X8, nə də Cavabdeh iştirak etməmişlər. Yəni, hazırki halda cavabdehlərin iddiaçı qarşısında hər-hansı öhdəliklərinin olması sübuta yetirilmir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, X8 cinayət məsuliyyətinə hazırki iddia ərizəsində göstərilən xüsusatlarla bağlı deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məsuliyyətə cəlb edilmiş, məhkəmə hökmü ilə barəsində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bununla yanaşı cavabdehlər tərəfindən deliktin törədilməsi də müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı halda qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu iş üzrə müəyyən edilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin cavabdehlərdən tutulması üçün sübut mövcud olmadığından iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İran İslam Respublikasının “X12 X1 Co” MMC-nin Cavabdeh və X6 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçınə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5148/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5148/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver